Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 78
www.elkhan-suleymanov.az 6. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş sosial-iqtisadi zərər Ermənistanın silahlı təcavüzü və Azərbaycanın 20%
ərazisinin işğalı nəticəsində bölgədə yaranmış fövqəladə hu-
manitar vəziyyətlə yanaşı, həmin ərazilərdəki sənaye və kənd
təsərrüfatı infrastrukturları məhv edilmiş, bütövlükdə ölkə iq-
tisadiyyatına külli miqdarda zərər vurulmuşdur.
İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri
respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada ye-
yinti, yüngül, tikinti materialları sənayeləri üzrə müəssisələr
daha çox inkişaf etdirilmişdi. Göstərilən sahələrin bu region-
da inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii eh-
tiyatlar müsbət təsir göstərirdi. İşğal edilmiş ərazilərin sənaye
sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla
təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir,
şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. DQMV-
nin sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə keç-
miş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördün-
cü yeri tuturdu (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR). İşğal
olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ
Muxtar Vilayəti ərazisində cəmlənmişdi. Sayca ən çox sənaye
və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində
yerləşdirilmişdi. İşğal altında olan rayonların bütün sənaye
məhsullarının 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7
%-i bu vilayətin və sənaye məhsulunun 5%-i, əsas fondların isə
41%-i Füzuli və Ağdam rayonlarının payına düşürdü. Sənaye və
tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayon-
ları (sənaye məhsulunun 51%-i, əsaslı fondların 41%-i), yerdə
qalan 5 inzibati rayonda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və
Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdi. Azərbaycan SSR-
nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fond-
ların isə 3,4 faizi işğal altında olan rayonların payına düşürdü.
İşğal olunmuş rayonların ayrı-ayrı sənaye məhsullarına