Kitab Elxan muellim indd


Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri



Yüklə 20,65 Mb.
Pdf görüntüsü
səhifə41/120
tarix30.12.2021
ölçüsü20,65 Mb.
#24499
1   ...   37   38   39   40   41   42   43   44   ...   120
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
40
www.elkhan-suleymanov.az
nunla əlaqədar gördüyü tədbirlərə görə ATƏM-in fəaliyyətdə 
olan sədrinə minnətdarlıq ifadə edərək lazım olduqda ona bü-
tün mümkün olan yardımı göstərməyə hazır olduğunu bəyan 
etdi.  Nazirlər  Şurası  Avropa  Birliyi  və  onun  üzv  dövlətləri, 
Müstəqil  Dövlətlər  Birliyinin  üzv  dövlətləri,  Şimali Atlantika 
Əməkdaşlıq Şurasının üzvləri və, xüsusilə, Birləşmiş Millətlər 
Təşkilatının Baş Katibi tərəfındən həyata keçirilən bir-birini ta-
mamlayan səyləri alqışlayırdı. NK bununla əlaqədar ATƏM-in 
Fəaliyyətdə olan sədrindən Birləşmiş Millətlər Təşkilatı ilə sıx 
əlaqə saxlamağı və mütəmadi məlumat mübadiləsi təşkil etməyi 
xahiş etdi. Razılığa gəlindi ki, ATƏM bu münaqişə ilə bağlı sülh 
prosesinin inkişafı işində əsas rol oynamalıdır. Həmçinin, Dağ-
lıq Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM 
tərəfindən  növbəti  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir. 
Nazirlər  Şurası ATƏM-in  Nazirlər  Şurasının  fəaliyyətdə  olan 
sədri cənab İrci Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olun-
ması və qorunub saxlanılması, həmçinin məsələnin sülh yolu 
ilə  hərtərəfli  nizamlanması  üçün  çərçivənin  yaradılmasına 
kömək məqsədilə yaxın vaxtlarda regiona səfər etməyi tapşırdı. 
Nazirlər Şurası qəti əminlik ifadə edirdi ki, ATƏM-in himayəsi 
altında  Dağlıq  Qarabağ  üzrə  konfrans  böhranın  ATƏM-in 
prinsipləri,  öhdəlikləri  və  müddəaları  əsasında  sülh  yolu  ilə 
nizama salınması məqsədilə danışıqlar üçün fəaliyyət göstərən 
forumu  təmin  edəcək.  Nazirlər  bununla  əlaqədar  ATƏM-in 
Nazirlər Şurasının fəaliyyətdə olan sədrindən mümkün qədər 
tez bir zamanda belə konfransı keçirməyi xahiş etdilər. Bundan 
əlavə nazirlər razılaşdılar ki, Minskdə keçiriləcək bu konfransın 
iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slova-
kiya Federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya 
Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları ola-
caq. Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı 
tərəf kimi konfransa onun Sədri tərəfindən iştirakçı dövlətlərlə 
məsləhətləşmələrdən  sonra  dəvət  olunacaqlar.  ATƏM-in 
Nazirlər  Şurasının  fəaliyyətdə  olan  sədri  ATƏM-in  himayəsi 
altında Dağlıq Qarabağ üzrə konfransın sədrini təyin edəcək. 



Yüklə 20,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin