Elnarə Ömərova,
İbrahimin qardaşı Mehdinin həyat yoldaşı
İBRAHİMİ ÖZÜMƏ
BÖYÜK QARDAŞ BİLDİM
M
ənim ilk dəfə İbrahimlə tanışlığım 1998‑ci ilin yanva‑
rında olub. Mən gəlin gələcəyim ocağa qonaq kimi
dəvət olunmuşdum. İbrahimlə ilk dəfə həmin vaxt söhbət et‑
mişəm. Salamlaşdıqdan sonra o mənə “yaxşı paltar ütüləməyi
bacarırsanmı?” ‑ deyə soruşdu. Mən də çəkinə‑çəkinə:
‑ Belə də ‑ deyərək cavab verdim.
O gülümsəyərək:
‑ Hələ bir şalvar ütülə görüm necə bacarırsan ‑ dedi.
Mənim onun sözünü yerə salmayıb şalvarı ütülədim. İşim
xoşuna gəlmişdi:
‑ Hə... pis deyil ‑ deyib güldü.
Mən onda bildim ki, qardaşlarından ən səliqəlisi və zövqlə
geyinməyi xoşlayan İbrahimdi. O həqiqətən şux qamətli,
zövqlə geyinən bir oğlan idi.
Mən onlara gəlin gəldiyim ilk gündən İbrahimi özümə
böyük qardaş bildim, o da mənə bacı kimi hörmət edirdi.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
244
Çünki İbrahimin bacısı yox idi. Bir müddətdən sonra bildim
ki, onun sevdiyi qızın da adı Elnarədi.
İbrahim həm oxuyurdu, həm də “Respublika” qəzetində ça‑
lışırdı. Ona görə də evə gec gəlirdi. Onu yalnız hə əsonları gö‑
rürdüm. Evdə olduğu vaxtlarda hamı ilə zarafat edir, xətrimizə
dəymədən məzəli atmacalar atırdı. Bayramlarda, ad günümdə
məni diqqətdən kənarda qoymazdı, həmişə hədiyyələr alırdı,
“könlün nə istəyir” ‑ deməyi də unutmurdu. Belə qardaşdan
kim inciyərdi...
Martın 13‑dən 14‑nə keçən gecə saat 02.15‑də gələn zəng hər
şeyi alt‑üst etdi. Bir neçə saat özüm‑özümə: “İbrahim hələ ca‑
vandı, ona heç nə ola bilməz, o, əzizlərini, doğmalarını atıb get‑
məz” ‑ deyərək otaqda eltim Nurhanla var‑gəl elədik. Amma
bu dəfə belə olmadı. İbrahim hamını, onu sevənləri, ən başlı‑
cası, anasını, həyat yoldaşını, övladlarını, qardaşlarını gözü‑
yaşlı qoyub getdi. Bu cavan yaşında ona ölüm yaraşmırdı. Bu
yara illər keçsə də, qaysaq bağlamaz, onu sevənlərin yadda‑
şından silinməz.
Allah İbrahimə rəhmət eləsin, onu sevənlərə səbir versin!
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
245
Dostları ilə paylaş: |