A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
111
yaşının gənc olmasına baxmayaraq həyat təcrübəsi ilə dolu
insan idi. Bu həyat təctrübəsi hadisələrin axarını
qabaqcadan
duymaq və səbrlə münasibət bildirmək müdrikliyini ona aşı‑
lamışdı. Çalışdığı hər bir kollektivdə hamının rəğbətini, hör‑
mətini, sevgisini qazana bildiyindəndir ki, hamı ona “BİZİM
İBRAHİM” deyirdi.
...Qəribədir ki, mənim İbrahimlə ilk tanışlığım heç də xoş
olmayan bir hadisədən sonra başlamışdı. AMEA Rəyasət He‑
yətinin mətbu orqanı olan “Elm” qəzetində yenicə müxbir və‑
zifəsində işləməyə başlamışdım. Bir tədbirlə bağlı hazırladığım
materialı səhifədə yerləşdirmək üçün hələ üzünü görmədiyim
texniki
redaktor, dizaynerin – İbrahimin çalışdığı 508‑ci otağa
qalxdım. Baş redaktorun materialı səhifədə yerləşdirməyini və
gözlədiyini dedim. O isə indi əlində işi olduğunu, sonra edə
biləcəyini dedi. Baş redaktorun gözlədiyini desəm də, o, bir
İbrahim Aqşinlə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
112
azdan vaxtı olacağını dedi (o vaxtlar İbrahim
əlavə iş götürərək
kitab səhifələyər, dizayn edər yenicə qurduğu ailənin tələbat‑
larını ödəməyə çalışardı. Aramızda o anlaşılmaz hadisə baş
verən zaman onun yanında Respublika Xəstəxanasının tanın‑
mış həkimlərindən biri olan Sahib doktor var idi. Onun kita‑
bını səhifələyirdi). Mübahisəmiz düşdü... Sonradan hər dəfə
bu epizodu xatırlayanda o deyirdi: “Belə bir məsəl var: “Çə‑
kişməsən, bərkiməzsən”. Bəlkə, o hadisə olmasaydı, biz bir‑bi‑
rimizi bu qədər yaxından tanımazdıq”. Hə a sonradan
münasibətlərimiz o həddə qədər gəlib çatdı ki, kollektivdə bir‑
birinə ən çox etibar edən iki dost olduq.
...O, hər şeydən öncə təmənnasız İNSAN idi. Ona hər hansı
bir problemlə bağlı müraciət edən hər bir kəsə imkanı daxi‑
lində (bəzən hə a imkanları xaricində olsa belə)
kömək etməyə
çalışardı. Ona görə Lev Tolstoyun bu fikrini paylaşırdı: “Hə‑
yatda unuda bilməyəcəyiniz ən böyük peşmanlıq, peşman ola‑
ram deyə etmədiklərinizdir”. Bir dəfə Akademiyada işdə
problem yarandığından işimi dəyişmək istəyirdim. Münasib
bir iş axtarışında idim. Həmişə mənə səbrli olmağı tövsiyə
edən İbrahim fikrimin qətiliyini görüb məndən xəbərsiz “Res‑
publika” qəzetinin baş redaktoru,
görkəmli alim, el ağsaqqalı
Teymur Əhmədova mənim haqqımda danışmışdı. (İbrahim
Teymur müəllim haqqında danışanda həmişə deyərdi ki, o, hə‑
yatda tanıdığım tək‑tək mərd kişilərdən biridir, həqiqi ağsaq‑
qaldır, sözü bütöv və çəkisi olan insandır). Məhz İbrahimin
təqdimatının nəticəsi idi ki, Teymur müəllimlə görüşdə o, sı‑
namadan birbaşa humanitar şöbənin
müdiri vəzifəsini mənə
təklif etmişdi. Bu, heç şübhəsiz, İbrahimin həyatda qazandığı
hörmət və etibarın nəticəsi idi.
Bircə şeyə çox təəssüf edirəm ki, İbrahimin səmimiyyətin‑
dən, təmənnasız insan kimi səxavətindən, bəlkə də, ən çox is‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
113
tifadə edən, faydalanan bəzi insanlar
onun dəfn mərasimində
iştirak etmədilər. Belə də düşünmək olardı ki, bəlkə, onlar bu
itkidən çox təsirləndikləri üçün onun mərasimlərində iştirak
etmədilər. Lakin onu da unutmayaq ki, zaman ən yaxşı loğ‑
mandır. Bizə itki ilə yaşamağı öyrədəndir. Yəni toparlanıb bu
bir il ərzində bircə dəfə də olsun onun Əmircan qəbiristanlı‑
ğındakı qəbrinin üstünə getməkdəmi olmazdı?! Özü də kol‑
lektivlə birlikdə. Axı o, hər zaman hamının xeyrində‑şərində
iştirak edib, hamının bir yerdə olmasına, kollektivin bütöv ol‑
masına çalışıb. Hər halda Cənab Haqq hər şeyi görür. Halallıq
yaxşı şeydir.
...Bəzən işə həddən çox bağlı olduğumu görəndə o, mənə
şəxsi həyatıma, xüsusilə doktorluq işimə də vaxt ayırmağı
məsləhət görürdü. Və incə yumorundan da qalmırdı. AMEA
Rəyasət Heyətinin 5‑ci mərtəbəsində yerləşən doğma 508‑ci
otağın pəncərəsindən aydın görünən Şəhidlər xiyabanını
Dostları ilə paylaş: