Səbinənin oğlu Kənanın Universitetə qəbul olması münasibətilə
təşkil olunmuş ziyafətdə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
126
amma neynirsən, bu dilləri öyrənirsən, nəyinə lazımdır? ‑ de‑
yəndə həmişə belə cavab verərdi – “Sokrat demişkən, Nikoqda
ne qovori “nikoqda”, bir gün lazım olar”…
Nə oldu İbrahim, lazım oldumu? Bu qədər əziyyət çəkirdin,
gecələr yuxusuz qalırdın, övladların ‑ Alı və Nizaminin üzündən
ancaq gecə yarısı öpüb, onları ancaq yatarkən qoxlayırdın. Yalnız
işləmək fikri ilə yaşayıb özünü bu qədər yormana dəydimi?..
Kollektivimizin ən şən, yumor hissi dolu, hamının uğuruna
sevinən, problemlərimizi dinləyən, diqqətlə qulaq asıb kömək
edən, ağıllı məsləhətlər verən bir insan idi. Lakin öz problem‑
lərini heç kəsə bildirməzdi. Onun uzaqgörənliyi məni heyran
edirdi. Şənliklərimizin tacı olan İbrahim, heç kəsin şad günün‑
dən geri qalmırdı. Onunla toya getmək bizim üçün ayrıca bir
zövq idi, çünki musiqi səslənən kimi kollektivi ayağa qaldırır,
ortalıqda rəqs edir və bizi bir‑bir rəqsə dəvət edir, toy yiyəsi
qədər sevinib şənlənirdi.
İşdə nə olursa olsun, nə qədər gərgin, əsəbi oluruqsa olaq,
İbrahim otağa daxil olanda hamı problemini bir anlıq da olsa
unudurdu, çünki onun üzündəki təbəssüm hər bir gərginliyi
aradan qaldırırdı. Bilmirəm niyə, amma o, həddən artıq çox si‑
qaret çəkirdi. – “Ay İbrahim sən nə qədər siqaret çəkirsən, bəs‑
dir də, boğuldum otaqda, bu qədər çəkmək ziyandır sənə…. –
Əşiiii, 50 yaş yaşayım, bəsimdi... Vallah ay Səbiş, elə yorğu‑
nam, dincəlmək istəyirəm…. – Siqaret çəkməklə dincəlirsən?
Ailənlə bir yerdə get istirahət et, onlar da sənin bu mübarək
üzünü görsünlər, bir gün ayılacaqsan ki Əli evlənir, Nizami
Universitetə qəbul olub, sən isə rus, ingilis dili öyrənirsən. O
isə gülərək belə cavab verdi – “Dayan, dayan, həmin univer‑
sitetdə rektor olajam, sən də gəlib dejəcəksən ki, nəvəm az bal
yığıb ay İbo, neynəyək?..”
İbrahimin “odnoklassnik” səhifəsi vardı, profil şəklini
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
127
görüb pis oldum, ‑ “Ay yeraz, bu nədi, elə bil başdaşı şəkli qoy‑
musan. Yığışdır bu şəkli, normal şəkil qoy” ‑ dedim – O isə
cavabında ‑ “Ay çuşka, bu şəkli özüm düzəltmişəm, mən
öləndə bunu başdaşıma qoyarsız”... – “Aaaaa, bəs oğlum Kə‑
nanın toyunda iştirak etməyəcəksən? Bəs deyirdin, yerazları
bəyənmirsən, qoy Kənan universiteti bitirsin, mən yeraz onu
yaxşı yerə işə düzəldəjəm... Nooldu? Nə tez ölmək fikrinə gəl‑
din, elə çey yoxdur, demisən, eləməlisən” – deyə zarafat etdim.
“Dəlisən, mən ölənə kimi Kənanın uşaqları universitetdə oxu‑
yar, tak şto narahat olma. Kənanın toyunda bilirsən nə qədər
rəqs edəjəm, özü də yeraz mahnılarıyla, sən də mənnən yeraz
mahnısı oynayacaqsan” – deyib həmişəki kimi ürəkdən qəh‑
qəhə çəkdi. İbrahimlə mən həmişə bir‑birimizin ləhcəsinə sa‑
taşırdıq. O telefonda danışanda «Hələ baxxx…” sözüylə
danışığına başlayırdı. Mən də həmişə ona gülərdim – «Ay
yeraz, hara baxsın, o telefondadı, heç olmasa denən, hələ eşit…
Səbinənin oğlu Kənanın Universitetə qəbul olması münasibətilə
təşkil olunmuş ziyafətdə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
128
». O da cavabında “Yox , sizin ləhcəniz yaxşıdı… çaynik qey‑
nədi… həri… qərdeşim…” ‑ deyib gülürdü. İbrahimlə demək
olar ki, işlədiyimiz müddətdə hər gün müxtəlif mövzularda
mübahisə edirdik, amma bu mübahisələr aramızdakı DOST‑
luğa heç vaxt zərər vermirdi, bir‑birimizdən zərrə qədər də in‑
cimirdik. Çünki İbrahim inciməyi bacarmırdı. Ürəyində
kin‑küdurət olmayan İNSAN idi bizim İBO.
“Elm” qəzeti bağlananda, şöbəmizin işçilərini hərənin öz ix‑
tisasına uyğun AMEA‑nın müxtəlif institutlarına yerləşdirdi‑
lər. Kollektivimizin ayrılması ona pis təsir etmişdi, baxışları
çox qəmgin idi. “İbrahim, ayrılırıq, bəlkə, bir şəkil çəkdirək
yadigar qalsın” – dedim. ‑ Çəkdirək, Səbiş, çəkdirək... Bəlkə
də, sonuncu şəklimiz oldu, nə bilmək olar” – deyib həmişəki
kimi gülümsədi, amma bu gülüş o gülüşdən deyildi... İbrahim,
kaş sən o sözü deməyəydin, axı sən hardan bilirdin ki, o şəkil,
həqiqətən də, sonuncu şəklimiz olacaq?!..
İbrahimi heç vaxt həyacanlı, təlaşlı görməzdik. Bizə elə gəlirdi
ki, o, bu həyata gülmək üçün, zövq almaq üçün gəlib. Xasiyyə‑
tindən doğan müsbət aurası var idi. Onunla danışarkən insan
dincəlirdi, sanki bütün problemlər unudulurdu. Lakin bir gün
İbrahim mənə zəng vurdu, həyəcanlı səslə “Ay Səbiş, Əli həyətdə
oynayarkən yaralanıb, ay Səbiş, cərrahiyyə əməliyyatı etdilər, çox
narahatam. Sən həmişə pirlərdən danışırsan, nəzir deyirsən, yenə
denən, xahiş edirəm, Əliyə kömək olsun, ay Səbiş” – deyəndə,
bu neçə ildə ilk dəfə idi ki, İbrahimi bu qədər həyacanlı görür‑
düm, əslində o elə yerlərə getmirdi, təəccübləndim, onun nə
qədər daxilən kövrək və həssas olduğunu anladım.
Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını pay‑
laşacaq, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi
problemlərdə ona yol göstərən, onu sevən, sədaqətli, onu qo‑
ruyan, tək buraxmayan könül dostları axtarır. Həyatda ən xoş‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
129
bəxt duyğulardan biri də tək olmağını hiss etməməkdir. Bəzən
ətrafında elə bir insan olur ki, gözləmədiyin xoş münasibət gö‑
rürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları
çətin zamanında nə arxanda, nə də yanında tapa bilirsən...
Önəmlisi, onun kim olduğu, hansı nəsildən, necə geyinməsin‑
dən, kimin övladı olmasından asılı deyil, önəmli olan onun
sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevi‑
nəndə səndən də çox sevinən, sən uğur qazandın o isə uğur‑
suzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən
də ona qarşı tam səmimiyyətlə qarşılıq verməlisən. Qısacası,
səni içdən anlayan birisi olmalıdır sənin Dostun. Əgər sənə
kimsə dost deyirsə, deməli, sən də onu daxilən anlamalısan.
Dostluq yaşamağı, gülməyi, sevgiyə layiq olmağı, vəfa unut‑
mamağı, sadiqliyi bilənlər üçündür! Biz dostlarımızı tər çiçək‑
lər kimi ovcumuzda deyil, dost itkilərimizi güllə yarası kimi
ürəyimizdə gizləyərik.
Dostları ilə paylaş: |