A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
165
çırdı. Bilirdi ki, bu gün Yardımlı bulağından
su içən Abbasəli,
sabah bu vaxt Dərələyəzdə olacaq. Uşaqlıq dostlarıyla birlikdə.
Qəbrüstünə gedəcəklər, odun daşıyıb tonqal qalayacaqlar.
Toğlu kəsib kabab bişirəcəklər.
“Kimiydik. Adi, yetim kənd uşağı. İndi isə polkovnikik, pro‑
kuroruruq, idarə rəisiyik” deyərək qoyun otaran balacalara öz‑
lərini örnək də göstərəcəklər.
Üstündən iki gün keçdi. Abbasəli Dərələyəzə getmədi.
Atam səbəbin soruşanda “Qabil, nə isə Gülmalının işi çıxdı,
gedə bilmədik” dedi. Atam sevindi. Abbbasəli getsəydi darı‑
xacaqdı axı...
Yay tətilin başa vurduq. Hamıya məlum, əslində məhcul ha‑
disələr başlandı. Növbəti yay yenə də Yardımlıdaydıq. 1989‑
cu il idi. Abbasəli qəmgin idi. Dərələyəz yenə də Yardımlıdan
cəmi‑cümlətanı bir addımlıqda idi. Gülmalı da vəzifədən çıx‑
mışdı. Boş idi. Amma o yerlərə havalanmaq ümidi boşa çıx‑
mışdı. Ara qarışmışdı. Yenə ümid var idi. Bəlkə gələn il...
Amma simalarda ümiddən daha çox sual var idi. Keçənilki
ümid
real idi, builki ümid isə sual. Bütün bunların isə bir ca‑
vabı vardı: Təəssüf. Abbasəli bir də Dərələyəzi görməyəcəkdi.
Dəfələrlə məzuniyyətə çıxacaqdı. Görməyəcəkdi. Sərhəd Qo‑
şunlarının baş komandanı olacaqdı. Görməyəcəkdi. General‑
mayor olacaqdı. Görməyəcəkdi. Gülmalı öləcəkdi.
Görməyəcəkdi. Eks olacaqdı. Görməyəcəkdi. Bütün bu illərədə
onu bir təəssüf boğacaqdı. Allah Gülmalının evin tiksin. Heç
olmasa axırıncı dəfə o yerləri görəcəkdik... Üç nöqtə qoyub,
köks ötürəcəkdi...
Amma, çifayda...
İbrahim də Ermənıstan SSR‑də doğulub. Babası el ağsaqqalı
olub. Atası da “myaskombinat”ın direktoru. Kef çəkib. Toyuq‑
ları o qədər yumurtlayıb ki, top
yerinə yumurtayla basketbol
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
166
oynayıb. Evləri həmişə qonaq‑qaralı olub. Evin qızları qızlar
bulağından, İbrahim isə kişilər məclisindən su içib. Ta o vax‑
tacan ki, məlum, amma məchul hadisələr başlanıb. Bakıya kö‑
çüblər. Suraxınada bir ev alıb sığınıblar. Hər şeyləri olub. Bircə
Vətəndən yetim olublar.
İlk günlər siyasi liderləri maksimum, minimum proqram‑
lardan bəhs ediblər. Fikirləşiblər ki, yəqin düzdür, tezliklə Və‑
tənə qayıdacaqlar. Sonra isə siyasi qüvvəyə çevriliblər.
Seçkilərdə qalib də gəliblər. Hər şey əldə ediblər. Vətənlərin‑
dən başqa. Sonra İbrahim məktəbi bitirib. İnstituta girib. İşə
düzəlib. Vətənə çan atıb.
Deyib ki, “gedəcəm Vətənə, “Siyə‑
zən‑broyler”in yumurtalarından aparıb, basketbol oynayaca‑
ğam. Uşaqlığımı yada salacağam. Mənə kişilik məktəbi keçən,
adını daşıdığım babamın məzarını ziyarət edəcəyəm. Ağlaya‑
cağam, kövrələcəyəm, sevinəcəyəm. Qonşu erməninin pəncə‑
rəsinə daş atacağam. Haykanuşa göz eləyəcəyəm. Ona
“Bahadır və Sona”nağılı oxuyacağam. Göycə gölündən farel
balığı tutacağam. Gölün suyunda soyutma bişirəcəyəm. Bakı‑
dan gətirdiyim araqdan babamın ruhuna yüz‑yüz vuracağam
da”.
“İbrahim, İbrahim, ayıl, ayıl. Yaman fikrə getmisən. Səninlə
deyiləm?”. Müdiri Həsən müəllimdir. Eloğludur. Göyçədəndir.
İkisi də kompüterin qabağındadır. Ququlda (“Google”) kənd ‑
lərinin kosmosdan çəkilən görüntülərinə baxırlar.
“Bura bizim məktəbdir. 4 mərtəbəli.
Bura isə kəndin o biri
başındakı məktəbdir. 3 mərtəbəli. Bura çay. Bura bulaq. Bura
Mayıf Qasımın evi. Bura isə kolxoz sədrinin evi. Bura çəmən,
bura orman. Ora isə meşə. Obamız, elimiz. Uşaqlığımız, Gən‑
cliyimiz, İlk məhəbbətimiz...”
14.05.2013
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
167
Dostları ilə paylaş: