Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Soz metbexi


174
Söz mətbəxi
Dördüncü, Allahımız insanı yaratdıqlarının  əşrəfi etdi. Qadını isə daha 
yüksək, daha qiymətli yaratdı.  Qiymətli, ali şeylər həmişə pünhanda gizli, ör-
tülü saxlanılıb. Daş-qaşlar mücrülərdə, ruhları oynadan saz, ruhları oxşayan 
kamança, tar həmişə pərdeyi-ismətdə, köynəkdə saxlanılıb. Güclü işığına toz 
qonmasın deyə, bütün əsl möcüzələr gizlində saxlanılıb hamıya göstərilmir, çox 
nadir hallarda onları görə bilirik. Müqəddəs Kəbənin örtüyü də buna sübutdur. 
Bəs, içində  cənnət gəzdirən Qadından, Anadan qiymətli, gözəl, dəyərli 
daha nəsə varmı? Bu gözəlliyin azacıq görsənməyi göz qamaşdırmaq üçün 
kifayət deyilmi?! 
“Yel əsdi, rübəndi atdı üzündən,
 Elə bildim doğdu ay, Sarıköynək”. 
Beşinci, Qadının örtülü olması onu tapmacaya döndərir, daha cazibədar edir. 
Pünhan şeylər ehtirası daha da coşdurur. Yüksək ehtirasdan yarananlar daha sağ-
lam olur. Bunu çox böyük siyasətçi olan Sparta çarı Likurq başa düşmüşdü. Ona 
görə də, Spartanın qayda-qanunlarına görə ər-arvadı nəvazişli anlarında görüb tut-
saydılar yarı ölümcül vəziyyətə qədər döyürdülər. Ona görə də, ər-arvad həmişə 
görüşmək üçün pünhan gizli fürsət axtarır, ömürlərinin sonuna kimi nişanlılar 
kimi vüsalla həsrətin arasında yaşayırdılar. Bu onlarda bir-birinə marağı artırır, 
ehtirasını daha güclü edirdi ki, bu da sağlam uşaqların doğulmasına gətirirdi. 
Keçən əsrin əvvəllərinə qədər şümşad biləklər və topuqlar vəsf edilirdi. 
Külək əsəndə yalnız bu yerlər görsənirdi. İndi bu vəsflər yoxdur. Çimərlikdəki 
qadın kişiləri o qədər də həyəcanlandırmır. Qadının cazibəsi, sakrallığı, tap-
macalığı itdikcə, kişilərin gözlərində onlar adiləşməyə başlayır. Televiziya isə 
qadınlarda ümumiyyətlə sirr qoymur qalsın. 
Həya yalnız tərbiyəvi, mənəvi hiss deyil, o həm də sağlamlığın, fiziologi-
yanın, iqtisadiyyatın göstəricisidir. Çadra həyanı da saxlayırdı. 
Beləliklə, çadranın, örtüyün məhz öncə qadına şamil edilməsi də böyük 
hikmət, qadının kişidən üstün olmasına bir sübut var. Bu daha çox matriarxat-
lığın qələbəsi, qadının kişi üzərində hökmranlığının göstəricisidir. 
Qadınlar soyunduqca kişilər onların hakimiyyətindən çıxır. Qadını adiləş-
məkdən qorumaq üçündü örtük. 
Alov xanımın “Təkallahlı dinlərdən sonra qadınların təhsil aldıqları mə-
bədlər qapalı monastırlara çevrildi” fikri də yanlışdır. 

Matriarxat
175
Təkallahlı dinlərdə, nə Atəşpərəstlikdə, nə Yəhudilikdə, nə də İslamda qa-
palı monastırlar yoxdur. Yalançı xristianlıq gələnə kimi, əsl xristianlıqda da bu 
yoxdur. Bunu yalnız yalançı xristianlıq etdi. Evlənməmək bu dinlərdə günah 
hesab edilir. 
Fikrimcə, cəmiyyətdə qadının inkişafına kişilər tərəfindən imkan verilmə-
məsi bir mifdir. Elmdə, dövlət xidmətində, şou aləmdə qadınlara mane olan-
lar, onları geri çəkənlər, bir-biri ilə mübarizədə olanlar elə qadınlar özləridir. 
İkinci, qadına bəzi sahələrdə irəliləməyə imkan verməyən təbii faktor on-
ların analıq funksiyalarıdır. Uşağı 9 ay bədəndə gəzdirmək, sonra isə əmiz-
dir mək qadını vəzifədən, işdən tez-tez ayırdığına görə karyera tez-tez qırılır, 
çətinlik olur. 
Odur ki, qadınlar daha çox minillər əvvəl də olduğu kimi uşaq bağçala-
rında, məktəblərdə cəmiyyətimizə elm öyrədir, tərbiyə verirlər. Müəllimlərin, 
həkimlərin əksəriyyəti qadınlardır. Güclü siyasətçi, alim, məmur qadınlarımız 
kifayət qədərdir. 
Səhnədəki Nazpəri, Nisə, Flora, Zeynəb, Azərin, Fidan Hacıyeva, İlhamə, 
Gülyanaq, Gülyaz, Tünzalə Ağayeva, Aygün xanım və bu kimi lə rinə kişilər 
mane ola bilər? Özləri bir-birinə mane olmasalar. Eynilə  də siyasi, dövlət 
vəzifələrini tutan xanımlar və başqaları. 
Eləcə də, çox gözəl məntiqə, yüksək yazı mədəniyyətinə, geniş dünyagö-
rü şünə, gözəl elmi, səlis aparat qurmaq, fikrini təlqin etmək bacarığına malik 
olan Alov xanıma. 
Mən kişi kimi öz nənəmi, anamı, oğlumun anasını, qızımı, gəlinimi, bacı-
larımı, müəllimlərimi, çoxsaylı qadınlarımızı həmişə yüksəkdə görmüşəm və 
görmək istəyirəm. 
Məni onlar tərbiyə ediblər. Yazılarımda ağıllı, yaxşı nə görürsünüzsə, on-
lardan əxz etmişəm. 
Yaşasın qadını kişi ilə bərabər olmaqdan hifz edən matriarxat...  

176
Söz mətbəxi
AZƏRİ XANIMLAR HAQQINDA TRAKTAT
Biz kişiyə  təlim veririksə, bir nəfərə, bir qadına təlim veririksə, bütün 
xalqı öyrədirik. 
Mahatma Qandi
Çox qəribəliklər var dünyada. Bu qəribəliklərdən biri də anlayışların də-
yişməsi, düşüncələrdə dünən müsbət hesab edilən bir şeyin, bu gün mənfi an-
lamda və ya tərsinə, yəni mənfinin müsbət qavranmasıdır. 
Bu qəribəliklərdən biri də Azərbaycanımızda qadınlara münasibətin mən-
filiyə doğru dəyişməsidir. 
İlk öncə qeyd edək ki, avropalıların dili ilə desək, gender problemləri çox uy-
durma və mənfiliyə aparan bir hərəkatdır. Cəmiyyətin bir qrup savadlı, bacarıqlı 
qadınlarını gender (qadın) problemləri ilə məşğul olmağa sövq edənlər cəmiyyətin 
yaradıcı bir hissəsini əsas problemlərdən yaradıcılıqdan uzaqlaşdırırlar. Bu xris-
tian dünyasının inkvizisiya siyasətinin müasir dövrə uyğun davam etdirilməsidir. 
Əvvəllər cəmiyyətin yaradıcı, öncül qadınlarını ictimai, siyasi, iqtisa-
di həyatdan öldürməklə, yandırmaqla təcrid edən inkvizitorlar indiki Janna 
Dark ları başqa cür həyatdan təcrid etməyə çalışırlar. 
Şərqdəki qadın azadlığı, xüsusilə  İslamın gəlməsiylə qadınlara verdiyi 
azadlıqlar, üstünlüklər dünyanı idarə edənlərə rahatlıq vermirdi. Öz haki miy-
yətlərini itirmək istəməyənlər ortaya sanki yeni olan bir ideya atdılar – “qadın 
və kişi bərabərliyi” ideyasını. Bu ideyanın, lozunqun ortaya atılması hər iki 
cinsdə bir-birinə şüuraltı bir etiraz yaratdı. 
Qadının kişi ilə bərabərliyi cəmiyyətə elə təlqin olundu ki, sanki qadın 
cəmiyyətdə indiyə qədər hüquqsuz imiş. Qadınlarda elə təsəvvür yarandı ki, 
kişilər onların hüquqlarını indiyə qədər əllərindən alıblarmış. Digər tərəfdən 
kişilərdə hansısa kişilik hüquqlarının alınıb qadınlara veriləcəyi hissiyatı və 
bununla bağlı daxili bir etiraz yaratdı. 
Bu ideya ilə  nəinki cəmiyyətdə çox yüksəklikdə duran qadını kişinin 
səviyyəsinə endirdilər, həm də iki cinsin üzvlərini birləşdirmək əvəzinə, onları 

Azəri xanımlar haqqında traktat
177
iki cəbhəyə ayırıb üz-üzə qoydular. Bununla da yeni süni problemlər yaradıldı 
ki, sonradan bu problemlərin həlli ilə qadınların başını qatıb qadının həqiqi 
istismarını təmin etsinlər. 
Bizim  əski təsəvvürümüzdə qadın və kişi ayrılmazdır. Onlar biri-biri-
ni tamamlayanda bütövləşirlər. Azərbaycan təfəkküründə kişi və qadınlar 
qədimdən bərabərdir, bir-birinin “yarıdır”, yəni 1/3,1/4 deyil, tən yarıdırlar. 
Azəri təfəkküründə bu yarılıqda heç kəs üstünlük təşkil eləmir. 
Xalqımızın təfəkkürünün məhsulu olan “Koroğlu” dastanında Nigar xa-
nım özü Aşıq Cununu Koroğlunun yanına elçiliyə göndərir ki, “Gəl apar mə-
ni”. İndiki korlanmış təfəkkürümüz bunu qəbul edə bilmir. Hər şey mentallığı-
mıza yaddır – deyənlərə əsl Azərbaycan mentalitetini, qadının çox yüksəkdə, 
azad olmasının məhz mental xüsusiyyətlərimizə uyğun olmasını göstərmək 
üçün “Kitabi-Dədə Qorqud”a müraciət etmək kifayətdir. 
“Qanlı qoca oğlu Qanturalı” boyunda Qanturalın evlənmək üçün necə qız 
istədiyinə diqqət yetirin. 
Oğlan dedi: “Ata, məni evləndirmək istəyirsənsə bilirsənmi mənə layiq 
qız necə olmalıdır?.. Mən yerimdən durmamış o, durmuş olsun! Mən Qaracıq 
atıma minməmiş o, minmiş olsun! Mən qanlı kafir elinə getməmiş o, gedib 
mənə baş gətirmiş olsun!”. 
“Baybörənin oğlu Bamsı Beyrək” boyunda isə Beyrək öncə qızla yarışır, 
at çapır, ox atır, güləşir. Qız dedi: “Ay igid heç kimin atı mənim atımı, kimsənin 
oxu mənim oxumu keçməyib. İndi gəl səninlə qurşaq tutaq”. Güləşməyə baş-
ladılar, iki pəhləvan kimi bir-birinə sarmaşdılar. Gah Beyrək qızı, gah da qız 
Beyrəyi yerə vurmaq istədi. Beyrək sarsıldı...”
Bu güləşdən çətinliklə qalib çıxan Beyrək qızın barmağına üzük keçirir 
ki, “aramızda nişan olsun”. 
Evlənmək təklifini isə yenə qız edir. Qız dedi: “Belə oldusa, indi irəli dur-
maq lazımdır, bəy oğlu!”. 
Beyrək də həmçinin: “Nə deyirəm, xanım, baş üstə!”. 
Dialoqa bir də nəzər yetirsək görərik ki, evlənmək təklifində Banuçiçək 
Beyrəkdən daha aktiv rol oynayır. Beyrək burada passiv roldadır, o yalnız 
təklifi qəbul edən tərəfə çevrilir. 
Ərəbzəngi obrazını araşdırsaq gürərik ki, Ərəbzəngi elan verir ki, ərə 
getmək istəyir, amma elə  oğlana ki, ondan igid olsun, ona qalib gəlsin. 
Yəni açıq evlənmək təklifi ilə çıxış edir. Belə ağıllı, qoçaq, igid qızı almaq 

178
Söz mətbəxi
istəyənlərin sayı isə o qədər çoxdur ki, qafalarından, başlarından qala tikilir. 
Demək babalarımız belə xanımları sevirlərmiş, beləsindən övlad istəyirlərmiş. 
Nigarın Koroğluya elçi göndərməsi ilə burada bir paralellik görürük və 
xalqımıza xas olan əsl mentallıq elə budur. 
Əgər xalq mahnılarımızdakı
“Get ay batandan sonra gəl, ay oğlan. 
 Ellər yatandan sonra gəl, ay oğlan.”
  Və ya
“Qoy gülüm gəlsin, ay nənə, 
 Qoy yarım gəlsin, ay nənə. 
 Qapıda duran oğlana,
 Rəhmin gəlsin, ay nənə”
İfadələrin məna çalarına diqqət yetirsək, çox yaxın tariximizdə Həcərin 
Nəbidən daha qoçaq olmasını görsək, Azəri qadınının necə azad, necə yük-
sək də olmasını görərik. 
Qadının qoçaqlığını mədh edib Ərəbzəngi obrazı yaradan müdrik xalqı-
mız yalnız qadının igidliyindən, fiziki hazırlığından danışmır, həm də qadın 
əqlinə, təfəkkürünə yüksək qiymət verib. Nağıllarımızda nağıl qəhrəmanlarını 
ən qorxulu, ən çətin vəziyyətlərdən çıxaran qadının məsləhəti, onun yol gös-
tər məsi olur. İgidləri ər seçən qızlarımız onların yalnız güclərini deyil, ağılla-
rını da sınayır, dərin suallarla onları imtahana çəkmirlərmi?
Nizami babamız “Yeddi gözəl”ində yaratdığı qadın obrazlarına tərif 
deyəndə onların necə  də  ağıllı, elmli, bilikli, həm təbiət elmlərindən, həm 
poeziyadan, həm incəsənətdən xəbərdar, dərin bilikli həmsöhbət olduqlarını 
göstərmirmi? Fitnənin kəniz olduğuna baxmayaraq, igid, ağıllı Şahdan daha 
tədbirli, daha ağıllı, güclü və üstün olduğunu görmürükmü? Bütün bunlardan 
sonra ağa qara deyib milli mental xüsusiyyətlərimizin üzərinə yıxmaqdansa, 
milli mental xüsusiyyətlərimizi, dəyərlərimizi dəqiqləşdirsək, xristian dünya-
sının qadının yüksəkliyinə nifrətdən, qorxudan doğan ideologiya ilə silahlan-
mış mədəniyyətinin, daha doğrusu mədəniyyətsizliyinin təsirindən yaxa qur-
tarmağın vaxtı olduğunu görərik. 
Hansı qadın, qızımız Nigarlıqdan, Ərəbzəngilikdən, Həcərlikdən, Banuçi-
çək  likdən, xalqımızın mental xüsusiyyətlərindən, yuxarıda göstərdiyimiz güc-

Azəri xanımlar haqqında traktat
179
lü, ağıllı, azad məntiqi anlamaqdan çıxıb kişilərlə bərabər olmaq, onların sə-
viyyəsinə enmək istəyər. 
Xristian mədəniyyətində İslamdan çox uzaq, islamda günah hesab edilən 
qadına nifrətdən, ikrahdan, qorxudan doğan adət var. Xristian dünyası özünü 
nə qədər mütərəqqi göstərsə də qadına mənən nifrət edir. 
Xristianlıqda ayrıca monaxlıq, rahiblik adəti, qadın və kişi monastırları-
nın mövcudluğu, evlənməmək andı (obed bezbraçiya), katolik xristianlarda 
din xadimlərinin evlənməsinə qoyulmuş qadağalar buna bir sübutdur. 
Xristianlıqda kişi evlənmirsə, qadınla cinsi əlaqədən, təmasdan uzaqdırsa 
daha müqəddəs, daha təmiz hesab edilir. Əgər qadın rahibəliyə, tərkidünyalığa 
üz tutub kişi ilə cinsi əlaqədən uzaqdırsa, onun günahları bağışlanır, çünki o 
kişini günaha batmaqdan xilas edir, onu murdarlamır. Yəni xristianlıq qadını 
murdar qadın hesab edir. 
Budur monaxlığın, evlənməməyin xristianlıqda əsl mənası. Yalnız bu ide-
ologiya ağıllı, bacarıqlı qadınları inkvizisiyanın alovlarında yandıra bilərdi. 
Bu alovla inkvizisiya qadınları yandıranda Azəri xalqı məhz bu xüsusiy-
yət li  qadın, qızlar yetişdirirdi, onlarla fəxr edirdi. 
İnkvizisiya qadını odda yandıranda İşıqlı İslam dini qadını öz mühafizə-
sinə, öz qanadları altına aldı, qadını xristian mədəniyyəti ilə dünyaya yayılan 
bu vəhşilikdən, barbarlıqdan müdafiə etdi. 
Xristian rəssamlığı, musiqisi, mədəniyyəti, poeziyası gözümüzə sivil 
görsənsə  də  əslində qadına nifrətin, ikrahın üstündə qurulub, bu hisslərdən 
doğub. Təəssüf ki, bu vəhşi mədəniyyətinin bizə təsiri çox güclü olduğundan 
əsl mental xüsusiyyətlərimizi bizə unutdurub, ağlımızı qarışdırıb. 
İslamda qız uşaqlarını öldürməyin qadağası yalnız cahil ərəblərə aid de-
yildi. O zamandakı və sonrakı xristianlıqdakı vəhşiliyin qarşısını almağa da 
xidmət edirdi. Cahillik dediyimiz dövrdə Ərəbistanda və onun ətrafında xris-
tianlığın artıq 600 yaşı var idi. 
İslam dininin qadına verdiyi ucalıq xristian dinindən çoxlarını döndərirdi. 
Yalnız  İslamın bu təsiri altında xristian dünyasının bu vəhşiliyi dayandırıldı. 
Amma ideologiyada, mədəniyyətdə altdan-altdan qadına ikrah tərbiyə olunub, 
mədəniyyət, ədəbiyyat vasitəsilə xristian olmayanlara da təlqin edilməyə başladı. 
İslamla mübarizə aparan xristian ideoloqları İslamda, Azəri fəlsəfəsində 
şərqdə özünə böyük hörmət qazanmış qadını yoldan çıxarmaq, qərbdə isə iq-
tisadi istiqlal qazanmış, artıq heç bir dinə, məzhəbə xidmət etməyən, azadlığı 

180
Söz mətbəxi
yalnız cinsi əlaqə azadlığı kimi anlayan, ipə-sapa yatmayan xristian qadını 
qarşısında özünə  bəraət qazandırmaq üçün “Kişi-qadın bərabərliyi” tezisini 
mütərəqqi ideya kimi ortaya çıxardı. 
İslamda, Azərilərdə ismət, etibar, əlçatmazlıq, məchulluq, gözəllik sim-
volu kimi qəbul edilən qadın azadlığı, yəni bərabərlik kontekstində az qala 
təfəkkürdə pozğunluq kimi, cinsi əlaqə azadlığı kimi qəbul edildiyindən mənfi 
nəticələrə gətirib cəmiyyətdə cinslər arasında gərginliyi artırır. 
Bu ideoloji ekspansiyanın nəticəsidir ki, gənclərimiz özlərindən ağıllı, 
qoçaq qızı həyat yoldaşı kimi görmək istəmirlər. Savadlı, ağıllı qızlarla ailə 
qurmaqdan qorxurlar. 
Beləliklə, intellektual səviyyəsi aşağı olan qadınlara tələbat yüksəldikcə, 
kişilərin də infantilliyi artır, onlar da öz müsbət xüsusiyyətlərini itirirlər. 
Savadsız, zəif qadınlar savadsız, dardüşüncəli övladlar yetişdirir, təhsil, bi-
lik və s. arxa plana keçir, gözəllik zahiri amillərlə ölçülür, cəmiyyət cırlaşır, 
vəhşiləşir, insanlar pozğunlaşır. 
Dədə Qorqudun, İslamın tərbiyəsini almış igid, şücaətli, ağıllı Azəri qızı 
heç də sevgisini, məhəbbətini itirmir. 
“Duxa Qoca oğlu Dəli Domrul” boyunda Əzrayıl Dəli Domrula şərt 
qo yur ki, “Dəli Domrul öz canı yerinə can tapsın, onun canı azad olsun!” Heç 
kim Dəli Domrulun əvəzində ölmək istəməsə də onun xanımı:
“Yer Şahid olsun, göy şahid olsun,
 Qüdrətli Tanrı şahid olsun,
 Mənim canım sənin canına qurban olsun!”
deyib ərinin yerinə ölməyə razı olur. Bu fakt əsl Azəri xanımının – azad, uca, 
qoçaq, savadlı xanımın etibarından xəbər vermirmi?
Savadsız, qorxaq, yalnız xarici görünüşü ilə  əylənən qadından belə 
yüksəkliyi gözləmək olarmı?
Zənnimcə igid uzunqulaq yox, at minər, özü də əsl igid şahə qalxan, çətin 
ram olan at minməlidir ki, yaralansa, yıxılsa onu qoyub getməsin. Yalnız at 
etibarlı olur, qatır, eşşək çətin anda, yaralanıb yıxılanda igidi qoyub gedir. 
Yalnız ağıllı, cəsur kişi cəsur, ağıllı arvad alar. 
Ailə övlad naminə qurulur. Ağılsız qadının Sizə böyütdüyü övlad hansı 
keyfiyyətdə olacaq?

Azəri xanımlar haqqında traktat
181
Ağıllı ana qızına öyüd verir ki, qızım kişini kişi edən qadın olar. Heç 
kim sənə deməyəcək ki, filankəsin qızıdı, deyəcəklər filankəsin arvadıdı. Əri-
ni hörmətli etsən özün də el içində urvatlı olacaqsan, balaların da. Yox tərsinə 
olsa, ərin hörmətsiz olsa səni də adam yerinə qoymayacaqlar. Ər evi, gor evi. 
Yəni qadın ər evindən gora getməlidir. Bir adını iki eləmə. Kişini sözü ötkəm, 
hökmlü et ki, evində bərəkət olsun, hörmət olsun, kişinin qürurunu sındırma. 
Yaxşı gedən at özünə qamçı vurdurmaz və s. 
Belə öyüd alan ağıllı qızın sonra ailəsi dağılarmı heç?!
Qadının həm Azərilərdə, həm işıqlı dinimiz İslamda belə yüksək tutulma-
sının həm dini, həm fizioloji, həm ictimai əsasları var. 
Əgər Allahımız kişini, Adəm peyğəmbəri cansız materiadan torpaq-
dan (gil palçıqdan) yaratdısa da Həvva nənəmizi daha yüksək, daha təmiz, 
daha mürəkkəb struktura malik canlı materialdan yaratdı. Yəni belə demək 
mümkünsə, öz materialına görə qadın daha qiymətli, daha yüksək, daha pak, 
təmiz yarandı. Bəlkə də qadını ilahiləşdirərək onun daha təmiz, pak olması 
istəyimiz, tələbimiz elə o vaxtdan hüceyrələrimizdə proqramlaşıb. Qadının 
həyatda daha çox yaşaması onun təbiətə daha lazımlı, gərəkli olmasından 
irəli gəlmirmi? Öz strukturuna görə qadın daha yumşaq, daha mülayim, daha 
zərifdir. Buna görə də daha güclüdür. 
Kişi öz strukturuna görə daha bərk, daha qaba, daha sərt və buna görə də 
daha zəifdir. 
Əgər kişini bərk, qadını isə elastik divarla müqayisə etsək, onda bərk di-
vara çırpılan iri çəkic divarı ovxalayıb dağıdacaq, elastik divar isə çəkici yum-
şaqca qəbul edib geri atacaq. 
Bərklik qüvvət, yumşaqlıq isə  zəiflik deyil, əksinədir. Xeyirxahlıq ona 
görə axırda qalib gəlir ki, o, yumşaqdır, ona görə marafonçudur, uzağa qaçır, 
pislik isə sərtdir, sprintyordur, yaxın məsafəyə qaçandır. Başlanğıcda irəliyə 
keçsə də sonra məğlub olmağa məhkumdur. 
Yüksək təzyiqli güclü su şırnağı, ya da damcı-damcı su sərt, bərk daşı deşir, 
özü isə yumşaq həyatverici su olaraq qalır. Yumşaq qadın başlanğıcı  həmişə 
ekspansiv, sərt kişi başlanğıcını qəbul edir, ona qalib gəlir və xaric edir. 
Kişinin qadın üzərində  qələbəsi bir az Napalyonun Moskvanı almasına 
bənzəyir. Napalyon Kutuzovun bu qəribə taktikası ilə Moskvaya girdi və 
məğlub oldu. Məcazi mənada Kutuzovun bu taktikası, gedişi qadın taktikası 
idi. Təslim olmaqla qalib gəlmək. 

182
Söz mətbəxi
Qadın kişinin arvadı, yəni arvası, tarazıdır. Əgər kişi adamdırsa, arvad ona 
arva adamdır – tarazdır-arvaddır. Dilimiz təfəkkürümüzü əks etdirir, ona görə 
də Azərbaycan dilində qadın-kişi cinsi yoxdur.  
Qadın və kişi təfəkkürünü müqayisə etsək görərik ki, kişilərdə  məntiqi 
təfəkkür, təfəkkürün maddiyyatı daha güclüdür. Qadınlarda isə intiutiv tə fək-
kür, yəni kosmosla bağlı Allahın verdiyi informasiyanı daha tez duymaq, al-
maq bacarığı daha güclüdür. 
Böyük alimlərdən heç kim deyə bilməz ki, hansısa vacib bir nəticəni o he-
sablamaqla əldə edib. Çünki əvvəlcə ideyanın, fikrin özü bizə Allahdan təlqin 
edilir. Bu təlqin zamanı biz çox böyük həyəcan, ləzzət, həzz, işıq duyuruq. Bu 
verilən fikrin yüksəkliyini, gözəlliyini, hormoniyasını duyub ona inanır, sonra 
onu məntiqi aparatla, təcrübə və hesablamalarla isbatlayırıq. Ona görə də ona 
elmi tapıntı deyirik. Yəni onu qəflətən tapırıq, rus dilində də eynilə buna na-
xodka – tapıntı deyilir. Bəlkə də buna görə nağıllarımızda məchul mətləblərin 
həllini həmişə qadın tapır, kişi isə bu həlli həyata keçirir. Qadın-kişi burada da 
bir-birinin yarı, bir-birinə yarıdırlar. 
İntiutiv və məntiqi təfəkkürü eyni zamanda güclü olan insanlar daha da 
yüksəkliyə qalxırlar. Məhz bu səviyyəli qadınları inkvizisiya məhv edirdi. 
Eyni dərəcədə intiutiv və  məntiqi təfəkkürə malik olan qadın və kişi 
müqayisə edilərsə, qadın təfəkkürcə daha üstündür. Çünki kişilərdən fərqli 
olaraq qadınlarda həm də hormonal təfəkkür çox güclüdür. Ay ərzində, il 
ərzində və ildən-ilə qadının hormonal vəziyyəti güclü dəyişikliyə uğrayır. Qa-
dının bununla bağlı hormonal təfəkkürü də dəyişikliyə uğrayır. 
Qadın bir ildən sonra tam əminliklə əvvəlki fikrinin əksini söyləyə bilir. O 
bu zaman yalan danışmır, sadəcə dediyinə inanır. 
“Kişinin sözü bir olar” zərb məsələsinin psixoloji kökü də buradandır, kişi 
təfəkkürü üçün inandığı şey doğmaya çevrilir. Mendeleyev cədvəlinə inanan 
kimyaçı kişi üçün kimyəvi elementlərin yeni dövrü cədvəlini yaratmaq çox 
çətindirsə, qadın kimyaçı bunu edə bilər. “Qadını başa düşmək çətindir” anla-
mı da düzdür, çünki çox hallarda hormonal təfəkkürün təsiri nəticəsində qadın 
özü də özünü başa düşmür. Hormonal təfəkkür qadının baxış bucağını ayba-
ay, ilbəil dəyişir, o məntiqin və intuisiyanın köməyi ilə kişilərin bir nöqtədən 
baxdığı  məsələyə  həmişə başqa nöqtədən baxır, həqiqəti daha çox tərəfdən 
görməyə müyəssər olur. Həmişə də gördüyünü, inandığını söyləyir. Həqiqətin 
həmişə bir tərəfini görən kişi isə bunu başa düşmür, qadının yalan danışdığını, 

Azəri xanımlar haqqında traktat
183
məsələdən başı çıxmadığını fikirləşir, inciyir, cırnayır. Amma qadın əslində 
hər dəfə səmimi olur. 
Buna görə də ağıllı qadına qulaq asmaq, onun dedikləri barədə düşünüb 
onları araşdırmaq bir çox yeniliklər verə bilərdi. Deyilənə görə Eynşteyn 
belə edib, onun tapıntılarının çoxu xanımına diqqətlə qulaq asıb, dediklərinin 
həyata keçirilməsindən ortaya çıxıb. 
Nəhayət Azəri qadınlarının bütün dünya qadınlarından daha üstün olduqlarını 
gördüyümü, öz həyat təcrübəmdən çıxış edərək Sizinlə də bölüşmək istəyirəm. 
Mən Azərbaycan qadınını bir neçə sürətdə görmüşəm. 
Nənə obrazı: Vallah bizim nağıllı, nəğməli, qucağı isti, ağzı dualı  şirin 
nənələrimiz kimi nənələr yoxdu dünyada. Atamın anası Xacca nənəm (adı 
Xədicə idi, amma nədənsə həmişə Xacca nənə deyərdik) ilk dəfə Quranın nə 
olduğunu (6-7 yaşlarımda) göstərib mənə. Məktəbə gedəndə  məni Quranın 
altından keçirib, çörək ayaqlamağın günah olduğunu, çörəyi yerdən götürüb 
göz üstə qoymağı, “Bismillah” kəlməsini öyrədib. Anamın anası Gilas nənəm 
buxarı kənarında, ocağın yanında nağıllar aləminə aparıb məni. 80 yaşında da 
üzündə bir qırış yox idi, gənc qız sifəti idi sifəti, əllərinin, sifətinin dərisi nur 
saçırdı. Nənə yox, Ana demişik ona. Başqa ölkələrdə nənələr nəvəni özlərinə 
yük bilir, nəvədən uzaqda dururlar. 
Bizim nənələrdən yoxdur dünyada, Azərbaycanda var!
Ana obrazı. Allah hamının anasını sağ eləsin! Anam Gülzərə  həmişə 
evdə Güllü deyiblər. Hər birimizlə birinci sinifdən onuncu sinifədək bir yerdə 
oxuyub. İki il süd verib mənə, mənim Güllü Anam. Mənə oxuduğu laylala-
rı məndən kiçiklərə də oxuduğu üçün hamısı ürəyimdə, beynimdədi. İndi də 
mən boyda (55 yaş az deyil) oğulu görən kimi qucaqlayıb boyumu söyər (yəni 
tərifləyər, öyər) “booy, uşağım niyə belə sınıxıb” deyər, məni yeməyə-içməyə 
tutar, başıma fırlanar.  İndi də  əlini başıma çəkəndə bütün ağrı-acılarım ca-
nımdan çıxır. Ev-eşik sahibi olsaq da, indi həm bizim beşimizə, həm də 12 
nəvəsinə, 4 nəticəsinə, hələ qonum qonşu uşaqlarına da istilik verir. Ağlayanı 
ovundurur, ovunanı sevindirir. Xaricidəkilər uşaqları 16-18 yaşından evdən 
çıxarırlar ki, gedin sərbəst, özbaşına olun, mən borcumdan çıxdım. Xarici 
ölkələrdə belə analar yoxdur. Azərbaycanda var!
Xala obrazı. İki xalam vardı. Mələknisə xalam bütün folkloru sinədəftər 
bilirdi. Hərdən oturdurdu məni dizinin dibində, mən də nağıl, dastan, bilməcə, 
gülməcə, tapmaca, daha nə həvəskarı. Heç qopmaq istəmirdim ondan. O biri 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin