A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
5
sığınacaq axtarışına gəlmişik və hələ də sığınacaq axtarışında‑
yıq. Bir sözlə, insan ömrü boyu sığınacaqlara doğru tələsir. Son
sığınacaq hər bir kəsin qismətinə alın taleyi kimi yazılıbdır.
Kimsə son sığınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı
haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir atanın,
bir ananın övladlarının son sığınacağı bir olmur! Məncə, hər
bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün ədəbiyyat üzrə
Nobel mükafatçısı Ernest Heminquey necə deyib: “Hər insanın
ölümü mənim ömrümü gödəldir, çünki mən Bəşəriyyətin ay‑
rılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin hara‑
yını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən;
Sənsən dünyadan köçən”. (bax: Ernest Heminquey. Seçilmiş
əsərləri. Bakı, “Şərq‑Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması məğlubiy‑
yət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner
demişkən: “Mən insanın ölümü fikrini rədd edir, buna inan‑
mıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o –
qalib gələcək”. Ernest Heminqueyin sözləri ilə desək: “İnsan
övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar,
lakin onu məğlub etmək mümkünsüzdür”. Bir azərbaycanlı
şairin dediyi kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Eliotun belə fikri var:
“Mənim başlanğıcım mənim sonumdur, mənim sonum mənim
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin baş‑
lanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqiqətdir ki,
dünya yaranandan indiyə qədər insan məğlubolmazdır. Nəsil‑
lər dəyişir, bir‑birini əvəz edir. İnsanlar isə qurub‑yaradır və
fəaliyyət göstərirlər. Deməli, insan məğlubedilməzdir.
Dostları ilə paylaş: