Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 91
www.elkhan-suleymanov.az işğal edilmiş ərazilərdə təbii sərvətlərin talan edilməsi, təbii
landşaftın, nadir bitki və heyvanlar aləminin məhv edilməsi
və ətraf mühitin ekoloji tarazlığının pozulması nəticəsində
Azərbaycana 2011-ci ilədək 40,15 milyard (qırx milyard yüz əlli milyon) ABŞ dollarından (31,72 mlrd. AzN) artıq məbləğdə
ziyan dəymişdir [55].
Nəhayət, Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində
Azərbaycana vurulmuş birbaşa sosial-iqtisadi zərərin 300 mil-
yard ABŞ dollarından, ölkənin 1995-2010-cu illər ərzində itir-
diyi mənfəətin 86,702 milyard ABŞ dollarından, işğal edilmiş
ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siya-
səti nəticəsində ölkədə yaranmış fövqəladə humanitar vəziyyətin
aradan qaldırılması məqsədilə qaçqın və məcburi köçkünlər
üçün sərf edilmiş xərclərin 4,684 milyard ABŞ dollarından, iş-
ğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin da-
ğıdılaraq talan edilməsi və ətraf mühitin ekologiyasına vurulan
zərərin 40,15 milyard ABŞ dollarından artıq olmasını nəzərə
alaraq, Azərbaycana dəymiş maddi zərərin ümumi miqdarını
müəyyənləşdirdikdə görürük ki, onun məbləği çox böyükdür
və 2011-ci ilin əvvəllərinə olan məlumatlara əsasən 431,536 mil-
yard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ
dolları təşkil edir.
Eyni zamanda qeyd etmək lazımdır ki, göstərilən məbləğ
özündə işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin
tam miqdarını əks etdirmir. Belə ki, 1995-2010-cu illər üzrə
Azərbaycanın itirmiş olduğu mənfəətin məbləği hesablanarkən
bu illər ərzində ABŞ dollarının dünya bazarında inflyasiyası
nəzərə alınmamışdır. Bundan əlavə, işğal altında olan ərazilərdə
təbii sərvətlərə və ətraf mühitin ekologiyasına vurulan zərərin
miqdarı Azərbaycan tərəfində olan rəsmi məlumatlar əsasında
hesablanmışdır və şübhəsiz ki, bu məlumatlar işğalçı tərəfin
dünya ictimaiyyətindən gizli saxladığı cinayətkar əməllər
nəticəsində formalaşmış zərəri bütövlüklə özündə əks et-
dirmir. Üçüncü bir tərəfdən, münaqişə həll edilməyincə və
Azərbaycan işğal edilmiş ərazilərdə öz dövlət müstəqilliyini