A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
220
Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Ləli‑ləbin əmim, sorum dilini,
İstər ölü canə gəlsin, gəlməsin?
Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?
Maka
Mənə zarafatla Maka deyirdi. Bir dəfə Tbilisiyə getmişdik.
Girdik “Xingal evi”nə.
Sifarişimizi verdik. Ofisiant qız yeməyi gətirəndə qeyri‑iradi
soruşdum:
Gürcüstanda: İbrahim, Mahir və gürcü dostu
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
221
‑ Devuşka, kak vas zovut.
‑ Maka.‑ deyə cavab verdi.
Demə gürcülərdə Maka qız adıymış. İbrahim gözünü mənə
zillədi ki, görüm nə deyəcəyəm. Mən isə əvvəlcədən İbrahim
məni çağıran kimi Maka deyə cavab verəcəyimi planlaşdırmış‑
dım. Amma
gördüm ki, belə alınmayacaq. Ona görə də özümü
sındırmadan:
‑ A menya Makaka.
P.S. Əziz dostumuz İbrahim! Ruhun şad olsun. Yerin yaman gö‑
rünür. Hər şey qaydasına düşüb. O gün Buludxanın otağına getmiş‑
dim. Qabağıma çay da qoydu. Yanında şokolad, quru tut. Öz tort
payını da mənə verdi. Meyvəni dilimlətdirib stola düzdü. Bircə viski
yox idi. Əminəm ki, yaxın gələcəkdə o da olacaq.
O vaxtlar narazı‑narazı bağda yediyi borşu yada saldı. Dedim ki,
İbrahimdən sonra borş bişirmirəm. Nəbatini xəbər aldım. Dedi ki,
Nəbatinin də o vaxtdan ilhamı ölüb. “Xalq qəzeti”ndəki otağında da
çay quruyub. Məni də Maka deyə çağıran yoxdur. Bilirsən niyə?
ÇÜNKİ SƏN YOXSAN!
24.12.2014
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
222
Dostları ilə paylaş: