Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə16/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   12   13   14   15   16   17   18   19   ...   67
Nazim Mustafa,
Azərbaycan Respublikası Prezidentinin İşlər 
İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri
Tez parlayıb, tez sönən 
ulduza bənzəyir İbrahim 
Ə
ziz, doğma bir insan haqqında xatirə yazmağın necə
çətin və ağır bir iş olduğunu ilk dəfə uşaqlıq dostum,
sonralar “Xalq qəzeti”ndə bir yerdə işlədiyim baş redaktorun
birinci müavini Qəzənfər Qəribovun vəfatından sonra hiss et‑
mişdim. Qəzənfər müalicəsi hələ ki tapılmayan xərçəng xəstə‑
liyinə tutulmuşdu və gözlərimiz önündə günü‑gündən
əriyirdi. Heç bir il çəkmədi ki, əbədiyyətə qovuşdu. Qəzənfər
nurlu çöhrəsi, məzəli‑duzlu söhbətləri, xeyirxah əməlləri ilə
xatirələrdə qaldı.
İndi dərk edirəm ki, Qəzənfərlə İbrahim arasında dostluğa
sədaqətdə, xasiyyətdə, alın yazısında, qismətdə bir bənzərlik var
imiş. Bilmirəm, onlar bir‑birlərini tanıyırdılar, yoxsa, yox. Tanı‑
saydılar, yaş fərqinə baxmadan mütləq möhkəm dost olardılar. 
Mən İbrahimi tanımazdan öncə onun əsil‑nəcabətini tanı‑
mışam. Atam onların kəndində müəllim işləmiş, orada özünə
çoxlu dost qazanmışdı. Sonradan bu dostluq qohumluqla nə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
47
ticələnmişdi. Mən 1980‑88‑ci illərdə Amasiyada komsomol və
Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin