Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 95
www.elkhan-suleymanov.az üçün xüsusi kateqoriyalı öhdəliklər xarakteri daşıyır. Bu
öhdəliklərin pozulması bütövlükdə dünya birliyi dövlətlərinin
ümumi maraqlarının pozulması ilə müşayiət edilir. Odur ki, bu
öhdəliklər bütün tərəflər qarşısında olan öhdəliklərdir və dün-
ya dövlətləri bu öhdəlikləri pozmuş dövləti məsuliyyətə cəlb
etmək hüququna malikdirlər.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz
etməsi, Xocalı şəhərində soyqırım cinayətləri törətməsi, işğal
edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi bu
dövlətin tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya
birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyətini
doğurmuşdur.
Eyni zamanda təcavüz və işğal nəticəsində Azərbaycana
konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə
görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısın-
da məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaq-
larının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın
və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə,
iqtisadiyyatına, mədəniyətinə, ekologiyasına, bitki və heyvanat
aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuş-
dur. Yuxarıda göstərildiyi kimi, ilkin hesablamalara görə işğal
nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miq-
darı 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dolları təşkil edir.
Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və
mənəvi zərər belə zərərin tam həcmdə ödənilməsi zərurətini
yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan
dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş ol-
duğu ziyanı tam həcmdə ödəməlidir.
Qeyd edilməlidir ki, müasir beynəlxalq hüquqda zərərin
ödənilməsinin müəyyən formaları mövcüddur. Bu formalar
bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən
isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu
məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 de-