İsrail Məmmədov,
ADPU, Fizika fakültəsi,
“Elektrik və optika” kafedrası,
Fizika üzrə fəlsəfə doktoru
ÜRƏKLƏRƏ KÖÇƏN, YADDAŞLARDA
YAŞAYAN MÜQƏDDƏS İNSAN
Unutmaz tarixin böyük günləri
Dünyaya mərd gəlib, mərd gedənləri.
Səməd Vurğun
İ
brahim bənzərsiz idi. Bu bənzərsizlik bütün səviyyələrdə
özünü təzahür etdirirdi. O, öz elmi‑helmi, ürfanı, əqidəsi,
əxlaqı, tərbiyəsi, ünsiyyət mədəniyyəti, iti analitik təfəkkürü,
həssaslığı, qayğıkeşliyi, istiqanlılığı, səxavəti, ürəkgenişliyi ...
ilə sözün tam və dürüst mənasında hamıdan fərqlənirdi. Hər
dəfə xəyalımda onun müqəddəs obrazını canlandıranda məni
heyrət bürüyür. Sağlığında bəlkə də əhəmiyyət vermədiyim
cizgiləri məni ovsunlayır, kövrəldir, için‑için ağladır. Onun
gözlərində inam dolu həsrət, cavabsız qalan və sükuta dönən
suallar, yarımçıq sevinc cizgiləri, insanın iliyinə‑sümüyünə
qədər işləyən, dünyanı tərpədə biləcək saflıq, səsində insan ru‑
hunun şeiriyyəti, müdriklik cazibəsi, ürəyində yalnız onun
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
64
özünəməxsus dəyişməz kolorit baxışlarında həmişə axtardığı‑
mız, möhtac olduğumuz, gec‑gec tapa bildiyimiz bir bəşəri
doğmalıq var idi. Bütün bunlar İbrahimin insan portretini ta‑
mamlayan yüksək bəşəri cizgiləri idi. Ən gözəl insani sifətlərə
malik olan İbrahimi xatırladıqca burnumun ucu göynəyir.
“Ölüm haqdır”‑deyirlər, lakin İbrahim kimi əvəzedilməz bir
varlığın yoxluğundan elə sarsılırsan ki, istər‑istəməz həyatın,
dünyanın qanunları ilə barışmaq istəmirsən. Axı, İbrahimin
özü maraqlı bir dünya idi. Romantika ilə reallığı, iztirabla se‑
vinci, inamla‑inamsızlığı, qalibiyyətlə məğlubiyyəti qəribə bir
məntiqlə birləşdirməyi, sintez etməyi bacaran bir intellekt sa‑
hibi idi, cavan yaşında müdriklik səlahiyyəti qazanmış ulu şəx‑
siyyət idi. Onun naturasında təbii proporsiya pozulmazdı.
İbrahimin davranışları, söhbətləri son dərəcə cazibədar,
məzmunca o qədər zəngin idi ki, insan yorulmurdu. Onun söz‑
ləri və hərəkətləri həzz mənbəyi idi. Bu həzz tədricən estetik
zövqə və qavrayışa çevrilirdi. O, qeyri‑təbii, süni, quru leksi‑
kadan uzaq idi. İbrahimin nitqində, danışığında sözün bütün
ifadə imkanları cəmləşmişdi. Onun nitqində müdrik hazırca‑
vablıq, yumor, zarafat, sözün bütün prozaik və romantik ça‑
larları sintez halında idi. Onda sükutu canlı, dramatik sözə
döndərmək sehri çox güclü idi.
İbrahimə hər mənada etibar etmək olardı. O, canıyanan, is‑
tiqanlı idi. O, insanların bütün qayğılarına müqəddəs ayin
kimi baxırdı və bununla bağlı heç vaxt ağızucu danışmazdı,
nə deyirdisə, nə edirdisə ürəkdən deyir, ürəkdən edirdi.
Onun ölümü mənalı və məğrur bir həyatın vaxtsız qürubu
kimi xatirələrdə qalır. Vaxtsız ölüm yalnız onun canını ala
bildi. Ruhunu, nüfuzunu, şöhrətini apara bilmədi. Çünki İbra‑
himin az müddətdə həyatda qazandıqları ağır yük idi, ölüm
onu çəkib apara bilməzdi və apara da bilmədi. Onun parlaq
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
65
şəxsiyyətindən bənzərsiz atributlar bizə yadigar qalıb.
İbrahimin haqq dünyaya vaxtsız qovuşması onun çoxsaylı
əhatəsinə, dost‑tanışlarının hər birinə ən yaxın, ən doğma, ən
munis bir insan itkisinin dəhşətini yaşatdı. Onun bu fani dün‑
yadan əbədi aramgaha qəflətən, bir göz qırpımında getməsi
hamımızı dərindən sarsıtdı. Ancaq nə etməli? Taleyin hökmü
belə imiş. O, misilsiz bir insan nümunəsi kimi, dost‑qardaş
kimi bizim qəlbimizdə abidələşdi, onu intəhasız məhəbbətlə
sevən ürəyimizdə özünün sədaqət, etibar, səmimiyyət, mənəvi
ucalıq heykəlini ucaltdı. İbrahim adı, İbrahim şəxsiyyəti onu
yaxından tanıyanların, onunla az da olsa təmasda olanların
şüurunda simvollaşdı, yüksək bəşəri dəyərləri, xeyirxah əməl‑
ləri, mənəviyyatının ucalığı ilə fövqəlbəşərilik rəmzinə çev‑
rildi.
İbrahim ölmədi. O, dünyasını dəyişdi. Allah rəhmət eləsin.
Qəbri nurla dolsun!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
66
Dostları ilə paylaş: |