126
Söz mətbəxi
alır. Ləzzət yeyilən şeyləri saf çürük edən mexanizmdir. İnsan yalnız canına
sinən, lazımlı şeyləri yedikdə ləzzət duyur. Ləzzətsiz yaşam tərkidünyalıq –
azketizmdir.
Sonrakı etaplarda artıq qidadan ləzzət ala bilənləri məhv edə bilməyən yalan-
çı xristianlıq, qidanın özünü ləzzətsiz etmək, təbii halından uzaqlaşdırmaq yolunu
seçdi və qida elminin yönümün dəyişib ifrat təmizlənmiş, rafinadlaşdırılmış (ra-
finadlaşdırılmış qənd, yağ, un və s.), dadsızlaşdırılmış (yarımfabrikat məhsulları)
süni, yalançı dad, rəng və s. vurulmuş, genetik dəyişdirilmiş qida yaratdı ki, bu
aldadıcı qidalar vasitəsi ilə yalançı, lazımsız məlumatlarla qidanı zənginləşdirsin,
insanı əsl qida ləzzətindən məhrum etsin, onu tərki dünyalığa sövq etsin və buna
da nail oldu. Ləzzətsiz yeyilən qida isə bədənə lazım olan maddələri, məlumatı
vermədiyinə görə biz belə yeməkləri yeyərkən israfçılığa yol veririk. Orqaniz-
min bütün sistemləri, hüceyrələri israfçılıqla işləməyə baş layır. Bununla biz
Allahımızın bizə buyurduğu “Özünüzü təhlükəyə atmayın”, “Yeyin, için amma
israfçılıq etməyin” təməl prinsiplərini, balansı, miyan tərəzi prinsipini də pozub
özümüzü təhlükəyə atdıq, müxtəlif xəstəliklərə (diabet, xərçəng və s.) yol açdıq.
Bir tikə təzə ətin bir kq kolbasadan daha xeyirli, ləzzətli olduğunu unutduq. Bu
da bizi əsl, təbii dünyanı tərk etməyə yönəldib, tərkidünya etmədimi?! Həm də
qidadan ləzzət alanlar bu ləzzəti daimi əldə etmək üçün hakimiyyətə, pula can
atırlar idarəçiliyə can atırlar. Bunun qarşısı alınmalıydı.
Yalançı xristianlıq cinsi ləzzətə də qadağa qoydu, evlənməmək andı, ma-
naxlıq, tərkidünyalıq ideyaları cinsi ləzzətin də murdar olduğunu aşıladı. Cinsi
təmasda olmayanların daha mömin, daha təmiz, cənnətlik olacaqları təbliğatı
da yalançı xristianlığın təməl daşlarındadır. Gözəl, ağıllı xanımlar, ehtiraslı
insanlar tonqallarda yandırılırdılar. Sevgiyə can atanlar da hakimiyyətə, pula
can atır, öndə olmağa çalışırlar.
Yalançı xristianlıq yaradıcılıq ləzzətinə də qadağa qoydu. Bir çox alimlər
tonqallarda yandırıldı. Ağıldan, təfəkkürdən, yaradıcılıqdan irəli gələn fikirlər
küfr, şeytan əməli elan edildi.
Biz yalançı xristianlığın yaratdığı “mədəniyyətin”, mühitin formalaşdırdı-
ğı yazıçıların, şairlərin (Mark Tven, Şekspir, Göte, Henrix Heyne və s.) əsər-
lə rini oxuyub öyrəndikcə bu səhv ehkamlar bizə təsir etdi. Məsələn Viktor
Hüqonun “Parisin müqəddəs ana məbədi” əsərində qadın Esmiralda nə qədər
gö zəl olsada, o hətta ən eybəcər kişi Qvazimododan şəxsiyyət kimi aşağıdır
və yalnız seksual obyekt kimi təsvir olunub. Avropanın xristian ölkələrinin
Yemək, sevmək və yaratmaq...
127
orta məktəblərində Nizami, Füzuli, Nəsimi və s. bizim xristian mədəniyyəti
ədəbiy yatını öyrəndiyimiz kimi öyrənilmir. Nəticədə bilməyərəkdən biz də
xristian ehkamlarına uyuruq.
İslam gəlib dünyanı xilas etməsəydi, yalançı xristianlıq insanlığı uçuru-
ma, qaranlığa yuvarlayacaqdı.
Beləliklə, əgər biz yalançı xristianlığın ideologiyasına uyuruqsa onda aşa-
ğıdakı üç ehkama, doğmaya gəlib çıxırıq.
1. Biz yeyirik ki, yaşayaq, yaşamırıq ki, yeyək.
2. Biz sevirik ki, (cinsi əlaqədə oluruq), yaşayaq, yaşamırıq ki, sevək.
3. Biz yaradırıq ki, yaşayaq, yaşamırıq ki, yaradaq.
Bu üçlüyə birgə baxanda birincinin də digərləri kimi nə qədər səhv ol-
duğunu görürük. Nəticə ondan ibarətdir ki, biz yeyirik, sevirik və yaradırıq
yaşamaq üçün, yaşayırıq yemək, sevmək və yaratmaq üçün. Tərki dünyalıq
isə bizim işimiz deyil.
Qısaca olaraq bunu belə ifadə etmək olar.
Yemək, sevmək və yaratmaq = cism, can və ruh = yaşamaq.
128
Söz mətbəxi
BİTKİ MƏNŞƏLİ ƏRZAQ MƏHSULLARININ
DİZAYNI
İnsan yarandığı gündən ətraf mühitlə arasında mövcud olan harmoniya
ilə razılaşa bilmir. O, həmişə ətrafını dəyişməyə çalışır, təbiətə təcavüz edir,
onu yenidən yaratmağa can atmaqla dəyişdirir və özü də dəyişilir. Yaratdığı
gö zəllik anlayışlarına və ya özünün yaratdığı yəni tələbatlara uyğun olaraq
Allahın yaratdıqlarını da öz bildiyi, düşündüyü tərzə salır.
Belə yaradıcılıq növlərindən biri də bitki mənşəli məhsulların təbii forma-
sının dəyişdirilməsidir. Bu dəyişdirilmələr müxtəlif məqsədlər güdür.
Məsələn, təbiəti çox sevən, səcdə edən, təbiətin gözəlliyindən çox böyük
estetik zövq almağı bacaran yaponların yetişdirdikləri kuba, kubikə bənzər
qar pızlar yaxud almalar ilk öncə insanda təəccüb doğurur, bu kubiklərin qar-
pız olduğuna isə hissiyyatımız öncə inanmaq belə istəmir. Biz qarpız deyəndə
yumruya bənzər bir şey düşünməyə adət etmişik.
Axı nəyə lazımdır belə dizayn. Sən demə belə qarpızları daha rahat və
daha çox yükləmək olur. Anbarda və vitrində səliqə ilə çox rahat düzmək olur.
Belə qarpızlar az həcm tutur. Onları qutu kimi açıb süfrəyə verəndə çox rahat
oturur, diyirlənmir. Doğrayıb boşqaba qoymaq asanlaşır, qabığını həm əllə,
həm də maşınla təmizləmək, maşında doğramaq mümkün və asan olur.
Belə qarpızları yetişdirmək üçün onları kiçik vaxtlarından xüsusi qəlibə
salırlar. Qarpızlar qəlibdə böyüyür. Bu üsulla həm balqabaq, həm yemiş, həm
də digər məhsulları yetişdirmək olar.
Məsələn, belə qəlibləmə metodundan istifadə edən bir koreyalı fermer
müxtəlif formalı, hətta üzərində istənilən fiqur və yazılar yazılmış göbələklər
yetişdirir. Bu göbələklər 2004-cü ildə Cənubi Koreyada keçirilən Kulinariya
Çempionatı zamanı təşkil edilmiş sərgidə geniş nümayiş etdirildi. Ağaclarda
yetişdirilən bu göbələklərin müştəriləri daha çox idi. Hər bir aşpaz öz işlədiyi,
bişirdiyi yeməyə uyğun formada göbələk sifariş verir və atıq bu göbələkləri
doğrayıb formaya salmaq lazım gəlmir. Məsələn, sevgililər günü üçün ürək
Bitki mənşəli ərzaq məhsullarının dizaynı
129
şəkilli göbələklərlə xörək bəzədilir və ya öncədən bəy və gəlin bürclərinin
şəkli, ya adları həkk olunmuş göbələklər alınaraq bütün qonaqların xörəkləri
belə bu şəkilli göbələklərlə hazırlanır.
Lakin belə qəlibləmə heç də yalnız əcnəbi ölkələrə xas olan xüsusiyyət
deyil. Məsələ ondadır ki, yaponlarda, koreyalılarda yeni görünən belə qəlib-
lə mə metodunun tarixi daha qədimdir və bu metodun əsl müəlliflik hüququ
azər baycanlılara düşür.
Uşaqlıqda ağzı dar iri balonların içərisində yemişi ilk dəfə görəndə çox
təəccüblənmişdim ki, bu dar boğazdan yemişi bu balona necə salıblar. Sonra
görəndəki, bostanlarda hələ kiçik qarpızı yemişi tağın rişəsi ilə bir yerdə şüşə
balonlara qoyur onları balonlarda yetişdirirlər bu möcüzənin necə yarandığını
başa düşdüm. Sən demə belə yemiş, qarpız qışa daha yaxşı saxlanır. Kiçik
Çil lə qadınlar bayramında (2-22 fevral) kəsilən qarpızların da bir qismi belə
sax la nılırmış.
Beləliklə, qədimdən bizə məlum olan bu qəlibləmə metodu müasir dizayn-
da yeni bir yüksəlişdədir. Doğurdan da ən böyük yenilik, yaxşı unudulmuş
köhnəliklərdir.
130
Söz mətbəxi
GÖZƏLLİK ONDUR DOQQUZUNCUSU DONDUR
Kulinariyanın əsas tərəflərindən biri də kulinariya incəsənətidir. Bu in-
cə sənət yalnız yeməklərin, tortların, içkilərin, şirniyyatların bədii tərtibatını,
gözəlliyini deyil, həm də qabların, avadanlığın, süfrələrin, restoranların daxili
dizaynı, iaşə müəssisələrinin arxitekturası ilə bağlıdır. Ən ümdəsi, başlıcası isə
kulinarın (aşbazın, qənnadıçının və s.) özünün şəxsiyyət kimi gözəlliyindən
və gözəlliyi duyma qabiliyyətindən asılıdır. Hələ Avesta göstərirdi ki, yemək
hazırlayan yeməyə yalnız fiziki deyil, həm də mənəvi təsir göstərir.
Dünyanın müxtəlif ölkələrində ayrıca Kulinariya İncəsənəti İnstitutları,
İncəsənət İnstitutlarında Kulinariya İncəsənəti fakültələri fəaliyyət göstərir.
Dünya Kulinariya İncəsənəti Olimpiadaları keçirir. Bu sahədəki təcrübəm,
Azərbaycan Dövlət İqtisad Universitetimizdə ictimai iaşə məhsullarının di-
zaynı üzrə dediyim dərslər gözəllik anlamının mütəxəssislər üçün açılmasına
ehtiyac olduğunu göstərdi və bu yazı yazıldı.
Gözəllik haqqında minlərcə fikir söylənmişdir. Bu fikirlər bəzən üst-üstə
düşür, bəzən isə bir-birinin əksinə olur. Gözəllik fəlsəfənin ayrıca bir qoluna,
“Estetika” elminə çevrilmiş, lakin mübahisələr hələ də davam etməkdədir.
Mən burada müasir estetika elminin nöqteyi-nəzərlərini açıqlamaq is-
tə mi rəm. Təəssüf ki, tarix, fəlsəfə, ədəbiyyat, musiqi və bu kimi elmlərə
“hu manitar”, riyaziyyat, fizika, kimya kimi elmlərə isə “dəqiq elmlər” de-
yib onları bir-birindən ayırmış, elmi görüşlərdə həmişə natamamlıq, anlaşıl-
mazlıq yaratmış, intuitiv təfəkkürü məntiqi təfəkkürdən ayırmaqla, harmo-
nal təfəkkürü isə unudaraq sanki beyinin sağ və sol yarımkürələrini ayırıb
tədqiqat aparan elmdə bu suala cavab tapmaq çox çətin məsələlərdəndir.
Dahi şair və alimlərimiz birtərəfli ola bilməzdilər. Nizami Gəncəvi, Ömər
Xəyyam, Nəsirəddin Tusi, Albert Eynşteyn, Pifaqor və bu kimi dahilər hansı
elmin nümayəndələri idilər?
Dahi şairimiz Nizami öz dövrünün astronomiyasını, fizikasını, ilahiyyat
və s. elmləri bilməsəydi o Nizami ola bilərdimi? Ömər Xəyyam riyaziyyatçı
Gözəllik ondur doqquzuncusu dondur
131
olmasaydı rübailəri bu gücdə olardımı? Nəsirəddin Tusi fəlsəfəni bilməsəydi
gözəl riyaziyyatçı, fizik, astronom ola bilərdimi? Eynşteyn skripka çalmasay-
dı nisbilik nəzəriyyəsini yarada və ya Nils Borun postulatlarında hormoniya
tapa bilərdimi? Pifaqor kələm seleksiyası, rəqəmlərin ezoterikası ilə məşğul
olmasaydı Pifaqor riyazi-fəlsəfi məktəbi yaranardımı?
Ona görə də gözəlliyi dərk etmək üçün biz ona həm intuitiv, həm rasional
təfəkkürün gözü ilə baxmağa çalışdıq və onu belə anladıq.
1. Gözəllik yalnız və yalnız yaradıcılıq məhsuludur və bu şərtin yalnız bir
istisnası var: İlkin, yaradılmayan gözəllik yalnız Allaha məxsusdur, bu onun
öz gözəlliyidir. Qalan gözəlliklər yaradıcılıq məhsuludur. Kosmos, kainat, yer,
göy, heyvanlar, insanlar; gördüyümüz, duyduğumuz, görmədiyimiz, duyma-
dığımız gözəlliklər məhz Allahın yaradıcılıq məhsuludur. Digər gözəlliklər
ikinci dərəcəli olub. İnsan yaradıcılığının da əsl mənbəyi, Allahın yaratdığı
gözəlliklərdir ki, insan bunların rəsmini, heykəlini, musiqisini yaradır, on-
ları əks etdirməyə, yamsılamağa çalışır. Bu həm geyimlərdə, arxitekturada,
incəsənətdə, texniki avadanlıqlarda və həm də cihazlarda özünü biruzə verir.
2. Bütün gözəlliklərin mənbəyi Allahdır. O, bu mövcud gözəlliklərin ən
gözəlidir və bunları yaradıb. Yalnız aləmlərin Allahı öz bəndələrinə onu yam-
sılamağa ilham və qanunlar, yamsılama üçün gözəllik obyektlərini göndərib.
Bəzən düşünmədən nəyəsə, kiməsə “İlahi gözəldir”, “İlahi gözəllikdir” deyir,
gözəlliyin İlahidən, Allahdan gəldiyini təsdiqləyirik.
3. Gözəllik intuitiv təfəkkürlə, duyğuyla anlaşılan, qavranılandır. İlk öncə
onu intuisiya ilə qavrayıb qəbul edirsən, sonra niyəsini axtarır, hesablayırsan.
Bu da gözəlliyin Allah vergisi olduğuna bir sübutdur. Gözəlliyi əsas dörd duy-
ğuyla duyursan.
7 səs (not), 7 rəng, 7 ətir, 7 dad və bu duyğular başdakı 7 qəbuledici dəliklə
(iki qulaq, iki göz, iki burun və bir ağız) qəbul edilir.
Bu yeddiliklərin duyulması isə insanda bu duyğu reseptorlarının vəziy-
yətindən, sağlamlığından asılıdır və buna uyğun yaradırsan, əks etdirirsən.
Əksetdirici, yaradıcı insan güzgü rolunu oynayır. Əksin orijinala yaxınlığı isə
güzgünün əyriliyindən asılıdır. Amma əks, orijinalı əvəz edə, tam göstərə bilmir.
4. Gözəllik obyektivdir. Onun yalnız duyulması subyektiv ola bilər. Əgər
kim sə zökəm, tumoy xəstəliyinə tutulubsa və hər hansı bir ətri, ya onun qa-
rışığını duymursa bu həmin ətrin yoxluğu demək deyil, kimsə kordursa və
qızılgülü görmürsə bu qızılgülün yoxluğu demək deyil.
132
Söz mətbəxi
5. Gözəlliyin ən əsas atributu, kriteriyası məqsədəuyğunluqdur. Məsələn,
Azərbaycan miniatürlərindəki çatma qaşlar çox gözəl hesab edilirdi. Təəssüf
ki, dəb, avropalıya bənzəmək istəyi və s. bizə məxsus gözəllik duyumunu kor-
şaldıb, amma uzun kipriklər hələ gözəllik atributu kimi qəbul edilir. Çünki
çatma qaşlar və uzun kipriklər gözü alın tərindən, tozdan qoruyur. Əvvəllər
hamamda özlərinə gəlin seçən analar qızın ayaqlarına, yanlarına və döşlərinə
xüsusi diqqət yetirirdilər. Kişilər də qeyri-ixtiyari düşünmədən bunlara fikir
verirlər. Ayaqları düz, möhkəm, sağlam olan qızlar diqqəti ona görə çəkirlər
ki, onlar ana olmağa hazırlaşanda iri, sağlam dölün ağırlığına dözə biləcəklər,
dölün sümüyü formalaşanda itirəcəkləri duzlar onlara çox zərər verməyəcək.
Bədəndəki kalsiumun miqdarı həm anaya həm də bətndə formalaşan uşağa
kifayət edəcək, ananın dişləri tökulməyəcək. Biçimli iri yanlar dölün rahat
yerləşməsi üçün, sağlam döşlər isə uşağın iki il südlə təminatına şüural-
tı zəmanət verir. Qızın səsi incə, yumşaq, məlahətlidirsə, uşaqların layla ilə
gələn musiqi duyğusu güclü olur.
Güllər rəngarəng, ətirli olurlar ki, həşəratlar onları mayalandırmaq istə-
sin lər. Quşlar, heyvanlar yazda ona görə gözəlləşir, rəngarəngləşir, cəh-cəh
vu rurlar ki, qarşı cinsə xoş gəlsinlər. Yalnız sağlam adamlar tam gözəl ola
bilirlər. Əsl gözəllik tam sağlamlıqdan irəli gəlir.
6. Gözəlliyin əsas kriteriyalarından biri də forma və məzmunun uyğunlu-
ğudur. Daha doğrusu formanın dolu olmasıdır.
Məna tutumu olmayan gözəllik ötəri, yorucu olur. İlk baxımda xarici gö-
zəl lik qanunlarına cavab verən bir şəxs ünsiyyət zamanı maraqsızdırsa, o, çir-
kin ləşir.
Əgər çox gözəl bir gülün ətri yoxdursa, heç kəs onu qoxlamaq istəməz.
Bə zən isə forma və məzmun bir-birinə əks olur. Məsələn, gözəl ətirli sandığı-
mız çiçəkdən birdən pis qoxu gələrsə, bu onu çirkinləşdirəcək.
Əgər fikrimizi texniki dizayna yönəltsək, görünüşü çox cəlbedici olan,
lakin paltar ütüləməyən ütü bizi cəlb etməyəcək.
Bu və ya digər cəhətdən ana ola bilməyən qadın, gözəlliyini, cəlbediciliyini
itirir. Çünki forma (qadın) və məzmun (analıq) arasında təzadlıq yarandığın-
dan qadın məftunedicilik qabiliyyətini də itirir. Bəlkə İslamda qadını çadraya
bürüməyin səbəblərindən biri də diqqəti öncə onun xarici görünüşünə deyil
şəxsiyyətinə, daxili aləminə yönəltmək üçün, ona görməzə-bilməzə vurulmaq
üçündür.
Gözəllik ondur doqquzuncusu dondur
133
Gözəlliyin formasının və məzmununun bir-birini tamamlaması, məqsə-
dəuy ğunluq qədəhlərin texniki dizaynında yaradılmasında özünü daha qaba-
rıq göstərir.
Hər bir qədəhin konstruksiyası və həcmi içkinin orqanoleptik (dadı, ətri,
yumşaqlığı və s.) xüsusiyyətlərini düzgün, tam çatdırmağa yönəldilib. Nazik
şüşəli yarı dolu şərab, ya konyak qədəhi əlin istisini içkiyə daha yaxşı ötü-
rüb içkinin ətrini gücləndirir. Qalın su, ya araq bardaqları bu içkiləri daha
uzun müddət soyuq saxlayır. Turş şərabın qədəhi oval formada yaradılır. Belə
qədəhdən içəndə dilin ucu aşağı kəsici dişlərin altında olur və içkinin buketi
dilin ucu ilə daha yaxşı hiss olunur.
Hündür, dar qədəhlər içkini dilin orta və arxa tərəfinə yönəldir. Buna görə
də belə qədəhlərdən bəyaz şərablar üçün istifadə edilir. Məsələn, orta doluluğa
və aşağı turşuluğa malik “Sovinyon” bəyaz tipli şərabların meyvəli və yüngül
mineral ətri güclənir, sovinyonların qarışmış yüngül tüstü ilə mineral element-
li biçilmiş yaşıl ot ətrini cəmləşdirir. Gənc eleqant “Bordo” tipli şərabların
böyük həcmi tülpan formalı qədəhlərdə verilməsi şərabın “azad nəfəs alma-
sına”, buketin qat-qat açılmasına kömək edir. Gənc “Bordo” şərabının kiçik
həcmli qədəhlərdə verilməsi isə elə təsəvvür yarada bilər ki, şərab taninlərlə
artıq yüklənib və ya şərabı palıd çəlləklərdə çox saxlayıblar. Əksinə, daha
mü rəkkəb yetişmiş köhnə “Bordo” tipli şərabların qədəhləri kiçik həcmli olur.
Bu halda köhnə şərabın “yumaqlaqmış”, “mürgü vuran” taninləri birbaşa ağız
boş luğunda açılmağa başlayır və s.
Məhz məzmun və formanın bir-birini tamamlaması, məqsədəuyğunluq
necə deyərlər “qədəhlərin simfoniyasını” yarada bilir.
Şəkidən qazıntılar zamanı tapılmış dünyanın ən qədim, 3500 yaşlı, yaşca
Misir samovarından 1500 il böyük olan ilk samovar ilə birlikdə bir neçə deko-
rativ, bəzək üçün düzəldilmiş “samovarlar” tapılıb. Amma, əsl samovar daha
gözəldir, çünki onda su qaynatmaq mümkün idi.
7. Gözəlliyin əsas kriteriyalarından biri də azömürlülük, ötərilik, əlçat-
maz lıqdır.
Ən ətirli, gözəl güllərin, ən gözəl həşərat olan kəpənəklərin, gözəllik döv-
rü olan gəncliyin və s. ömrü çox az olur. Ona görə gözəllik ağrıverici olur.
“Gedər ay qız, bu gözəllik, sənə də qalmaz”.
134
Söz mətbəxi
Gözəllik heç kəsə qalmayacağı, ötəri, ani olduğu üçün daha kəskin qəbul
edilir. Rəssamlar, musiqiçilər, heykəltaraşlar, fotoqraflar, şairlər, kulinarlar, hə-
kimlər və s. bu anı tutmağa, əks eləməyə, bir azca artıq yaşatmağa çalışmış,
amma əkslər elə əks olaraq, İlahi gözəllik isə yalnız Allahın yaratdıqlarında
qalmışdır. Özü gözəl olan Allahımız isə bu gözəllikləri yenidən və yenilərini
ya ratmışdır. Gözəllik ani olanda daha güclü hiss edildiyini, cazibədarlığının art-
dığını, cilvələndiyini görən İslam bəlkə də ona görə gözəlliyi pünhana, çadraya,
pərdəyə büküb ki, müsəlmanların gözəlliyi duyma hissiyyatı, heysiyyatı güclü
olsun. Çünki yayda çimərlikdə qadın gözəlliyi necə öz cazibəsini itirir. Əgər
əsrin əvvəlində çimən bir gözəli görən kişinin ağlı başından çıxırdısa, indiki
dənizdə çimən qız kimə nə təsir göstərə bilər? “Dəli Kür” əsərində Cahangir
ağanı yerindən oynadan, ən pozulmaz qanunları pozmağa vadar edən, yad ar-
vadı bir dəfə çay qırağında, indiki anlamla desək bir azacıq görməsi ol madımı?
Əsrin əvvəllərində şümşad biləklər, ağ topuqlar nə qədər vəsf olunurdu,
indisə belə vəsflər yoxdur.
Yel əsdi rübəndi atdı üzündə
Elə bildim doğdu ay sarıköynək.
Bu misraların yaranması üçün örtük, rübənd olmalıydı.
Mən Azərbaycan qadınının çadraya salınmasının tərəfdarı deyiləm, amma
abır-həya da gözəllik əlamətidir. Qadın nə qədər tapmaca olursa hər iki cinsin
hissiyatı, istəyi o qədər güclü olur. Güclü hissiyatdan həm sağlam nəsil do-
ğulur, həm də güclü hissiyat təfəkkürü də, intuisiyanı da itiləşdirir və insanı
yüksək yaradıcılığa sövq etməklə gözəllik yaradır.
Cinsi əlaqə insana yalniz uşaq dunyaya gətirmək üçün verilməyib. Əks
təqdirdə ehtiras məsələn iribuynuzlu heyvanlardakı kimi ildə bir dəfə yaranar-
dı. Amma insanlar bu hissdən heyvani formada istifadə etməyə başlayandan öz
məzmununu,öz gözəlliyini itirməyə başladı. Amma şərqdə elmləşən məhəbbət
tantrasına görə bu əlaqə ani olraq merac etməyə, kamillik yolunu daha bö-
yük sürətlə keçməyə, öncədəngörməyə görə bizə verilib. Bunu Süleyman
peyğəmbərin Mahnılar Mahnısının adından və məzmunundan da duyuruq.
İnsanın gözəlliyin əksini ala-ala ondan uzaq düşdüyünü, rasional təfək-
kürdə onu axtardığını görən İslam dinimiz bəlkə buna görə rəsmləri, heykəlləri,
musiqini məhdudlaşdırdı.
Gözəllik ondur doqquzuncusu dondur
135
İndi səs ekologiyası anlamından geniş istifadə edilir. Almaniyada təyya-
rə nin səs-küy səviyyəsinə görə rüsum ödəyirlər. Avropada siqnal verməyə və
s. qadağa qoyulub. Süni yüksək səslərin çoxluğu təbii efiri korlayır. Allahdan,
təbiətdən gələn səsləri duymağa, təmasda olmağa maneçilik törədir, yüksək
səs dalğaları yaddaşı silir, bizi səsin ecazkarlığından, gözəlliyindən məhrum
edirlər. Şaman praktikasından götürülmüş 66-cı səs (zərbə) musiqi vasitəsi ilə
kütləni trans vəziyyətinə salır.
Bu il Rusiyada aparılan eksperimentlərin nəticələri göstərdi ki, 8-12 saat
diri-diri qəbirlərə basdırılmış, ətraf mühitdən tam təcrid edilən insanlarda bir
sıra xəstəliklər sağalır, yaradıcı adamlarda “qəbirdən” çıxdıqdan sonra qeyri-
adi yaradıcılıq potensialı yaranır.
Mən daha çox gözəlliyin intuitiv təfəkkürdən gələn hissəsindən danış-
dım. Amma Allah hər şeydə olduğu kimi gözəlliyi də balansda, bağlılıqda,
mizan-tərəzidə, ölçüdə yaradıb və bizə rasional təfəkkür də verib ki, hiss
etdiklərimizi, artıq bildiklərimizi dərk edə bilək.
Əgər bioloji və texniki estetikadan, gözəllikdən danışırıqsa, burada müəy-
yən qanunauyğunluqlar var.
Riyaziyyatçı alimlər “qızıl kəsik” anlamını, universal konstant ədədi π
(π = 3,14. . . . . .) yalnız texniki vasitələrə deyil, həm də fəlsəfəyə, gözəlliyə,
ezoterikaya aid edirlər.
Məsələn, π ədədi həm də gözəllik konstantı hesab edilir. İnsana aid
etdikdə qadının döş (D) və yan (Y) nahiyyələrinin ölçülərinin cəminin bel (B)
ölçüsünə nisbəti və boyunun (H) çəkisinə (G) nisbəti (D+Y/B = H/G = π) bir-
birinə və π ədədinə, yəni 3,14. . . . . . . bərabər olarsa qadının xarici görünüşü
ideal hesab edilir. Buradan daha mürəkkəb formullar da almaq olar.
Honkonq Politexnik Universitetinin alimləri elə hesab edirlər ki, qadın
cazibədarlığının ən yaxşı qiymətləndiricisini tapıblar. Bunun üçün qadının
həc mini (V) ölçüb onun boyunun (h
2
) kvadratına bölmək lazımdır. Alimlər
alınan tənasüblüyü cazibədarlıq göstəricisini və ya həcm-hündürlük əmsalı
(volme-height index-VHİ) adlandırırlar. Tədqiqatçılar 50 nəfərə müxtəlif for-
malı və ölçülü qadın siluetlərinin fırlanan şəkildə göstərən 30 rolik göstəriblər.
Seyrçilər qadın gözəlliyini 1-9 ballıq şkala ilə qiymətləndiriblər. Nəticələr
göstərib ki, VHİ qadın cazibədarlığını ölçmək üçün ən gözəl üsuldur.
Honkonqlu alimlər ideal qadın əmsalını hesablamayıblar. İngiltərə alimləri
isə hesablayıblar ki, ən gözəl qadınlar üçün bu indeks 18-19 arasındadır. Biz
136
Söz mətbəxi
isə bunu daha dəqiq hesablayanlar arasındayıq. Bu ədəd π - 3,14 ədədi ilə bağ-
lı olmalıdır, bunun üçün VHİ əmsalı π-yə tam bölünməlidir. 18-19 arasında bu
ideal ədəd VHİ = π x 6 = 3,14 x 6 = 18,84 rəqəmidir.
Texniki dizayn, texniki gözəlik üçün fransız riyaziyyatçısı və arxitekto-
ru Le Korbuzyenin modulyoru bu cəhətdən daha çox əhəmiyyət kəsb edir.
Müxtəlif ölçü vahidlərinin (fut, metr və s.) və insan bədəninin ölçülərini son-
suz sayda harmonik kombinasiyalarını tapmağa imkan verən Korbuzye modu-
loru iki riyazi silsilə ilə ifadə olunur və
Z = (v5+1):2 = 1,618
z-2; z-1; z; z2 . . . . . .
2z-2; 2z-1; 2; 2z; 2z2 . . . . . . . . və s.
Diqqətlə baxsaq görərik ki, Korbuzyenin hesabladığı Z=1,618 ədədi təq-
ri bən gözəllik konstantasının (3,14. . . . . . . . .) yarısına yaxındır. Korbuzyenin
moduloru 6 fut (182,9 an) boyu olan adama nisbətən hesablanıb. Ola bilsin ki,
π ədədinin yarısı ilə alınmış az fərq də bununla bağlıdır.
Korbuzye modulorun qızıl kəsiyə kimi insanın boyunu (AB) 2 hissəyə
bölüb və qızıl kəsliyin iki ədədini alıb: AD=113 sm və VB=69,8 sm. Sonra
BD hissəsi qızıl kəsikdə BC=43,2-yə qədər azalır və s. Sonra isə AD=113
əsas götürülüb. Modulorun qırmızı seriyası hesablanır. Korbuzye bundan baş-
qa modulorun mavi seriyasını da hesablayıb. Mavi seriyanı hesablamaq üçün
Korbuzye əlini yuxarı tutmuş insanın dabanından əl barmağının ucuna qədər
olan məsafəni (226 sm) əsas götürüb ki, burada bu məsafə qırmızı seriyanı
əsas ölçüsünün AD=113 iki mislinə bərabərdir.
Çox dərinə getmədən demək lazımdır ki, Korbuzyenin moduloru tikintidə,
mebel istehsalında, texnikada və s. inqilab etdi və modulora əsaslanıb yara-
dılan əşyalar dünyanın hər yerində insanlar üçün münasib oldu. İstifadə etdi-
yimiz divanların, çarpayıların, stol-stulların, şkafın və s. ölçüləri modulorun
əsasında hesablanıb.
Qeyd edək ki, modulora əsaslanan Korbuzye arxitekturada möcüzə hesab
edilən binaları – Marseldə İşıqsaçan bina, Çindriqarxda isə Ronşam kapella-
sını tikdi.
Əşyaların belə silsilələrə uyğun yaradılması onlardan istifadəni asanlaşdı-
rır, onları rahat məqsədəuyğun etməklə onlara texniki gözəllik verir.
Dediklərimizdən nəticə çıxarsaq texniki gözəlliyə π əmsalını gətirə bilə-
rik.
Gözəllik ondur doqquzuncusu dondur
Dostları ilə paylaş: |