A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
217
borşu, sən yediyin borşlardan deyil. Gəl gedək sən də... Peş‑
man olmazsan” desə də, Buludxan razılaşmayıb ki, razılaşma‑
yıb. Mənim bişirdiyim borşun əleyhinə hələ bir‑iki “antisovet”
söz
də söyləyib, lağa qoyub. “Mən plov yemirəm ki, bığım
yağa batar, indi gecə yarısı gedib kakoy‑to borş yeyəcəyəm?”
deyərək. Beləcə gəlib çıxıblar “Şamaxinka”ya.
Birdən İbrahim Cavanşirə deyib ki, “saxlama, sür birbaşa
Masazıra”. O da basıb qaza. Bundan sonra Buludxanın
etiraz
səsləri bir az da qalxıb. Amma nə tövr eləsə də, Cavanşirə ma‑
şını saxlatdıra bilməyib. Cavanşirin seyid cəddindən qorxaraq
“cəddivə qurban olum” deyərək oturub sakitcə.
Mən isə süfrəni açıb bunları gözləyirəm. İri qazan borş, ya‑
nında ev tutmaları, zoğal arağı, xama, təndir çörəyi. Bir də eşit‑
dim ki, darvazanın ağzında maşın dayandı. Səs‑küy qalxdı.
Bildim ki, gəldilər. Qaça‑qaça darvazanı açmağa gedirdim ki,
Buludxanın səsi lap zilə qalxdı. Əvvəl başa düşmədim nə mə‑
sələdir. Yavaşca qapını açdım. Buludxanın arxası
mənə tərəf
idi. Ona görə də hiss etmirdi ki, onu mən də eşidirəm. Amma
İbrahimlə Cavanşir məni görürdülər. Buludxanın “çıxış”ını
kəsmirdilər ki, mən də eşidim:
‑ Borş. Nə borş? Gecə vaxtı da borş olar. Heç olmasa kabab
olsaydı deyərdim hə. Yoxsa ki, borş.
Mahir nə borş bişirəcək
ki, hələ bir şəhərdən basa‑basa gəlmişik bu boyda yolu...
Birdən Buludxan İbrahimlə Cavanşirin gülməyindənmi
şübhələndi, ya arxasında hənir hiss etdi. Arxaya çevrildi.
Gördü ki, mən dayanmışam. Tez valı dəyişdi:
‑ Salam, canik. Necəsən? Borş hazırdır?
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
218
Dostları ilə paylaş: