Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT): Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in
diqqət mərkəzində saxladığı məsələlərdən biri olmuşdur. Bu
təşkilat münaqişənin həlli prosesində vasitəçilik missiyasını
öz üzərinə götürmüş və bu istiqamətdə irəliləyişlər əldə olun-
ması üçün müəyyən addımlar atmışdır. 1992-ci ilin fevralında
ATƏM-in ilk missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə dair məruzə hazırlamaq məqsədilə Azərbaycana
gəldi. Missiyanın məruzəsi Yüksək Vəzifəli Şəxslər Komitəsinin
(YVŞK) fevral ayında Praqa şəhərində keçirilən iclasına təqdim