A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
124
işgüzarlığımı çox təriflədiyi üçün sınaq müddəti bitməmiş işə
qəbul olundum və həmin ayın maaşını hamı kimi tam aldım.
Beləliklə, İbrahimlə mən bir otaqda iş fəaliyyətimə başla‑
dım. Zaman keçdikcə İbrahimlə olan münasibətim iş yoldaşlı‑
ğından dostluğa çevrildi. İbrahim həyatda tanıdığım ən
səmimi, dostluğa dəyər verən, insanlara doğru‑düzgün qiymət
verən, hər kəsi anlayan idi…
Mən ondan ilk gündən özümə
qarşı hörmət gördüm. Kollektivimizdə qadın əməkdaşların
sayı çox olsa da, İbrahimin işlədiyi otaqda qadın işçi yalnız
mən idim. Deyirlər insan anadan olmamışdan əvvəl yazılır
onun taleyi, bəlkə də İbrahimlə dost olmaq da varıymış qismə‑
timdə və beləliklə, bu gözəl insanla otaq yoldaşı olmaq mənə
nəsib oldu. Ümumiyyətlə, elə bir əməkdaşımız yox idi ki, İb‑
rahimin xətrini
bir qardaş kimi çox istəməsin, onunla bir
otaqda işləmək arzusunda olmasın. İlk vaxtlar İbrahimin za‑
rafatlarından utanırdım. Təklikdə qalanda ona deyirdim ki, ay
yeraz, o anekdotlarını danışanda denən mən otaqdan çıxım,
Aqşindən, Rafiqdən utanıram. O da gülüb deyirdi: ‑ “Vallah,
ay Səbiş, elə bilirəm otaqda 4 kişi otururuq, çünki səndə olan
kişi qeyrəti indi,
demək olar ki, bəzi kişilərdə yoxdu”... Amma
çox vaxt məzəli anekdotlarına başlayanda, mənə baxıb deyirdi:
‑ “Ay çuşka, qulaqlarına nauşnik tax, uşaqlara anekdot danı‑
şım”. Mən də qulaqcıq taxıb mahnıya qulaq asırdım. Həm fik‑
rim kompüterdə olduğundan, həm də qulaqcıqla mahnı
dinlədiyim üçün İbrahimin nə danışdığını eşitmirdim. Sadəcə
başımı qaldırıb baxanda onun pəncərə tərəfdə dayanaraq si‑
qaret çəkdiyini və mənə əli ilə qulaqcığı çıxartmağımı işarə et‑
diyini görürdüm. Geri dönüb uşaqların gülməkdən qızarmış
üzlərini görəndə başa düşürdüm ki, bizim yerazımız “çox ma‑
raqlı anekdot” danışıb yenə.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
125
İşlədiyimiz 15 il ərzində İbrahimin
necə mülayim, təmkinli,
heç kimin xətrinə dəyməyən, kollektivdə böyük hörmət sahibi
bir insan olduğunu hər gün daha çox başa düşürdüm. Çox iş‑
güzar, bir dəqiqə özünə rahatlıq verməyən, qaçaqaçda olan,
məsuliyyətli idi İbrahim.
Fikri ancaq oxumaq, savadını, bilgi‑
lərini artırmaq idi. Deyirdim – “Ay yeraz, oxumaqdan başında
tük də qalmayıb, sən uje professorsan, onlar kimi keçəl oldun
day, 3‑4 ilə dişlərin də tökülər” – “Eybi yox, professor olanda,
vəzifədə olanda qəbuluma yazılacaqsan, mən də katibəmə de‑
yəcəm “gözləsin” – deyib ürəkdən gülürdü. Rus dilini tam öy‑
rənmək istəyirdi və mənə ‑ “Ay Səbiş, mənnən rus dilində
danış” ‑ çaşıb birdən Azərbaycan dilində nəsə soruşanda, ‑
“Deməmişəm, mənnən rusca danış? Çox paxılsan, istəmirsən
dili öyrənim.
Bird ə ki, zəhmət olmasa, “Жёлтые тюльпаны”
mahnısını qoy qulaq asım, sevirəm o mahnını” ‑ deyib qaşla‑
rını düyünləyirdi və həmin dəqiqəcə bu ciddiliyi əvəz edən
üzündəki təbəssüm hamımızı güldürürdü. “Yaxşı, danışaq,
Dostları ilə paylaş: