A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
41
Günlərin birində İbrahim müəllimlə “Xalq qəzeti”nin yer‑
ləşdiyi binanın qarşısında rastlaşdıq. Hal‑əhvalımı soruşduq‑
dan sonra əlimdəki kitabı alıb vərəqlədi. Sonra kitabımın üz
qabığını kimin hazırladığını və hansı nəşriyyatda çap etdirdi‑
yimi soruşdu. Nəşriyyatın adını eşidən kimi başını yellədi:
“Başqa kitabın olsa, mənə gətirərsən, birgə üz qabığını fikirlə‑
şərik”.
“Durğu işarələrinin işlədilməsi qaydaları” vəsaitim hazır
olanda, sözün düzü, kitabın məzmununa uyğun üz qabığını
fikirləşməkdə çətinlik çəkirdim. Vəsaitin
tərtibi ilə əlaqədar
təklif olunan “dizaynlar” ın heç biri xoşuma gəlmirdi. Birdən
İbrahim müəllimin sözləri yadıma düşdü. Lakin işinin hə‑
mişə çox olduğunu bildiyimə görə, ona əziyyət vermək istə‑
mirdim. Gizli deyildi, bütövlükdə “Xalq qəzeti”
nin yükü
onun çiyinləri üstündə idi. Hələ üstəlik dil kursuna getməklə
yanaşı, digər işlərlə də məşğul olurdu. Xeyli vaxtdan sonra
əlaqə saxlayıb redaksiyaya getdim. İki saata yaxın olanlardan‑
keçənlərdən danışdıq. Vaxtın necə tez gəlib keçdiyindən xəbə‑
rimiz olmadı.
Çünki onunla oturub söhbət edən hər bir kəs çox məmnun
qalırdı.
İbrahim müəllim hərtərəfli biliyə malik olmaqla yanaşı, is‑
tənilən fikri maraqlı detallarla əsaslandıra bilirdi...
Az müddətdə kitabın üz qabığını hazırlayıb, mənə təq‑
dim etdi. Nüsxəni görəndə gözlərimə inanmadım. İndiyədək
belə gözəl tərtibatla hazırlanmış kitab üzü görməmişdim.
Qara, qırmızı, sarı rənglərin harmoniyasından
ibarət olan üz
qabığını görən hər kəs ilk növbədə onun kim tərəfindən hazır‑
lanması ilə maraqlanırdı. Yeri gəlmişkən qeyd edim ki, İbra‑
him müəllim onu da mənə dönə ‑dönə tapşırmışdı ki,əgər
kimsə kitab üzü ilə maraqlansa , onun adını çəkməyim. Bu da
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
42
səbəbsiz deyildi. Çünki onun əl qabiliyyəti,
bu sahədə səriştəsi
çoxlarına bələd idi. Ona müraciət edən şəxsləri nə vaxtsa, naü‑
mid yola salmaq onun xarakterinə uyğun deyildi. Ona görə
istəmirdi ki, kimsə ona müraciət etsin. Və bu müraciətin mü‑
qabilində o, yaxşılıq etməsin.
Nəhayət, vəsaiti çap etdirmək üçün “Nurlan” (Elm və təh‑
sil) nəşriyyatına müraciət etdim. Nəşriyyatın direktoru, prof.
N.Məmmədli əlimdəki kitabın üz qabığını görən kimi soruşdu.
“Kitabın üz qabığını kim hazırlayıb.”
Mənim cavab verməkdə
tərəddüt etdiyimi görüb əlavə etdi: “Bu yalnız İbrahimin işi
ola bilər...” Sonra İbrahim müəllimin vaxtilə nəşriyyat üçün
hazırladığı kitablari mənə göstərdi; mübaliğəsiz demək olardı
ki, hamsı bir ‑ birindən fərqli və gözəl idi.
İbrahim müəllimin hazırladığı vəsaitin bir nüsxəsi hal –ha‑
zırda kafedramızın (Azərbaycan dili və onun tədrisi metodi‑
kası) kitab rəfində saxlanılır.
Rəfdə müxtəlif illərə dair
müxtəlif çeşidli kitablar da vardır. Amma İbrahim müəllimin
şəxsən mənim üçün xüsusi zövqlə hazırladığı kitab üzü indi‑
yədək çoxlarının diqqətini cəlb etməkdədir. Hər dəfə o kitabı
görəndə İbrahim müəllim yadıma düşür, ruhu qarşısında baş
əyir və ona rəhmət oxuyuram .
Ruhun şad olsun , unudulmaz və əvəzsiz insan!.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
43
Dostları ilə paylaş: