iki yüz əlli yeddi milyon dörd yüz yetmiş dörd min) ABŞ dol-
ları həcmində maddi zərər dəymişdir [57]. Xüsusilə vurğulan-
malıdır ki, qəsbkarlar tərəfindən dağıdılaraq məhv edilmiş 248
tarixi abidənin, Azərbaycan şairi və dövlət xadimi M.P.Vaqifin
məqbərəsinin, Daşaltı Dövlət Təbiət Yasaqlığının, Paleontolo-
ji abidə olan Xan mağarasının dəyərinin hər hansı pul vahi-
di ilə qiymətləndirməsinin mümkünsüzlüyü səbəbindən, bu
tarix və mədəniyyət incilərinin qiyməti Şuşa rayonunun işğa-
lı nəticəsində dəymiş maddi zərərin göstərilən həcmində öz
əksini tapmamışdır (Bax: Əlavə 1— Müəllif).