İBRAHİM QOHUMLARININ
DİLİNDƏ
Mövla Ömərov,
əmisi
MÜDHİŞ GECƏNİN SARSIDICI XƏBƏRİ!
B
u acı xəbərdən 4‑5 gün əvvəl mən İbrahimin yeni və‑
zifəyə – Sumqayıt Dövlət Universitetinə prorektor təyin
edilməsini eşidib onun telefonuna bir neçə dəfə zəng etsəm də,
telefonu söndürüldüyündən onunla danışa bilməmişdim.
Zəng etmək fikrindən əl çəkib sabah işdən sonra özü ilə görüş‑
məyi qərarlaşdırdım. Görüşməkdə məqsədim onu təbrik
etmək, bəzi tövsiyə və məsləhətlərimi vermək istəyirdim.
Ancaq el misalında deyildiyi kimi – sən saydığını say, gör
fələk nə sayır. Belə ki, bu görüşü Allah mənə qismət etmədi.
O müdhiş gecə – mart ayının 14‑də təqribən saat 4 radələ‑
rində ev telefonuna gələn aramsız zəng məni yuxudan oyatdı.
Mən telefona yaxınlaşanadək zəng kəsildi, yenidən çarpayıya
qayıdıb yerimə uzandım. Elə bil ürəyimə nəsə gəlmişdi, həm
də çox qorxmuşdum, bir anlıq ürəyim döyünməyə başladı.
Mən həyatımda ilk qorxu hissini hələ kəndimizdə olarkən
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
223
1988‑ci ilin dekabrın 7‑də zəlzələ vaxtı hiss etmişdim. Vaxtsız
telefon zəngindən qorxmağımın başqa səbəbi də vardı...
Çünki son 10 ildə bir çox ağır itkilərlə üzləşib 10 nəfər əziz‑
lərimizi –atamı, əmilərimi, cavan‑cavan əmimoğullarını itir‑
mişdim. İçimdəki bu qorxu hissi mənə nəyisə, hansısa xəbəri
demək istəyirdi. Bunu fikirləşirdim ki, yenidən telefon zəng
çaldı. Mən tez yataqdan sıçrayıb telefona yaxınlaşmaq istəyər‑
kən, fikrimdən kiminsə səhv zəng çaldığını, məndən üzr istə‑
yəcəyini eşitmək istəyi ilə yenə də qorxa‑qorxa dəstəyi əlimə
götürdüm.
Telefonda Mehdinin kövrək, həyəcanlı titrək səsini eşitdim.
O mənə təcili Mərkəzi Klinik Xəstəxanaya gəlməyimi dedi:
–Əmi, tez gəl! İbrahimin vəziyyəti yaxşı deyil!
–Ay bala, nə olub, yoxsa maşın qəzasımı olub, deyə ondan
soruşdum.
–Heç bir qəza olmayıb,onun ürəyi ilə bağlıdır deyərək tele‑
fonu söndürdü.
Bir an qulaqlarım tutuldu, ürəyim bərk döyünməyə başladı,
nə edəcəyimi bilmədim. Mehdinin sözlərinə inanmaq istəmir‑
dim, düşünürdüm ki, bəlkə mənə düzünü demək istəmirlər.
Axı İbrahimin ürəyi ilə bağlı nə ola bilərdi? Yol boyu başımdakı
bu fikirləri götür‑qoy edə‑edə təqribən yarım saatdan sonra xəs‑
taxanaya çatdım. Gecənin bu sükut vaxtı heç kim yox idi.
Mən təcili 3‑cü mərtəbədə Mərkəzi Klinikanın baş həkimi,
ürək cərrahı Kamran Musayevin kabinetinə qalxdım. Xəstəxa‑
nanın dəhlizləri sükuta qərq olmuşdu. Bu sükutu pozan isə
mənim başımdakı uğultular və ürəyimin çırpıntıları idi.
İçəri daxil olanda Kamran və yanındakı həkimləri gördüm.
Onlar da yerlərində elə bil ki, donmuşdular.
Mən artıq məsələnin nə yerdə olduğunu anlayıb aramızda
çökən sükutu özümü saxlaya bilməyib içəridə ürəyimi parça‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
224
layan hönkürtülərimlə pozmağa başladım.
Bu an Kamrandan nə üçün kömək etmədin, niyə kömək edə
bilmədin, necə oldu ki, sən heç bir tədbir görə bilmədin, nə
üçün ..., nə üçün...?!
Beynimdəki bu sualları onun üstünə yağdıraraq ondan
cavab istəyirdim. Axı o, İbrahimin doğma dayısı idi.
Ancaq bu fikirlərimdən əl çəkib ondan bəlkə bu işdə başqa
səbəblərin olması ehtimalını soruşdum. O, isə mənə hər şeyin
ölçülüb‑biçildiyini, hər bir məsələnin dəqiqləşdiyini, bu barədə
heç bir şübhələrin olmadığını söylədi. O, çox təəsüf hissi ilə
böyük zəhmətdən sonra ona kömək etmək imkanının olmadı‑
ğını və bütün səbəbləri öz sənətinin dili ilə mənə izah etməyə
çalışdı.
Artıq hər şey bitmişdi!!!
Bu acı və dəhşətli xəbər bütün şəhərə yayılmışdı. Heç kim
xəbərə inanmaq istəmir, edilən zənglərin ardı‑arası kəsilmək
bilmirdi.
Səhər saat 9:00 radələrində onu sonuncu dəfə anası və əziz‑
ləri ilə görüşmək üçün ata evinə gətirdik.
Artıq saat 10:00 radələrində küçə insanlarla dolmuşdu. Bu
dəhşətli xəbəri eşidən qohum‑əqraba, onun dostları, iş yoldaş‑
ları, uzun müddət işlədiyi “Xalq qəzeti”nin və Sumqayıt Döv‑
lət Universiteninin kollektivi də onunla son görüşə gəlmişdilər.
Mən şok vəziyyətdə toplaşan izdihamın içində gəzir, içim‑
dəki məni rahat buraxmayan suallara cavab axtarmağa çalışır‑
dım. Bu məqsədlə SDU‑nun rektoru, professor Elxan
Hüseynovun, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsəno‑
vun, ADPU‑nun filologiya fakültəsinin dekanı, professor Bu‑
ludxan Xəlilovun İbrahim haqqında xatirələrinə qulaq asır,
onu necə ürək ağrısı ilə yad etdiklərinin şahidi olurdum.
Elxan müəllimin dediklərindən: – O, mənim müavinim iş‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
225
lədiyi qısa 2‑3 ay müddətində texniki işçilərdən tutmuş müəl‑
lim‑professor heyyətinin, rəhbərliyin, hamının hörmətini və
rəğbətini qazanmışdır. O, hamıya yaxşılıq, xeyirxahlıq etmək
üçün çalışırdı, çox məsuliyyətli idi, onun gələcək üçün necə
planları var idi. Mənim nəzərimdə o, qeyri‑adi bir insan idi.
Çox heyif, çox təəssüf!
Onun Həsən müəllimlə ata‑oğul münasibəti, eloğlumuz Bu‑
ludxanla səmimi dostluq və qardaşlıq münasibəti hamı tərə‑
findən təqdir edilirdi.
Ömrünün 40 ildən çoxunu müəllimlik sənətinə, təhsilə həsr
etmiş Uğurlu müəllimin dediklərindən: – İbrahimin cismani
yoxluğundan 10 ay keçir. Mənim kiçik qardaşım Buludxan
onun yoxluğu ilə heç cür barışa bilmir. Əgər mən ölsəydim
qardaşım heç vaxt belə sarsılmazdı.
Dostlarının dediklərindən: –İbrahim bizim üçün etibarlı
dost, sədaqətli və qayğıkeş ailə adamı, cibindəki son xərcliyini
hər an bizimlə yarı bölməyə hazır olan bir oğul idi. Üzərimizdə
onun böyük haqqı var. Biz onu heç vaxt unutmayacağıq!
Ölümun üzü soyuq, səs‑sədası isə yüksək olar deyib atala‑
rımız!
Bu müdhiş gözlənilməz xəbər həmin gün mətbuatda, inter‑
net saytlarında dövlət qəzetlərində özünə yer tapdı.
Bir çox qəzetlər – o cümlədən, “Xalq”, “Respublika” , “Azər‑
baycan” qəzetlərində yazılar, başsağlığı, nekroloqlar dərc
edildi.
Bu gün İbrahimin yoxluğu onun əzizlərini hələ uzun müd‑
dət yandıracaq, illər keçəcək, onun yarımçıq qalmış həyat yolu,
arzuları kimlərin xatirində necə yaşayacaq mən onu deyə bil‑
mərəm.
Bildiklərim isə bunlardır: Mən körpəlikdən onu sevirdim,
çünki o mənim babamın adını daşıyırdı. Orta məktəbdə, ali
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
226
məktəbdə oxuyanda, işləyəndə həmişə təklikdə özümün əlim
çatmadığı nəsihətlərimi ona verməyə çalışırdım. Hərdən yo‑
lumu onun iş yerindən salır, çoxdan görmədiyim üçün darıx‑
dığımı, ən əsası isə onun nə iş gördüyü ilə maraqlandığım
üçün gəldiyimi deyirdim. O, məni görüb qarşılayanda asta və
ləngərli yerişini unudub, gülən gözləri ilə sürətli addımları ilə
üstümə gələr, öpüşüb bir‑birimizə sarılardıq. Mənə aman ver‑
məzdi, ilk kəlməsində əmi necəsən? – deyərək məni qarşıla‑
yardı. Hal‑əhval tutub, söhbət edib beləcə sağollaşıb ayrılardıq.
Onun xarakterindəki qeyri‑adilik, istiqanlı, qohumcanlı ol‑
ması, hə a tanımadığı adamlara xeyirxahlıq və yaxşılıq etmək
istəyi onun nəslindən –babalarından, atasından ona sirayət et‑
mişdi. Onun bu əməlləri Ulu Tanrının dərgahında qəbul edi‑
ləcəkdir! İnşallah!
Mən uşaq və yeniyetmə olan vaxtımda ömrümdə ən çox
sevdiyim nənəm Zeynəbin bir kəlamını heç vaxt yadımdan çı‑
xarmıram: A bala, Şükrünüzü dilinizdən heç vaxt buraxmayın!
Mən inanıram ki, İbrahimin yarımçıq qalmış həyat yolunu
və arzularını onun iki oğul övladı – babasının adını vermiş
böyük oğlu Alı və atasının adını daşıyan kişik oğlu Nizami
qeyrətlə davam etdirəcəklər! Mən arzuladığım o günləri öz
gözlərimlə görməyə tələsdiyim üçün bunlara inanıram!
Hər qaranlıq gecənin bir işıqlı gündüzü olduğu kimi!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
227
Dostları ilə paylaş: |