156
Söz mətbəxi
hərəkətin və qravitasiyanın mövcudluğu bu işıq sistemlerinin entropiyasının
saxlanmasına, ümumiyyətlə, enerjinin, kütlənin, informasiyanın və s. saxlan-
ma qanunlarının işləməsinə gətirib çıxarıb. Az sürətli aləmdəki bu saxlanma
qanununu XIV əsrin I yarısında Şeyx Mahmud Şəbustəri belə istifadə edib:
Xəlqü əmr aləmi burada bir oldu,
Biri çoxaldısa, biri azaldı.
Beləliklə, işıq daxili aləmlərdən, işıqlı dünyalardan bir-birinə səyahət
etmək üçün hər hansı bir obyektin işıqla bağlı xarakteristikalarını, hərəkətinin
parametrlərini dəyişmək lazımdır. Biz kainatla, planetlə birlikdə hərəkətdə ol-
duğumuz üçün sürətimizi hiss olunacaq səviyyədə dəyişmək, işıqdan sürətli
hərəkət etmək iqtidarında deyilik. Sistemin entroniyasını dəyişmək, yaşadı-
ğımız aləmdən çıxmaq üçün sürətlə bağlı parametrləri, o cümlədən, zama-
nı da çox dəyişə bilmirik. Amma hər cismə aid olan bir qüvvə var – cazibə
qüvvəsi, qravitasiya. Qravitasiyanı dəyişməklə biz obyektin enerji tutumunu
dəyişməklə, ona istiqamət verməklə bu aləmdəki yox olan obyekt mütləq
başqa aləmdə o andaca var olacaq. Beləliklə, bir işıqlı dünyadan yox olan
obyekt mütləq başqa paralel aləmdə o andaca var olacaq. Beləliklə, biz bir
işıqlı dünyadan paralel olan başqa işıqlı dünyaya düşəcəyik. Yəni, əgər biz
qravitasiyasının miqdarı və istiqamətini y2 olan dünyada yaşayırıqsa, qravi-
tasiyanı Δy qədər dəyişməklə qravitasiyasının istiqaməti və miqdarı Δy=y2-y
xarakteristikasına malik dünyaya, qravitasiyanı əvvəlki qiymətinə qaytarmaq-
la öz dünyamıza qayıda bilərik. Yalnız bu yolla biz ani olaraq işığın sürətini
keçə bilərik. Ola bilsin ki, Enşteynin indi gizlədilən Koliforniya təcrübəsi
elə bununla bağlıymış. Amma bu yenə də bizə işıq dünyalarını, aləmləri tərk
etməyə, rasional dünyalardan çıxmağa imkan verməyəcək. Amma yalnız Uca
Allahımızın istəyi ilə bizim də Peyğəmbərimiz Məhəmməd (ə.s) kimi rasio-
nal aləmdən çıxmağımız nə zamansa ilkin irrasional aləmə səyahət etməyimiz
mümkün olacaq. Düşünmək olar ki, Babil qülləsi elə bu maşının qurğusuydu.
İnsanlar onun köməyi ilə “göyə” Allahın yanına çıxmaq istəyirdilər. Uca Alla-
hımız isə insanlığın meracına o vaxt qadağa qoydu, elmi inkişafı başqa səmtə
yönəldildi.
Buradan bir nəticəyə də gəlmək olar ki, bir-birinin dilini anlamayan 72
millətin yaranması onları barışıqdan daima uzaq saxlayır. Amma bütün mil-
Matriarxat
157
lət lər birləşib vahid bir Yer dövləti yaratsaydılar, bəlkə də yeni Babil qülləsi,
yəni mexanizm qurula bilərdi. Həm də ehtimal etmək olar ki, Uca Allahımız
Babil qülləsi barədə bilgiləri də parçaladı. 72 hissəyə bölüb hər millətə bir
his səsini verdi, hər dildə bu bilginin bir hissəsi qaldı. Millətlər birləşən za-
man bu bilgilər birləşib Babil qülləsini yarada bilər. Buna görə də ibtidai xalq
bilgilərinin deyim və duyumlarının oldugu kimi saxlanmasını vacib hesab edi-
rik. Mövzumuz meracla bağlı olmasa da bu mövzuya toxunduğumuza görə bir
azca da bu barədə danışmaq istərdim.
Əgər qədim mədəniyyətlərə Misir, Babil, Şumer, Hindistan, Astek və sair
baxsaq, o dünyanın da bu dünya qədər real olduğunu, real qəbul edildiyini gö-
rürük. İnsanların bu keçidlərdən keçdikləri haqqında o dövrkü mədəniyyətlərdə
və indiki nağıllarda, əfsanələrdə faktlar gətirilir. Hər iki dünyanı dərk edən,
ona toxunmaqla inam gətirənlər, qnostisizm yolunu seçənlərdir. Qnostisizmin
həm Səmavi kitablar, həm Nizami Gəncəvi kimi böyük şəxsiyyətlərin, həm
peyğəmbərimizin keçdiyi yollar və sair göstərir. Çıraqdan (şagirddən) ziya-
lıya, ziyalıdan müəllimə, müəllimdən alimə, alimdən aydına, aydından aga-
has gedən yol da gizli bilgilərə çatmağın bir yoludur. İnsanlar merac etmək
üçün özlərini öldürürdülər. Lakin onlara Allahdan qadağa gəldi ki, özlərini
öldürənlər cəhənnəmə düşəcəklər. Onda insanlar merac aparatı – Babil qül lə-
sini yaratdılar. Buna da icazə verilmədikdə insanlığın agahları qnostisizm yo-
lunu seçdi. Bunun da yolları açıq şəkildə Qarqantua və Parqahtuada, Nizamidə,
Səmavi kitablarında göstərilir. Qısaca olaraq, bu yol işıq yoludur. Qa ranlığa
qalib gəlmək, işığa, aydınlığa çıxmaq üzərində qurulan bu yol ən qədim, ən
effektli sayılan psixodelik tərbiyə yoludur. Yalnız bu yolla gedənlər bir merac
yoluna yaxın yolla gedə bilirlər. Bu yol “Koroğlu” dastanında da göstərilir.
Koroğlunun kor, yəni gözləri işığı qəbul etməyən atası Alı kişi Qıratı və Dü-
ratı 40 gün işıq düşməyən qaranlıq tövlədə saxlamağı tapşırır. Əslində Qırat
gecəni, Dürat isə ala-toranı açılan sübhü göstərir. Koroğlu dözmür və sona ya-
xın bir balaca deşik açıb görür ki, Qıratın qanadları çıxıb. Amma Koroğlunun
baxdığı deşikdən düşən işıq Qıratın qanadlarını əridir. Onun uçmaq, məcazi
mənada merac etmək imkanını yox edir. Qırat burada peyğəmbərimizi meraca
aparan atın əkizinə, boşluqla varlıq arasındakı səddi, pərdəni keçə bilən varlığa
dönməliydi. Varlıq kimi yoxluğun da mövcudluğunu “var-yoxumu apardılar”,
“var-yoxuma söydü” kimi xalq idiomalarından da görürük. Elə bu dastan da
qnostisizmin, aydınlığa gedən yolun xalqımıza bəlli olduğunu göstərir. “Səni
158
Söz mətbəxi
diri-diri qəbirə qoyum” ifadəsi də bu kontekstdən qarğış deyil, əslində alqışdır.
Sənin təfəkkürünü açım, merac yolunu göstərim məna sın dadır.
Digər tərəfdən insanlar meracın ən sadə yolunu ölümdə görürdülər. Özü-
nü öldürmək qadağan olunduqdan sonra insanlar vuruşub bir-birini öldürməyə
başladılar. Başqası tərəfindən öldürülən adamın merac edə biləcəyi, cənnətə
düşəcəyi düşüncəsi bu gün də “şəhid olanlar cənnətə düşəcək” düşüncəsində
özünə yer tutub. Öldürüləcəklərini bilə-bilə sevinclə, inamla şəhidlik yolu-
nu tutanlar qorxmazlar, inananlardır. Amma müharibələrin kökündə duran
bir inamdır bu. Məşhəri yaxınlaşdırmaq tez merac arzusudur bunun kökündə
duran. Uca Peyğəmbərimizin silahdaşı ilk müsəlmanlardan olan Əli döyüşə
çağıranda ölümdən qorxmayın, bizi bizdən qabaq gedib gözləyənlərdən tez
çataq mənasında dedikləri də bunu ehtiva edirdi.
Meracın daha mükəmməl yollarından biri də məhəbbətin tantrasından ke-
çir. Təəssüf ki, yalançı xrisianlığın təsiri ilə bu yol yaddaşlardan silindi və indi
əksər insanların cinsi yaxınlığı heyvanlarınkından demək olar ki, fərqlənmir.
Zamandan, məkandan çıxmağın qnostisizmə çox yaxın bir yolu “boşluğa”
düşmək, yoxluğa daxil olub çıxmaqdır. Lamaizm bu yolun axtarışında olan bir
elmdir. Əgər insan yoxluğu, boşluğu dərk edib ora daxil olursa, orada zaman
dayandığı üçün o uzun müddət orada olub yenə geriyə dönə bilər, yaxud ani
yerdəyişmə edə bilər. 2012-ci ildə biz Ulan-Udedəydik. Bizi 1926-ci ildə ölüb
öz xahişi ilə basdırılıb 80 ildən sonra çıxarılıb somati vəziyyətində diri qalan,
2006-cı ildən monastıra yerləşdirilmiş İvolginin ziyarətinə apardılar. Bütün
nümunələr, təhlillər, tibbi araşdırmalar İvolginin yaşadığını deyir. Hərdən
gülümsəyir. Çox yaxına gedəndə sanki güclü elektromaqnit sahəsinə düşən
kimi insanın başı ağrıyır. Qurani-Kərimdə və başqa dinlərdə belə adamlardan
bəhs edilir. Bu vəziyyətdə insan min illər qala bilər. Yəni cismaniliyi saxla-
maqla da merac yolu var. Amma hələlik bu bizim mövzumuz deyil.
Qədim türklərin yaratdığı, təbiət qanunlarını ilahi qaydalarla və insan psi-
xikasını heyvani, nəbati güclərlə bir vəhdətdə istifadə edən Şamanizm-Qama-
nizm elmi düşüncə sistemi də meracdan istifadə edir. Cingız xanın qəbrinin
tapılmaması da ehtimal ki, şamanların işi ilə bağlıdır. Məlumdur ki, Çingiz
xan heç bir dinə mənsub deyildi, yalnız şamanlarla oturub dururdu və ölüm-
süzlük yollarını axtarırdı. Ola bilsin ki, o somati ya başqa bir yol tapmışdı.
Dünya isə onun qəbrini, cəsədini axtarır. O isə İvolgın ya başqaları kimi so-
mati vəziyyətində yaşamağa davam edir.
Matriarxat
159
Bizimlə paralel aləmlərin mövcudluğunu və onları bizim heç zaman ən iri
teleskoplarla belə görə bilməyəcəyimiz, lakin bu aləmlər arasında səyahətlərin
mümkünlüyünü anlamaq üçün tərəfimizdən varlığın karusel modeli təklif edilir.
Təsəvvür edin ki, biz karuselə daxil olmuşuq. Ətrafdakıların hamısını görürük,
çünki onlarla bir zaman, məkan və sürətdəyik. Karusel sürətlə fırlanmağa başlayır.
Biz bir-birimizi, karuseldə olanları görürük, lakin sürət artıqca ətrafdakıları artıq
görmürük, çox böyük sürətlərdə isə, karusel kənarındakı hər şey “yoxa” çıxır, gö-
rünmür. Amma bu demək deyil ki, karuselin kənarında həyat yoxdur, orada daha
böyük karusel, yer kürəsi fırlanır. O isə daha böyük karuselin, günəş sisteminin
bir hissəsidir. Təsəvvür etsək ki, bir çox karusellər ətrafımızda çox böyük surətlə,
hətta əks istiqamətdə hərəkətdədirlər, onda bizim üçün onlar yoxdurlar.
Bu karusel – aləmlər biri-birinə nisbətən müxtəlif böyük sürətlərdə, yaxud
müxtəlif zamanlarda ola bilərlər. Onda onlar biri digərini görməyəcək. Velo-
sipedin təkərləri surətlə fırlandıqca, millər görünməz olduqları kimi. Amma
bu o demək deyil ki, millər yoxdurlar. Bir aləmdə o birinə çıxış üçün karuse-
lin içərisindən nəyinsə onun kənarına atılması, onun o biri dünyaya düşməsi
deməkdir. O bir müddət karuselin sürətini öz ətalətində saxlaya bilər. Amma
o əks istiqamətdə hərəkətilə, ya surətini artırıb azatmaqla çıxdığı karuselin
məkanından qopub başqa məkana düşə bilər.
Bərk maddəni yaradan Rəbbimiz bərk maddəni nizama saldıqdan sonra
bərk maddədən öz təcəssümünü, özünün bərk maddədəki formasını, “özünə
bənzərini” yaratdı, ona öz ruhundan verdi. Ondan əvvəl yaratdıqlarını Adəmə
yəni, özünün bərk maddədəki hissəsinə səcdəyə çağırdı. Adəmin öncəki var-
lıqlardan yeganə üstünlüyü Yaradanın özünə bənzəməsi idi. İçindəki ruh adi
ruh deyildi. Məhz Allahın ruhu idi. Adəm də qərar verməkdə azad idi.
İndi isə qayıdaq Adəmin yaradılışına. “Onu qara palçıqdan (gildən) ya-
ratdı.” Palçığın qara olması, canlı orqanizmdə karbonun əsas rol oynamasını,
palçıq isə suyun əsas rolunu (palçıq torpaqla su qarışımıdır) göstərir. Prinsipcə
insan orqanizmi tərkibində çox az miqdarda nizamlanmış torpaq maddələrdən
ibarət məhluldur. Adəm palçıqdan, torpaqdan, sonra isə Həvva artıq ruh veril-
miş bədəndən yaradıldı.
Əlbəttə, ruh verilmiş bədən adi palçıqdan daha mükəmməl, daha yüksək
bioloji materialdır və Həvva öz əmələgəlmə xammalına görə Adəmdən üstün
tutuldu. Ona görə o daha gözəl, daha mükəmməl oldu. Xudavəndi Aləmin əsas
funksiyalardan biri, insan yaratmaq funksiyası məhz Həvvaya etibar edildi.
160
Söz mətbəxi
Adəmin öncə yaradılmasında Böyük Allahımız bizə həm də bir elm, bir hikmət
də qoydu. Qadının materiyası yalnız qadın yarada bilər. Qadında yalnız qadın
maddəsi var. Kişidə isə həm qadın, həm də kişi materiyası birləşib. Çox sonralar
elm sübut elədi ki, qadınlarda yalnız “X” xromosomu, kişilərdə isə həm “X”,
həm də “Y” xromosomu var. “XY” cütləşəndə isə oğlan uşaqları doğulur.
Beləliklə, uşağın cinsi üçün məsuliyyət atanın çiyinlərinə qoyuldu. Həm də
bir etik norma da qoyuldu. Heç kəs hətta Allahın yaratdığı öz bədən üzvlərinə
belə əzab verə bilməz. Qadın da kişinin bədəninin bir üzvü olduğu üçün kişi
onu ən azı özünü qoruduğu kimi əziyyətlərdən qorumalıdır. Adəmin öncə ya-
radılmasının hikməti fikrimcə bundandır. Daha doğrusunu əlbətdə ki Mütləq
Həqiqət Sahibi daha yaxşı bilir. Beləliklə, Uca Allahımız qadını kişidən üstün
yaratdı. Elə buna görə də matriaxat əbədidir.
Qayıdaq qadağan olunmuş Cənnət barlarına. Allahımız iki ağacın - Bilik
və Həyat ağacının barından dadmağı qadağan etmişdi. Həmin barların meyvə
olub olmadıqları başqa bir mövzunun materialıdır.
Amma qısaca bu məsələyə toxunsaq görərik ki, bəzi kitablarda bu bar daha
çox alma kimi göstərilir. Bu da almanın orta kəsiyində qadın cinsi orqanının
şəklinin alınmasından irəli gəlir. Digər müəlliflər bunu bugda adlandırır. La-
kin göstərilənlər Məlumat ağacının barı ola bilməzdi. Çünki, həmin bar beyi-
nin vəziyyətini dəyişdirib, beyini xəstələndirməli, təbiəti məhvə aparacaq ağı-
lı yaratmalıydı. Bu xassələrə ağaclarda əmələ gələn psixodelik xüsusiyyətlərə
malik göbələklər daha çox yaxındırlar. Üzəri göbələklərlə örtülmüş xarab olan
məhsula bu gün də “barlanmış” deyirik. Məlumat, bilik ağacı da ola bilsin ki,
psixodelik göbələklərlə barlanmışdı.
Belə barı yeyəndə beyində öncə qallüsionasiyalar yaranır, volokordin ve-
rilmiş pişikdə olduğu kimi. Qallüsionasiyalar toplandıqda, çox və güclü olduq-
da isə beyin xəstələnir və dünyanı məhvə aparan xəstəlik “ağıl” əmələ gəlir.
Dahi Salvador Dali bunu anladığından “ağıl Allaha məxsus deyil” fikrində
idi. Yaradıcı adamlar yaradıcılıqdan çox böyük həzz alırlar. Belə vəziyyətdən
onlar öz-özlərinə şüurun dəyişkən vəziyyətinə düşürlər. Bu zaman bədəndə
endomorfinin miqdarı artır. Həzz alma bununla bağlıdır. Bu vəziyyətə düşə
bilməyənlər onu süni şəkildə yaratmağa çalışır. Psixodelik təcrübədə zərərli
narkotik maddələrdən və s. istifadə edirlər ki, bu da çox mənfi nəticələrə gə-
ti rir. Narkotiklər çox qısa müddətdə ilk barın effektinə bənzər hisslər yaradır,
amma sonda insanı cənnətdən yerə deyil, cəhənnəmə salır, onu xəstələndirir.
Matriarxat
161
Bu mənada ilk barın da effekti buna bənzər müalicə olunmaz daimi xəstəliyi
– ağılı yaratdı. Bəs niyə bu barı birinci Həvva daddı, qoyulmuş qadağanı niyə
ilk Həvva pozdu?
Birinci, məişət versiyasını araşdıraq. Adəmi yaradanda onun bir qabır-
ğası, bədəninin bir hissəsi nadinc, sözə baxmayan, tərs və istəkli idi. Bu onu
mələklərdən fərqləndirirdi. Bərk maddənin nadincliyi ən güclü qabırğada top-
lanmışdı. Bu qabırğa onun nəfsinə hakim kəsilir, “qadağan olunmuş bardan
ye!” deyirdi, digər bədən hissələri isə onu bu yoldan saxlayırdı.
Yaradan isə hər şeyi öncədən görür və bilirdi. Bilirdi ki, bilgi ağacından
yeməsə Adəm cənnətdən çıxmayacaq, yaradıcılıqla məşğul olmayacaq, elə
cənnətdə də yeyib, içib, yatıb gəzəcək və bu həmişə belə olacaq. Bu yaranışı
mənasızlaşdırırdı. Ona görə də o əlavə qabırğa yaratmışdı. Adəm isə roman-
tikadan uzaq, bir kişi psixologiyasına malik idi. Hər şey yaxşı olduğu halda
nəyisə dəyişmək nəyinə lazım idi. Ona heç Həvva da lazım deyildi. Nə fut-
bola baxmağa mane olurdu, nə hüquq bərabərliyi davası edən vardı. Sakit-
lik, gözəllik, bir sözlə, Cənnət ki, Cənnət. Amma Yaradan ilk həkimliyi elədi.
Adəmin qabırğasını çıxartdı və Həvvanı yaratdı. Həvva Adəmin bir parçası,
bədəninin bir hissəsi olduğu üçün Adəm artıq onsuz dura bilmirdi.
Həvva ilk öncə xoşbəxt idi, hər şey onun üçün təzə, maraqlı idi. Hətta
Adəm özü də. İlk öncə Həvva baxıb gördü ki, Adəmin bir hissəsidir, Adəm
həmişə onun yanındadır. Başladı vəziyyəti dəyişməyə, gördü hara getsə Adəm
arxasınca gəlir. Başladı belə hesab etməyə ki, Adəm onun bir hissəsidir. Yu-
xarıdan da tapşırıq vardı ki, “hər kişi öz qadınına yapışmalıdır”. Yəni hissə
bütövdən öncəyə qoyulmuşdu. Bir azdan hər şey Həvvanın gözündə adiləşdi.
Hansı qadın əslində olanla qənaətlənir ki? Heç bir şey də mümkün olmayanda
heç olmazsa mebellərin yerlərini dəyişmək lazımdır.
Cənnətdə isə hər şey əvvəlki kimi gözəl, amma Həvva üçün artıq darıxdı-
rıcı idi. “Məni sevirsən, yoxsa yox?” sualına da Adəm həmişəki kimi sevirəm
deyirdi. Axı yazıq Adəm başqa kimi sevəydi. Həvva Adəmin onu həmişə
sevməyindən də bezmişdi. Başqa bir qadın da yox idi ki, Adəmi ona qısqa-
naydı. “Yalan deyirsən həqiqətdə isə məni yox, onu sevirsən” deyə Adəmin
əsəbləri ilə oynayıb, sonra Adəmə üzr istədib barışaydı. Həvva kişi deyildi ki,
romantizmsiz, dava-şavasız yaşasın. Başqa qadın da yox idi ki, qeybət eləsin,
ya özünü o qadından üstün göstərmək üçün bəzənsin-düzənsin. Bir yerdə də
dura bilmirdi. Hələlik “shopping” də yoxdu ki, qurdunu öldürsün.
162
Söz mətbəxi
Başqa bir qadın görməmiş Adəm üçün isə var-yox bir qadın vardı, yazıq
Adəm də mat-məəttəl bu qadındakı metomorfozlara baxırdı. Həvva isə “sən
məni heç vaxt başa düşməmisən, başa düşmək də istəmirsən” deyə Adəmi
günahlandırırdı. Amma ürəyində heç özü də özünü başa düşmürdü, hərdən
fikirləşirdi ki, “mən bu yazıq Adəmdən nə alıb verə bilmirəm”. Bir müddət
yumşalır, günahkar-günahkar Adəmin gözlərinə baxır, ona sığınır, sanki mər-
həmət diləyirdi. Adəm bu anların vurğunuydu. Bu anlar üçün anlamadığı bu
qəribə, çox gözəl məxluqun (ağaclarla, bitkilər, quş və heyvanlarla, təbiətlə
müqayisədə. Axı hələ başqa qadınlar yox idi) bütün şıltaqlıqlarına dözməyə
hazır idi. “Əşşi Həvvadır da gündə bir oyun çıxardır”. Həvva bunu gördükcə
daha çox oyun çıxardırdı. “Get o gülləri mənim üçün gətir, o meyvədən mənə
yığ ver, indi su istəyirəm get ovcunda gətir” və s. Adəm buyruq qulu kimi
hər əmri yerinə yetirirdi ki, “ayıbdır, Cənnətdən səs çıxmasın, eşidərlər biya-
bır olarıq”. İnsafən normal vaxtlarında, tutması tutmayanda Həvva da Adəmə
qulluq etməyi, öz əliylə yedizdirməyi, su, ambroziya içirtməyi xoşlayırdı,
tutması tutana qədər. Bir gün Həvvanın tutması bərk tutdu. Cənnətdə yaşa-
maqdan artıq bezmişdi. Nə qədər yeyib-içmək olar, deyib-gülmək, oynamaq
olar. Nə qədər eyni mənzərəyə, gözəlliyə baxmaq olar. Belə də həyat olar? Bu
zaman şeytan da böyürdən çıxdı (sonralar bu ya anası, ya rəfiqəsi, ya dostu,
ya qonşusu olacaqdı).
“Görürsən də Allah ən ləziz şeyi sizə qadağan eləyib. Səninki də eşşək
tək qulaqlarını sallayıb heç gözucu da baxmır. Belə də kişi olar? O heç sənin
qədrini bilmir. Sən buna necə dözürsən?”. Həvvanın başının içərisində nə
vardısa, hamısı yerindən oynadı. Cumdu yazıq Adəmin üstünə. “Sən məni
sevmirsən”. Adəm “Vallah, billah sevirəm, axı mən ayrı nə bilirəm ki, səni
sevməkdən başqa”. Həvva başladı ki, “Məni sevirsənsə, o məlumat ağacının
barından dər yeyək”. Adəm cavablandırdı ki, “o bardan yeməyə bizə qadağan
ediblər, olmaz”. Həvva gördü ki olmadı, başladı Adəmə sığınmağa, nəvaziş
göstərməyə, yenə həmin barı istədi. Gördü istəyi keçmədi, başladı zar-zar ağ-
layıb göz yaşı tökməyə ki, mən bütün gəncliyimi sənə verdim, kül mənim
başıma, səndən başqasına baxmadım (halbuki, Adəmdən başqa heç kəs yox
idi), ömür boyu sənin əziyyətini çəkdim (əlbəttə çəkdirdiyi əziyyətlərdən bir
kəlmə də danışmadı) və s. və ilaxır. Gördü yox, iş keçməyəcək. Çünki Adəm
qanunpərəst idi. Sonralar da qanunu ən çox qadınlar pozur, ya da pozdurur-
dular.
Matriarxat
163
Həvva gördü ki, yox, Adəm o barı gətirməyəcək. Şeytan da pıçıldadı ki,
əşşi burax, kişi belə şeyləri bilməz, görmürsən ki, qanundan qorxur. Adını da
utanmaz-utanmaz kişi qoyub. Get özün dər, ye, ləzzətini al.
Həvva bir qayıtdı ki, bəs birdən Adəm bildi, onda neylərəm.
Şeytan qayıtdı:
– Ağız, Adəm bunu haradan biləcək, mən deyən deyiləm, sən də deməzsən.
Bir də bilsə nə qələt eləyəcək. Uzaq başı səni qovar, bir həftəyə qayıdıb gələcək
ayağına. Bu boyda Cənnətdə onsuz da səndən gözəli, heç çirkini də yoxdur.
Qorxma, heç olmasa görərsən, niyə qoymurlar o bardan yeyəsən.
Beləliklə, onlar bir cüt “podruqa” gəldilər, bilik ağacının barını dərdilər,
Həvva yedi, gördü ki, beyin dəyişdi, birtəhər oldu. Şeytan yoxa çıxdı. Həvva
ayıldı ki, mən neylədim, indi neyləyim, başladı qorxusundan zar-zar ağlama-
ğa. Zarıltısına Adəm qaça-qaça gəldi ki, nə olub, yoxsa kirpi zad ayaqlamısan.
Məsələni başa düşəndə Adəm əsəbdən, qorxudan tir-tir əsdi, tükləri ilk dəfə
biz-biz durdu, istədi Həvvanı möhkəm çırpsın. Sonra fikirləşdi ki, xeyri yox-
dur. Qayıtdı ki, bəs sənə söyləmişdim ki, “bundan yemək qadağandır, niyə
yedin?”. Həvvanın yenə tutması tutdu, cavab qaytardı: “kişiydin qoymazdın.
Gördün ki, məndə bu bara həvəs var. Əlimi-ayağımı tutub yanında saxlayar-
dın, buraxmazdın. Kişi də yeyib-yatıb arvadı sərbəst buraxar?! Bilmirsən, “ar-
vadı əri saxlar”. “Pendiri isə dəri” sözünü demədi, çünkü motal pendiri hələ
icad olunmamışdı. “Görmürsən gündə bir cür oluram. Sən məni saxlasaydın,
bəlkə də o biri gün istəməzdim o barı”. Beləliklə, öz günahını yüklədi Adəmin
boynuna. Sadəlövh Adəmdə ilk günahlılıq kompleksini Həvva belə yaratdı.
Amma Adəm istəmirdi həm öz gözündə, həm də Həvvanın gözündə günahkar
olsun. Yenə dartındı ki, Həvvanı cəzalandırsın. Həvva qayıtdı ki, Vallah, billah
günah nə məndə, nə səndədir, məni yoldan “podruqam” çıxartdı və məsələni
açdı tökdü.
Kənarda günahkar tapıldığı üçün Adəm də bir az sakitləşdi. Həvva da
özünü inandırdı ki, günah podruqadadı. Hər ikisi “podruqaya lənət” deyib
bir az sakitləşdilər. Bu sonralar da belə oldu, günahkarı həmişə kənarda ax-
tarıb tapır, sonra ondan hayıflarını alır, sakitləşirdilər. Öz gözündə heç kəs
tiri görmürdü.
Həvva Adəmi bir az sığalladı, nəvaziş göstərdi. Adəm də Həvvanı heç vaxt
bu qədər nəvazişli, cilvəli, gözəl, mehriban, anlayışlı görməmişdi. Həvva da
and içdi ki, həmişə belə olacaq Adəmə qarşı, əgər o Həvvanı atmasa. Sonra baş-
164
Söz mətbəxi
ladı yediyi barın gözəlliyindən, dadından, dünyanı başqa cür göstərməyindən
danışmağa. Mən yedim mənə heç nə olmadı ki, sən də ye heç nə olmaz. Baş-
ladı Adəmin başını dumanlandırmağa. Adəmin ac vaxtı barı onun qabağına
qoyub başladı striptiz göstərməyə, yəni utanmaz-utanmaz ora-burasını yar-
paqlarla örtməyə. Adəm də gözü onda ola-ola avtomatik yaddan çıxarıb əlini
uzadıb barı dişlədi. Səhvini başa düşəndə artıq gec idi. Allah bunları öncədən
bilirdi və hamısını görürdü. Həm Həvvanın hoqqabazlığına gülürdü, həm də
Adəmə yazığı gəlirdi. Amma həyatı özü belə proqramlaşdırmışdı.
Yoxsa Alov xanım yazdığı kimi Adəm satqınlıq edib günahkar kimi
Həvvanı göstərmirdi. Birincisi, satqınlıq anlayışı o zaman yox idi. İkincisi,
yalan danışmaq günah idi. Üçüncüsü, Adəm bilirdi ki, Allah hər şeyi görür
və bilir. Yalan danışmağın, atılıb-düşməyin yeri deyildi. Hakim indikilərdən
deyildi, özü də qərar öncədən verilmişdi. Həm də qanunu pozmaq cinayətdir,
cinayəti görüb deməmək isə qəhrəmanlıq deyil. Ümumiyyətlə, Alov xanım,
Adəmə gələndə həmişə “günahsızlıq prezumpsiyasını” unudur.
Beləliklə, Ali Məhkəmə Adəmlə Həvvanın şələ-şüləsini qoltuqlarına ve-
rib Cənnətdən qovdu. Bu zaman Həvvanın “podruqası” da unudulmadı.
Günah Həvvada idimi? Əlbəttə yox. Proqram öncədən belə qurulmuşdu.
Həyat kompyuterinə nə qoyulmuşdusa, kompyuterdə ona uyğun işləyirdi.
Həyatın adının Çərxi-Fələk, yəni həyatın çərxi qoyulması da kompyuter kimi
bir mexanizmin yaradılıb işlədiyini göstərir. DNK təsadüfi yarana bilməzdi,
onu yaradan var. Əgər məsələyə başqa tərəfdən, elmi-məntiqi təfəkkürlə ya-
naşsaq və bu məişət mənzərəsindən ayrılsaq nə görəcəyik?
Qadın zərif və güclüdür. Çünki, yalnız güclü məxluq içərisində həyatı ya-
radıb qoruya bilər. O insanlığı yaşatmaq üçün yaranıb. Kişi sərt və zəifdir. O
həyata təkan verib onu gəzdirəni qorumaq üçündür.
Sadə bir misal, həyatda minlərlə qadın və bir kişi qalarsa, həyat davam
edə cək, minlərlə kişi və bir qadın qalarsa, həyat sona çata bilər. Qadın daha
lazımlı olduğu üçün daha çox yaşayır.
Başqa misal. Kişi xislətli sərt, bərk divara çəkiclə vursaq divar ovxala-
nacaq, dağılacaq. Qadın xislətli elastik maddədən olan yumşaq divar çəkici
qəbul edib uzağa atacaq, divarın özünə isə heç nə olmayacaq. Qadın xislətli
həyatverici yumşaq su təzyiqlə kişi xislətli sərt daşı deşir, dağıdır, yumşaq
axarlı su olaraq qalır. Yumşaq, nəm qadın başlanğıcı sərt, quru kişi başlanğıcı-
nı qəbul edir, onu yumşaldıb özündən atır, ona qalib gəlir.
Matriarxat
Dostları ilə paylaş: |