Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 81
www.elkhan-suleymanov.az bu tədbirlər dağ rayonlarında heyvandarlıq sahələrinin güclü
inkişafına səbəb olmuşdur. Azərbaycan rayonlarının qəfildən
və bir-birinin ardınca işğal edilməsi müharibə zonasından mal-
qara sürülərinin qabaqcadan çıxarılmasına imkan vermədi. Bu
ərazilərdən kiçik qruplarla çıxarılan heyvanlar yol boyu aclıq
və susuzluqdan tələf oldu.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan
ərazilərinin işğal olunması nəticəsində 311 kənd təsərrüfatı
müəssisəsi, o cümlədən 145 yeni yaradılmış, müasir texnika ilə
təchiz olunmuş üzümçülük-şərabçılıq müəssisəsi və xüsusilə,
məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sov-
xozu, 135 kolxoz və 31 təsərrüfatarası müəssisə dağıdılmışdır.
Bununla yanaşı, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru,
taxıl və pambıq yığan kombaynlar, 7296 hidroqurğu, 62 su na-
sosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvar-
ma kanalı, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaq, 185,5
min ha əkin sahəsi, 40 min ha cavan üzüm plantasiyası sıradan
çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton
pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik
məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox
iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış,
1 milyon 98 min qoyun və keçi qarət edilmiş və Azərbaycanın
hüdudlarından kənara sürülüb aparılmış, həmçinin 20 min ton
ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları iti-
rilmişdir. Azərbaycanın yay otlaqlarının 70%-i işğal zonasında
qalmışdır.
Qeyd etmək lazımdır ki, hələ münaqişədən əvvəl Azərbaycan
dövləti dağ rayonlarının, o cümlədən, Dağlıq Qarabağ Mux-
tar Vilayətinin (DQMV) məhsuldarlıq qüvvələrinin inkişaf
etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı ola-
raq, DQMV və hazırda Ermənistanın işğalı altında olan digər
rayonların ərazisində geniş miqyaslı tikinti işlərinə başlanıl-
mışdır. Burada güclü tikinti təşkilatları yaradılmış, bölgəyə
yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir.
Yerlərdə güclü tikinti materialı müəssisələri, o cümlədən,