Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 84
www.elkhan-suleymanov.az maddi zərər dəymişdir. Bu zərər özü isə iki hissədən ibarətdir
- bilavasitə müharibə gedişatında dəymiş maddi zərər və
müharibədən sonrakı illərdə dəymiş maddi zərər.
Azərbaycanın BMT-də Daimi Nümayəndəliyinin BMT
Baş Katibinə ünvalandığı 25 oktyabr 1996-cı il tarixli
məktubunda göstərilir ki, ilkin və axıra qədər müəyyən olun-
mayan məlumatlara görə Ermənistanın Azərbaycana qarşı
təcavüzünün nəticəsində vurulmuş maddi zərərin ümumi
dəyəri on milyardlarla ABŞ dolları təşkil edir [2]. İslam Konf-
ransı Təşkilatının sənədlərində də bu rəqəm 60 mlrd. ABŞ dol- ları həcmində göstərilir. 13-14 Mart 2008-ci ildə keçirilmiş İslam
Konfransı Təşkilatının on birinci Zirvə Görüşündə (“Müsəlman
Umması 21-ci əsrdə”) qəbul olunmuş “Üzv ölkələrə, İKT
üzvü olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yar-
dım göstərilməsinə aid fəaliyyət haqqında” 2/11-E (IS) saylı
qətnaməsinin Azərbaycana aid olan hissəsində qeyd edilir ki,