Məhərrəm Hüseynov (dostu),
filologiya elmləri doktoru, professor
İnsanlıq etalonu, ləyaqət mücəssəməsi,
saflıq zirvəsi
B
ir müdrik kəlamda deyilir ki, yaxşı və pis adamların
dünyaya gəlişi ilə gedişində fərqli cəhətlər var. Onların
dünyaya gəlişi eynidir, gediş tamam fərqlidir. Yaxşı adamlar
dünyaya gəlir, lakin dünyadan getmirlər. Çünki belə adamlara
məhəbbət bəsləyən yaxınlar, dost‑tanışlar, qohumlar, ümumiy‑
yətlə, gərəkli və ləyaqətli insanlar onları öz ürəklərində tutub
saxlayırlar, dünyadan getməyə qoymurlar. Özünün misilsiz
məziyyətləri ilə hamının heyrətini qazanmış İbrahim yaxşıların
yaxşısı kimi məhz belə bir əbədiyaşarlıq qazanmış şəxsiyyət‑
lərdən idi.
Keçmiş çox zaman şirin olsa da, İbrahim kimi əvəzedilməz
bir dost barədə keçmiş zamanda danışmaqdan ağır şey yox‑
dur. Ancaq nə etməli? Unudulmaz İbrahimin mənalı ömrü keç‑
mişin olsa da, parlaq xatirəsi indinindir, sabahındır.
İbrahimin timsalında görünür ki, əbədi ayrılığın, fiziki yox‑
luğun doğurduğu iztirab, ağrı, acı onun insan qəlbində yarat‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
22
dığı təəssüratların dərəcəsindən asılıdır. O da qətiləşir ki, İb‑
rahim kimi insanlar bu dünyaya öz layiqli yerinə gəlirlər. Hə‑
yatdan gedəndə isə onların yeri görünür, böyük boşluq hiss
olunur. İbrahim bu vəfasız dünyadan getməklə elə dünyanın
özü boyda bir boşluq yaratdı. Heç bir qüvvə, heç bir möcüzə
bu boşluğu doldurmaq iqtidarında deyil. Bununla belə, insa‑
nın ürəyi İbrahimin bu dünya ilə vidalaşmasından yaranan
boşluğu xatirələrlə doldurmağa səy göstərir. Ancaq o da var
ki, heç də hər bir insan İbrahim kimi özündən sonra zəngin xa‑
tirə yarada bilmir.
İbrahimin bütün mənəvi və fiziki gözəllikləri sanki Allah
vergisi idi. O, öz büllur təmizliyini İbrahim adının simvoluna
çevirə bilən nadir şəxsiyyətlərdən idi. Bunun bünövrəsində
təbii amillər dayanırdı, çünki İbrahim çox əla tərbiyə görmüş,
təmiz ailədən həyat dərsi almış insan idi. Onun mərdanəliyi
təmiz vicdana, elmi araşdırmaları – zəngin biliyə və məntiqə,
hazırcavablığı geniş, əhatəli mütaliəyə, mehribanlığı büllur əx‑
laqa söykənirdi. Onun öz orijinal xarakteri vardı. Bütün dav‑
ranışları, həyat və düşüncə tərzi təpədən‑dırnağa qədər
özünəməxsus idi: ən adi vərdişlərdən, etalonlaşmış reaksiya‑
larından proqressiv reaksiyalarına qədər. Onun insanlıq titulu
hər şeydən uca idi, vicdanın səsini kağızlara köçürən jurnalist
qələmi olduqca qüdrətli idi.
İbrahimin vətəndaşlıq ləyaqəti, insan orijinallığı dönə‑dönə
təsdiq edirdi ki, onun şəxsiyyəti təkrarolunmaz xislətdir. Lə‑
yaqət, kolorit, mənəvi ucalıq onun fitrətində idi. Həyatının
bütün məqamlarında İbrahim həmişə özü oldu, özünü kim‑
səyə oxşatmadı. Kimsənin də ona bənzəməsi mümkünsüz idi.
Ən önəmlisi odur ki, onun hərəkət və əməlləri formal poza de‑
yildi. Bütün hərəkət və əməllər İbrahimin öz qəlbinin, ruhu‑
nun əks‑sədası idi. Bu bənzərsizliyin özülündə onun bizə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
23
məlum olan bütün insanlıq sifətləri cəmləşmişdi. İbrahim ifrat
dərəcədə sadə və təvazökar idi. Özü də onun təvazökarlığı bir
çoxlarında gördüyümüz iddialı, təmənnalı və saxta təvazökar‑
lıq deyildi. Fitri təvazökarlıq idi. Ailə tərbiyəsindən, el‑oba mə‑
dəniyyətindən gələn ənənəvi, genetik təvazökarlıq idi. Biz
müdrik və təmkinli İbrahimin fitri, natural xilqətini – sadəli‑
yini və təvazökarlığını görüb tanımışdıq, onu belə qəbul etmiş‑
dik, ona belə öyrəşmişdik.
İbrahim bəşəri dəyərlərin bütün parametrlərinə görə hər lə‑
yaqətin fövqündə dayanırdı. İşıqlı təfəkkürü onu yüksəldirdi.
Onun bütün hərəkətləri ölçülü‑biçili idi, lakin standart, qəlib‑
ləşmiş deyildi. Bu ölçü‑biçinin meyarı onun daxilindəki fitri
mənbələrdən gəlirdi. Təmiz əxlaq onun bütün bioloji, psixoloji
və fizioloji hərəkətlərini nizama salırdı. Onun mədəni reaksi‑
yalarına, həyəcanlarına və düşüncələrinə həm təkan verən,
həm də bu təkanları nizama, sistemə salan mexanizm qəlbinin,
ruhunun içərisində idi. İbrahimin təfəkkür tərzində, düşüncə‑
lərində, həyəcanlarında, hiss və duyğularında olan saflıq və
potensial tükənməz enerji idi.
Hər şeyə tez reaksiya verən, inpulsiv təbiətə malik olan İb‑
rahimin mərdanəliyi, kişi xarakterinə, əzəmət və orijinallığı
onunla təmasda, ünsiyyətdə olanların qəlbinə dərindən nüfuz
edir, ona rəğbət və ehtiram qazandırırdı.
İbrahimin sinəsində olduqca təmiz bir ürək çırpınırdı. Bu
təmizlik bütün hallarda sadəliklə müşaiyət olunurdu. Həqiqi
sadəlik onun əbədi stixiyası idi. Sadəlik onun ziyalı xarakteri‑
nin bütövlüyünü təsdiq edən faktor idi. Sadəlik, mənəvi zən‑
ginlik onun varlığına elə sirayət etmişdi ki, o, həmişə maddi
cəhətdən də tox görünürdü. Bu məziyyəti o, ideal səviyyəyə
qaldıra bilmişdi. Gözütox, məğrur, etibarlı, sözündə bütöv, de‑
diyinin ağası olan bir insan kimi bizim xəyalımızda olduqca
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
24
möhtəşəm obrazı ilə böyükdür. Bu böyüklük İbrahimin təbiə‑
tində idi. O, dərin düşüncələrində, ağlında, zəkasında, müd‑
rikliyində, sadəliyində, təbiiliyində görünən böyük insan idi.
O, yaşlı adamlar, ağsaqqallar qarşısında özünün təbii mədə‑
niyyətini büruzə verir, özünü kiçik kimi apararkən də, özünü
kiçiltməklə də böyük görünürdü. O, saxta şöhrət düşkünü de‑
yildi, lakin hər cür şöhrət tacına ləyaqəti çatırdı. Dissertasiya‑
sını bitirmişdi, alimlik iddiasından uzaq idi, bununla belə
güclü alimlik istedadı var idi.
Bəli, biz belə bir insanı itirdik: son dərəcə təvazökar insan,
əvəzedilməz vətəndaş, etibarlı dost, sınanmış sirdaş, istiqanlı
qohum, gözəl ata, təmkinli və qayğıkeş ailə başçısı... İbrahimi.
İbrahim bizdən uzaqlaşdıqca, bizə daha çox yaxınlaşır. Bu
yaxınlığı onun şəxsiyyətində gördüyümüz bütövlük, mərda‑
nəlik, mənəvi saflıq stimullaşdırır. Bir həqiqət də vardır ki, İb‑
rahim kimi yaxşı insanlar bizə uzaqdan da uca görünürlər,
gözəl görünürlər və biz bu görüntülərdən də xüsusi müdriklik,
həyat dərsi əxz edirik. İbrahimin timsalında onu da dərk etmək
məcburiyyətindəyik ki, xatirəyə dönmək həyatda yaşamaqdan
daha çətindir.
Əbədi və şirin xatirəyə dönmək bir insan olaraq İbrahim
kimi öz varlığını təsdiq etmək hünərinə sahib olmaq gərəkdir.
Çünki İbrahim öz ağlının nuru, zəngin daxili məzmunu, xe‑
yirxah əməlləri, saf niyyətləri, insanlara ziyansız xisləti ilə xa‑
tirələrdə təcəlla tapır. Mən əminəm ki, İbrahim haqqındakı
xatirələrdə eyni sözlər tez‑tez təkrarlanacaq. Bunun real əsası
vardır. Əsas ondan ibarətdir ki, İbrahim haqqında yaxşı danı‑
şanlar istəsələr də, istəməsələr də, mütləq həmrəydirlər. Söz
və fikir təkrarları İbrahimin ürəklərə hopmuş məhəbbətindən,
şüurlarda yaranan təsəvvür eyniliyindən qaynaqlanır.
Ömrünün sonuna qədər dəyişməz qalmaq tək‑tək insana
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
25
nəsib olur. İbrahimi dərindən duyanlarda belə bir davamlı
inam yaranmaya bilmir ki, İbrahim öz təbiətindəki sabitqə‑
dəmliyi, formalaşmış xarakterini öz fitrəti ilə, tərbiyəsi, iradəsi
və nümunəvi əxlaqı ilə “mühafizə” edirdi. İbrahim fitri istedad
idi, son dərəcə dəqiq adam idi. Lakin dəqiqlik onda pedantizm –
xırdaçılıq psixologiyası yarada bilməmişdi. Çünki o, özünə,
özünün naturasına sadiq qalmağı bacarırdı. Bunu bütün əya‑
niliyi ilə öz şəxsiyyətində əyaniləşdirən, əks etdirən İbrahimin
ecazkar təbiətini görüb heyrətlənməmək mümkün deyildi.
İbrahim son dərəcə səbirli insan idi. Təmkinini heç zaman
pozmadı. Giley‑güzar onun təbiətinə tamamilə yad idi. Ən
gözəl bəşəri sifətlər onun zəngin naturasında birləşib güclü bir
insan xarakteri yaratmışdı. Hər bir hərəkətindən, sözündən,
əməlindən həyat eşqi yağırdı. Ondakı nikbinlik – ünsiyyətdə
olduğu insanlara da sirayət edirdi. Bəlkə elə bunun üçündür
ki, dost‑tanışları say və sanbal baxımından üstünlük təşkil
edirdi. Çünki İbrahim əsl dost idi, yüzlərlə insanların sevimli‑
sinə çevrilməsinin sirri bunda idi. Öz əhatəsində inam və eti‑
qad simvoluna çevrilmişdi. Onun öz sözü, öz meyarları, öz
nizam‑tərəzisi vardı. Hərəkətdə olan təfəkkürü həmişə ayıq və
fəal idi. Ulu Tanrı ona işıq xisləti əta etmişdi. Harada olsa in‑
sanların diqqətini cəlb edirdi. (Onun bədnəzərə gəlmə ehtimalı
da var). İbrahimin adi söhbətlərində, düşüncə və mühakimə‑
lərində güclü məntiq və inandırıcılıq da hamıda xoş təəssürat
oyadırdı.
İbrahimlə bağlı təəssüratları sözə çevirmək olduqca müşgül
məsələdir. İbrahim itkisini qəlbin, mehrin‑məhəbbətin gözü ilə
görmədən, bu itkinin miqyasını müəyənləşdirmək çox çətindir.
Mən bu kiçik xatirəni yazıb qurtarana qədər İbrahimin inti‑
zarla dolu baxışları gözlərim qarşısında dayandı, onun nura
qərq olmuş müqəddəs obrazı göz önündən getmədi. Bu baxış‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
26
lar, bu doğma surət həm mənim xatirə yazmağıma mane olur,
həm də mənə kömək edirdi. Yazdıqca bütün təfərrüatları ilə
hiss edirəm ki, İbrahimi tanıyanların, onun dostlarının, yaxın
qohum‑əqrəbalarının qəlbində zəngin, tükənməz xatirələr dəf‑
təri vardır. Bu də ər heç zaman ağ qalmayacaqdır. Bir təskinlik
yerini də unutmaq olmaz. Xatirəyə dönməyin özü də həyatı
təzədən yaşamaq deməkdir. Çin filosofu Konfutsi deyirdi: “La‑
zımlı adam haqqında danışmamaq onu itirmək deməkdir”. İb‑
rahim hamımız üçün çox lazımlı adam idi. Xatirələrdə
yaşamaq, itməmək, ünsiyyətdə olduğu insanların ürəyinin
daimi sakini olmaq haqqını o, sağlığında qazanmışdı.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
27
Dostları ilə paylaş: |