A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
163
işçi işləyirəm, həm də universitetin yataqxanasında qalırdım.
Bir gün keçmiş rəhbərlik açarları məndən geri aldı.(İndiyə
qədər səbəbini bilmədim, bir ildən çox otaq boş qaldı) Mən
məcbur olub maaşımın yarısını kirayəyə verməli oldum. İb‑
rahim müəllim gələndən sonra
onun qəbuluna gedib dərdimi
dedim. Həmin anda mənim otaqla təmin olunmağım üçün
göstərişlər verdi və dedi:
‑Hələlik köçün. Hər şey yaxşı olacaq, bizim yataqxanamız
da tezliklə boşalacaq. Onda bu məsələyə yenidən baxarıq. Sizə
daha geniş otaq verərik.
Mən ona öz təşəkkürümü bildirib dedim ki, buna görə çox
sağ olun, bu mənə kifayətdir. Ona mənim ömrüm çatarmı?
Sevincimin həddi‑hüdudu yox idi. Sabah dəhlizdə rastlaş‑
dıq, ilk sözü bu oldu:
‑Müəllimə köçdünmü?
‑Yox‑dedim.
‑Günü
bu gün köçün, nəyi gözləyirsiniz?
Mən hiss etdim ki, onunla sabah da rastlaşsam yenə “köç‑
dünmü?” soruşacaq. Yağışlı bir gecədə köçdüm yataqxanaya...
Bu söhbətdən iki gün sonra onun qəfil ölümü bizi sarsıtdı.
O insan hamıya xeyirxahlıq etməyə tələsirdi... Amma onun
ömrü çatmadı arzuladığı yenilikləri etməyə... O, cəmi iki aya
yaxın prorektor işlədi. Vaxtsız ölümü Universitet əməkdaşla‑
rını yandırıb yaxdı. İndi hamı onu rəhmətlə xatırlayır.
Belə işıqlı arzularla qəlbi dolu olan bir insanın xatirəsi hə‑
mişə yaddaşlarda qalacaq.
Çünki belə insanlar ölmürlər, hə‑
mişəyaşar olurlar. Allah ona rəhmət eləsin!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
164
Dostları ilə paylaş: