Ağbaba İbrahimov, əmisi Biz onun yeni nailiyyətlərini gözləyirdik İ
brahim ailənin üçüncü övladı idi. O, lap kiçik yaşlarından
xasiyyəti, davranışları, çalışqanlığı ilə həm yaşıdlarından,
həm də qardaşlarından seçilirdi. Düşüncələri də, hadisələrə mü‑
nasibəti də, sevgisi də fərqli idi. Ailədə ilk ali təhsil alan da İbra‑
him oldu. Təhsili ilə paralel işləməyə də başladı. Atasından,
babasından keçən mərdlik, əliaçıqlıq və səxavətli olmaq xüsusiy‑
yətləri ona çoxlu dost qazandırdı. O, heç yorulmadan araşdırır,
öyrənir, təhsilini davam etdirirdi. Bir neçə universitet bitirdi.
Atası vəfat edəndən sonra anasına ən çox həyan olan, maddi və
mənəvi dayaq olan da İbrahim idi.
Həmişə şən, zarafatcıl, hazırcavab və mehriban idi. Bizi uğurlu
işləri, yenilikləri ilə sevindirərdi. Sumqayıt Dövlət Universitetində
prorektor kimi çalışmağa başlayandan sonra isə bütün potensialını
ora sərf edirdi. Ona tapşırılan işin öhdəsindən layiqincə gəlməyə
çalışırdı. Biz onun yeni nailiyyətlərini gözləyirdik. Heç gözləmədi‑
yimiz qəfil ölüm xəbəri bizi çox sarsıtdı. Təsəllimiz isə az ömrünə
çox böyük işlər sığdırıb, çox böyük uğurlar qazanmasıdır. Ölümün‑
dən sonra qohumlarının, dostlarının qəlbində onun ölümsüzlüq qa‑
zandığını da gördük. Bu xatirə kitabı da bunun bir sübutudur.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
228