Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə20/67
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#2063
1   ...   16   17   18   19   20   21   22   23   ...   67
Ədalət Məmmədov,
Şamaxı Rayon Təhsil Şöbəsi Metodkabinetinin 
müdiri, Azərbaycan Respublikasının Qabaqcıl
Təhsil işçisi, “Qızıl qələm”, “Məmməd Araz” və
“El ziyalısı” media mükafatları laureatı, 
Tədqiqatçı‑filoloq, Qabilşünas
MƏNİM XİLASKARIM!
Nüfuzlu “Xalq qəzeti”‑nin baş redaktorunun 
sabiq müavini, Sumqayıt Dövlət Universitetinin 
prorektoru İbrahim Nizami oğlu Ömərovun 
əziz xatirəsinə
M
ənim İbrahim Nizami oğlu ilə ilk tanışlığım xalq şairi
Qabil 2007‑ci ildə rəhmətə gedən vaxtda oldu. 
Artıq 40 mərasimi ərəfəsində mənim  yazdığım “Qabilin
sənət dünyası” kitabım işıq üzü görmüş və bundan 50 ədədini
Mahirə vermişdim. Mahir də bu kitabı şair və yazıçılara, o
cümlədən, o zaman “Xalq qəzeti”ndə baş redaktorun müavini
işləyən İbrahimə vermişdi. 
Beləliklə, bizim İbrahimlə qiyabi tanışlığımız belə başladı. 
Az keçmədi ki, mən Mahirə müraciət edərək atası və bizim
ailənin əzizi, böyük şair haqqında müxtəlif qəzet və dərgilərdə
məqalələr verməyimi bildirəndə, o birinci olaraq “Xalq qəzeti”‑
ni məsləhət bildi. 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
59
Bundan sonra mən hiss‑həyacanla yazdığım “Qabil ‑ əbədi‑
yaşar böyük şair” adlı məqaləmlə redaksiyaya getdim. Mahirlə
İbrahim burda məni gözləyirdilər. 
Sözsüz ki, Mahir mənim barəmdə İbrahimə ətraflı məlumat
vermişdi. 
Bununla yanaşı, giriş söhbətindən sonra zarafatından qal‑
mayan Mahir İbrahimi mənə təqdim edərkən bir neçə atmaca
işlədərək onunla tələbəlik illərinin dostu olduğunu, burada da
redaktor müavini işlədiyini pafosla mənə çatdırdı. 
Həmin gün İbrahim bizə yaxşı qonaqlıq da verdi. 
Beləcə tanışlıqdan sonra get‑gəllərin sayı artdı və İbrahimi
daha yaxından tanımağa başladım. 
Olduqca mənə qarşı diqqətli olan İbrahim müəllim hər gö‑
rüşümüzdə Şamaxıdan söhbət açar, Xaqanidən, Nəsimidən,
Seyid Əzimdən, Sabirdən, xüsusən Abbas Səhhətdən daha çox
danışar, maarifpərvər Şamaxı ziyalılarına böyük hörməti ol‑
duğunu bildirərdi. 
Bir dəfə tanınmış bəstəkar barədə material hazırlayıb ona
təqdim edəndə gülümsəyərək dedi: 
Bu da yəqin ki, Şamaxılıdır: 
Mən də gülümsəyərək: 
‑ İbrahim müəllim, bu Şamaxılı yox, Şamaxılının qohumu‑
dur.
7 ilə yaxın mən İbrahimlə mütəmadi  olaraq görüşdüm. Bu
illər ərzində bir dəfə də olsun o, mənə üz turşutmadı. Demədi
ki, bu materialı verməkdə bir az çətinliyimiz var.
O, həqiqətən Mahirlə möhkəm dost idi. Ona görə də İbra‑
him çalışırdı ki, nəinki mənim məqalələrim dərc olunsun, hə a
o, başqa təkliflər edir, problemlərimi  də yaxından öyrənirdi. 
Təkliflərindən biri də mənim kitablarımdan birinin çıxma‑
sına təmənnasız köməklik göstərməsi fikri idi. Bununla əlaqə‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
60
dar mən dərin minnətdarlığımı bildirib, əlavə etdim ki, elə bu
məqalələrimin dərc edilməsinə gördüyüm diqqət mənə bəsdir. 
Əsas mətləbə gəlim ki, İbrahim müəllim haqqında, onun
dərin düşüncəsi, hər bir kəsi öz dilində danışdıra bilmək qa‑
biliyyəti, bir çox mənəvi dəyərləri barədə saatlarla danışa bi‑
lərəm. Baxmayaraq ki, mən şəxsən onunla üst‑üstə heç bir ay
günləri qədər belə görüşümün vaxtı olmasa belə.
İlahi! Bu insan nə qədər diqqətli idi. Onun bir neçə mobil
telefon nömrələri var idi ki, onların hamısını mənə vermişdi.
Və həmişə deyirdi:
‑Ədalət müəllim! Gecə saat ikidə də istəsən mənə zəng edə
bilərsən. Onunla bağlı bir neçə maraqlı epizodlar da danışa bi‑
lərdim. Lakin dilim gəlmir ki, onların nəyini və kimə danışım,
axı onlar yada düşəndə İbrahimsiz heç bir mənası yoxdur. Belə
ki, onunla Mahirin qızının toyundakı maraqlı söhbətlərimiz və
dediyi sağlıqlar indi də yaddançıxmaz qızıl dəqiqələrimizdən‑
dir. 
Gözəl insan, əziz və doğma saydığımız insan İbrahim Ni‑
zami oğlu mənə atası haqqında kitabın üstünə a oqrafını ya‑
zanda belə bir ifadə işlətmişdi:
‑ Şamaxının 1 № ‑li ziyalısına! Bunu oxuyan kimi dedim:
‑ İbrahim müəllim, çox da şişirtmə. 
Vaxt elə gətirdi ki, məndə ürək ağrıları tez‑tez tutmağa baş‑
ladı. Hə a iş elə gətirdi ki, mən yeyib‑içə bilmirdim, gecələr
boğulurdum və s...
Nəhayət, “Ne çilər” klinikasında müayinə bildirdi ki, kla‑
panın biri işləmir. Açıq əməliyyat olunmağımı qərarlaşdırdılar. 
Məsələ çox ciddiləşdi və harda əməliyyat olunmağım bütün
qohum‑əqrəbanı bir‑birinə salmışdı. Hərə bir yeri – İranı, Tür‑
kiyəni və s.‑ni göstərdilər. Mən isə Bakı deyib durdum. 
Ona görə də Mahirə zəng açdım. O, dərhal bildirdi ki, Mər‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
61
kəzi Klinika  hamısından yaxşıdır. Papam özü də elə orda əmə‑
liyyat olunub. Oranın baş həkimi Kamran həkimdir və İbrahi‑
min dayısıdır. 
Mən bu saat İbrahimə deyəcəm, sonra sən onunla danışar‑
san.  Heç 5 dəqiqə keçmədi ki, İbrahim mənə zəng etdi. İlk
sözü bu oldu: “Ədalət müəllim, heç nədən qorxma! Allah sənin
işini avand eləsin. Mahir mənə deyən kimi Kamranla danış‑
dım. Nə lazımsa dedim. Təzədən müayinə edəcək. Nə məslə‑
hət bilsə elə də et. Səhər tezdən  9:00‑da Mərkəzi Klinikada ol
ki, əməliyyatdan qabaq səni qəbul etsin. 
Uzun söhbətin qısası   hər şey öz yerini aldı, əməliyyat mü‑
vəffəqiyyətlə bitdi. Bütün bunları deməkdə məqsədim budur
ki, Baş həkim – Kamran həkim ilk dəfə “palata”ya gələndə,
hal‑əhvaldan sonra, 2 həkim və 5‑6 “medsestra”nın yanında
pafosla belə dedi:  
– Ədalət müəllimi tanıyırsınız? Bu bizə çox vacib olan bir
ziyalıdır, özü də Şamaxının 1 nömrəli ziyalısı.
Mən onda bildim ki, həmin ifadəni ilk dəfə işlədən İbrahim
müəllim Kamran həkimə də bu şəkildə demişdir. 
... Sonra mən onunla yenə də telefonla danışdım. İbrahim
müəllim:
‑A kişi! Mən sənə dedim ki, hər şey yaxşı qurtaracaq. 
Bəs, özü barədə axı yaxşı qurtarmadı. Bu sonluğun da bir
dəhşətli tarixçəsi var. Mən əməliyyatdan sonra 2 dəfə Türki‑
yədə oldum. İkinci dəfə uzunmüddətli  Almaniyada oldum,
həm də xalq şairi Qabil haqqında “Türk dünyasının böyük şairi
adlı” kitabımı da yekunlaşdırdım.
Şamaxıya qayıdıb Mahirə zəng açdım ki, bu kitabımla bağlı
nəsə edək və İbrahim də tanış olsun bu işimlə. Bunu demişdim
ki, Mahir hiss‑həyəcanla:
‑ Sən bilmirsən ki, artıq İbrahim yoxdur! Və açıqlamaları


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
62
məni sanki  qane etmədi. Axı belə bir insan, özü də sağlam,
deyib‑gülən bir insan. 
Çox ağır olsa da, bu xatirəmlə mən nisbətən təsəlli tapır,
Azərbaycanımızın Vətən təəssübkeşli böyük oğlu İbrahim Ni‑
zami oğluna Allahdan rəhmət diləyir, qəbri nurla dolsun de‑
yirəm. Amin! 
01.02.2015‑ci il


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
63

Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin