Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 92
www.elkhan-suleymanov.az bərpa etməyincə Azərbaycanın itirmiş olduğu mənfəətin miq-
darı artmaqda davam edəcək. Digər bir tərəfdən və ən başlıcası,
göstərilən məbləğ Azərbaycanın milli-mədəniyyət abidələrinə
vurulmuş zərəri özündə əks etdirmir və bu zərərin miqda-
rını hesablamaq, demək olar ki, mümkünsüzdür. Nəhayət,
göstərilən məbləğ Azərbaycana vurulmuş maddi zərərin ümu-
mi miqdarıdır, bu məbləğ qaçqın və məcburi köçkünlər də da-
xil olmaqla, bütövlükdə Azərbaycan tərəfinə vurulmuş mənəvi
zərəri özündə əks etdirmir və bu zərərin hesablanması üçün
xüsusi tədqiqatların aparılmasına ehtiyac vardır. Beləliklə, ay-
dın olur ki, bütün faktorlar nəzərə alınarsa, işğal nəticəsində
Azərbaycana vurulmuş zərərin ümümi miqdarı daha da böyük
olar.
Qeyd edilənlər göstərir ki, Ermənistanın silahlı təcavüzü
və işğalı nəticəsində Azərbaycana vurulmuş zərərin yuxarıda
göstərilən hesablamaları ilkin xarakter daşıyır. Bu hesablama-
lar tam dolğunluğu ilə Azərbaycana dəymiş maddi və mənəvi
zərərləri özündə əks etdirmir və digər, o cümlədən məlum
səbəblərə görə hələlik Azərbaycan tərəfinə məlum olmayan bir
sıra amillər nəzərə alınarsa, bu zərərin daha da böyük olması
şübhə doğurmur.