Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Kovalent rabitə. Donor-akseptor rabitə



Yüklə 264,24 Kb.
səhifə7/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   2   3   4   5   6   7   8   9   10   ...   25
kimya imtahan cvb

Kovalent rabitə. Donor-akseptor rabitə.

Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Donor-akseptor əlaqəsi. Kovalent rabitə donor-akseptor mexanizmi ilə də əmələ gəlir.Bunun üçün bir atom və ya ionun bölünməmiş elektron cütü ilə digər atomun boş orbitalı qarşılıqlı təsirdə olmalıdır.Bölünməmiş elektron cütünü verən atom donor,həmin elektron cütünü qəbul edən atom və ya ion isə akseptor adlanır.

  1. Metal və hidrogen rabitələri. Kristal qəfəsdə müsbət metal ionları ilə ümumiləşdirilmiş valent elektronları arasında qarşılıqlı təsirdən yaranan delokallaşmış çox mərkəzli kimyəvi rabitəyə metal rabitəsi deyilir.Metal rabitəsi metalın kristalhalında mövcuddur.Buxar fazada metallar atomlar və ya iki atomlu molekullar halında olur (Na2, K2 və s.). Hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yüklü nüvədən ibarətdir.Buna görədə onu bəzən “çılpaq” proton da adlandırırlar.Elektrona malik olmadığı üçün hidrogeni onunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü cəzb olunur.Bu rabitə hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.Temperatur artdıqca bu rabitə qırılır. Beləliklə, bir molekulun müsbət polyarlaşmış hydrogen atomu ilə digər belə bir molekulun elektromənfiliyi yüksək olan atomunun qarşılıqlı təsirindən yeni molekullar arası rabitə yaranır.Bu rabitə hydrogen atomunun iştirakı ilə yarandığından hidrogen rabitəsi adlanır.

  2. Kimyəvi kinetika haqqında məlumat. Kimyəvi reaksiyaların sürətindən, mexanizmindən və ona təsir edən faktorlar¬dan bəhs edən təlimə kimyəvi kinetika deyi¬lir.

  3. Kimyəvi reaksiyanın sürəti – temperaturun reaksiya sürətinə təsiri. Vant-Hoff qaydası. Ümumi halda, reaksiyaya daxil olan yaxud reaksiya nəticəsində alınan maddə miqdarının vahid zamanda dəyişməsinə reaksiyanın sürəti deyilir.

Reaksiya sürətinə temperaturun təsirini Vant-Hoff empi¬rik qaydada müəyyən etmişdir: Temperaturu hər100C art¬dıq¬da kimyəvi reaksiyanın sürəti 2 ÷ 4 dəfə artır.

 - reaksiya sürətinin temperatur əmsalıdır. Fiziki mənası – temperaturu 10C dərəcə dəyişdikdə reaksiya sürətinin neçə gəfə dəyişdiyini göstərən kəmiyyətdir
Vant –Hoff qaydası bütün reaksiyalar üçün dəqiq olmayıb, təxmini xarakter daşıyır. Odur ki, kimyəvi reaksiya sürətinin temperaturdan asılılığı Arrenius tənliyi ilə daha dəqiq ifadə olunur:

Yüklə 264,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin