Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Soz metbexi


114
Söz mətbəxi
Amma “Gözəllik ondur, 9-cu dondur” deyənlər sən kamilləş, gözəlləş, 
9-cuya çatmasan da olar” deyiblər. “Hər gözəlin bir eybi olur” yəni axıra “dona” 
gəlib çatanda başa düşürsən ki, bu heç də vacib deyil, “gündə bir dona girir”, 
“dondan-dona girir”, “min sifəti, min donu var” ifadələrin də donun mənfi atri-
but kimi işlədilməsi də Azərin dona, xarici görünüşə öz gözəlliyinin, igidliyinin, 
kamilliyinin yüksəkliyindən baxdığını, onun vacib olmadığını göstərir. 
“İgid atın çulu cırıq olar” deyib babalarımız. 
Ümumiyyətlə, “don” adlanan geyim çox sonralar yaranıb. Əvvəlcə paltar 
həmişə 2 hissədən ibarət olub, üst və alt (şalvar, tuman və s.). İgidlər və xanım-
lar ona görə üstdən geyinib altdan qıfıllanırdılar (yəni köynəyin üst paltarını 
yuxarıdan geyinib aşağı hissədən bağlarını bərkidirdilər) altda geyinib üstdən 
qıfıllanırdılar (yəni aşağı hissədən geyinilən məsələn, şalvarın üst tərəfindən bel 
hissəsindən bağını bağlayırdılar. Yəni hələ don icad edilməmişdi. 
Don sözü ümumiyyətlə “donmaq” inkişafından qalmaq mənasında işlənir di. 
Az, As həm də yüksəklik bildirir. “Asiman” sözü də, “asmaq” sözü də 
yuksəkliklə bağlıdır. Bəlkə ona görə də Asların bayramında qazan asılmalıydı, 
oddan da yüksəkdə bişməliydi. Bəlkə “asuda” – as uda xörəyimiz də bu zaman 
bişirilirdi. Beləliklə bayram gününün Azər ayının 9-cu gününə salınmasının 9 
rəqəminin axırıncı olması ilə ələqəsi ehtimalını yaradır. 
Amma Azər bayramından sonra daha çox istilik gətirən qış yeməkləri 
bişirilməliydi və bu yeməklərdən buxarlı, yəni duru yeməklərə üstünlük 
verilməliydi. 
Daha çox istilik verən və qışa uyğun yeməklər ətdən və xəmirdən hazır-
lanan yeməklərdir. Bu dövrdən başlayaraq ev heyvanlarının əti, qaz, ördək, 
keçi əti də artıq yeməli olur. Qeyd edək ki, bu ətlərin hamısı suda bişəndə, 
yəni duru xörəklərdə, soyutma yeməklərdə daha ləziz olur ki, bu da buxarının 
yaratdığı imkanlar çərçivəsindədir. Buxarı ocağımızın və təbii imkanların belə 
uzlaşması bir daha fikrimizdə yanılmadığımıza dəlalət edir. 

Qobustan dünya kulinariya mədəniyyətinin beşiyidir
115
QOBUSTAN DÜNYA KULİNARİYA 
MƏDƏNİYYƏTİNİN BEŞİYİDİR
Qobustanda və Azərbaycanın digər bölgələrində qaya, daş üzərinə, balıq, 
heyvan rəsimləri, balıqçılıq, ovçuluq səhnələri burada yaşayan insanların qida 
əldə etmə yollarını göstərsə  də müxtəlif gilimlərin təsiri altında biz həmin 
zamanlar bəsit yeməklərin olduğunu düşünür, 37 min il bizdən öncə yaşayan 
əcdadlarımızı vəhşi, yöndəmsiz, kobud kimi təsəvvür edirik. 
Qobustanda və Azərbaycanın digər yerlərində tapılmış bezoar keçi rəsm-
ləri çox qəribə, sensasiyalı, öncə inanılmaz görünən bir fikrə gətirir. 
Bezoar keçilərin üzərindəki xətlər rəssamlıq nöqtüyi nəzərindən rəsmi 
güc ləndirməyib, onun təbii estetik görünüşünü korlayır. 
Ədəbiyyatdan və Qobustanla məşğul olan alimlərin söhbətlərindən, bu 
xətlərin nə olduğu, onun səbəbləri barədə məlumat ala bilməsək də ilk baxım-
dan bu xətləri haradasa gördüyümü düşünürdüm. 
Amma yadıma düşdükdə, fikrin ağılasığmazlığı məni bir qədər saxladı. 
Düşünüb, müqayisə edib, araşdırdıqca bu fikrin düzgünlüyünə daha çox inam 
yarandı. Fikrin ağılasızmazlığı ondan irəli gəlir ki, 37 min il öncə yaşamış 
insanın heyvan ətinin kulinariya məqsədi ilə çox dəqiq bölümünü verməsi ina-
nılmaz görünür. 
Bezoar keçilərinin ətinin morfoloji struktura görə bölümü insanlarda çox 
yüksək mətbəx mədəniyyətinin mövcudluğundan xəbər verir, mətbəxdə açıq 
ocaqda bişirilmiş, yağda, piydə qızardılan, suda bişirilən, uzun müddət suda 
bişirilən, döyülmüş  ətdən bişirilən və s. xörəklərin mövcudluğundan, artıq 
mükəmməl qida texnologiyalarının formalaşmasından xəbər verir. 
Ət əldə etməklə bərabər, onu düzgün kulinar məqsədlərə istifadə etməyi 
bacaran insanlar, yəqin ki, daha asan yolla əldə oluna bilən mənşəli məhsulları 
da toplayıb istifadə edə bilirdilər. 
Həm bitki, həm ət məhsullarının yabanı dad verən otlarla (məsələn, yar-
pız, kəkotu, mərzə və s.) birgə bişirilə biləcəkləri də şübhə doğurmur. 

116
Söz mətbəxi
Bu gün də dünyada kulinarlar heyvan ətini müxtəlif hissələrə bölürlər. 
Daha yağlı, yumuşaq tikələr qızartmaya, kobud hissə vətərlərin çox olduğu 
hissə suda bişirməyə, qarın altı hissə (miyəntək) döyülməyə və s. məqsədlərə 
yönəldilir. Məsələn SSRİ – Ticarət Nazirinin 12. 12. 1980 il 310 saylı Qərarı 
ilə təsdiq edilmiş, ictimai iaşə müəssisələri üçün standart kimi qəbul edilmiş 
Ukrayna İctimai İaşə Elmi Tədqiqat İnistitu ilə SSRİ Ticarət Nazirliyinin İcti-
mai iaşə idarəsi tərəfindən birgə hazırlanmış, “İctimai iaşə müəssisələri üçün 
reseptlər məcmuəsi” kitabından mal ətinin standart bölümü ilə 37 min il üncə 
yaşamış insanın ət bölgüsünün üst-üstə düşməsi təəccüb doğurmaya bilməz. 
Bezoar keçilərinin üstündə xətlər olan rəsm ilə (şəkil 1. 2) müasir İnstitutlar 
tərəfindən işlənmiş standart əl bölgüsünü (şəkil 3.) bir-biri ilə tutuşdurduqda 
biz tam eyni mənzərəni görürük. İlk baxışda şəkildə gözə görünən fərqlər – 
mal əti bölgüsündə ayaqların qabağa və arxaya çəkilməsi, Bezoar keçilərin isə 
dik ayaq üstə durmasından bölünmüş hissələri ilə bağlı irəli gəlir. 
Biz asan görünsün deyə Bezoar keçilərin üzərindəki xətləri də müasir mal 
əti bölgüsündə olan eyni qayda ilə rəqəm və hərflərlə işarələdik. 
Mal və ov heyvanı olan bezoar keçilərinin ətləri arasında müəyyən fərqlər 
olacağını mal əti bölgüsündə (şəkil 2.) qol, bud altı və can əti hissələrinin də 
sxematik  şəkillərinin verildiyini nəzərə alsaq rəsmlərin tam identik (oxşar) 
olduğunu görürük. 
Biz Bezoar keçilərinin rəsmində düz kəsilmiş ayaq hissələrini əlavə ola-
raq XI rəqəmi ilə işarələdik. Bu hissələr daha uzun müddətli xaşlanmaya gedir 
və “xaş” kimi xörək bişirilməsinə yönəlir. Bundan başqa Bezouar keçiriləndə 
ətin hissəsi 2 yerə bölünüb, onları biz 1 və 2 kimi verdik. Zənnimizcə belə 
bölüm  əzələlərin 1 hissəyə nisbətən daha işlək olduğundan bu hissədəki  ət 
nisbətən daha bərk ola bilərdi. Ev heyvanlarında çox da fərqlənməyən bu hissə 
vəhşi heyvanlarda daha bərk olduğundan fərqlənə bilər. Bizim üçün ən çox 
maraq doğuran hissələrdən biri VIII hissə, yəni miyəntək ətin ən çətin bişən 
rezinləşən hissəsidir. Bu hissələr indi qiymə kütləsinin hazırlanması üçün 
istifadə edilir. Bu texnologiyanın çox da dərin tarixə malik olmadığı düşünü-
lür. Bəzi xalqlara məsələn ermənilərə döyülmüş ətdən hazırlanan xörəklərin 
türk mətbəxindən yaxın tarixdə əxz edildiyi də yazılır (Q.A.Dubovis «Arm-
yanskaya kuxnya» Moskva AST, Xarkov, Ukraina, Folio, 2003).  
İndi də bir çox evlərdə ət daha çox ət maşını ilə deyil, qiyməkeşlə hazır-
lanır. Lakin belə çox vətərli ətin yalnız qiyməkeşlə deyil, iki çay daşı arasında 

Qobustan dünya kulinariya mədəniyyətinin beşiyidir
117
döyülməsi, əzilməsi texnologiyaları bəzi evlərimizdə bu gün də yaşamaqda-
dır, ağac, daş, dəmir həvəngdəstələrin bu məqsədlə istifadəsi də mümkündür. 
V hissə isə (can əti, şirin ət) ətin yumşaq, keyfiyyətli, tez bişən, daha çox 
qızartamaya gedən hissəsi olduğundan qədim kulinar onu (içəridə yerləşsə də) 
rəsmin üzərində göstərmişdir. 
Beləliklə, Qobustanda və Azərbaycanın digər bölgələrində tapılmış Bezo-
ar keçi rəsmlərinin üzərindəki xətlər onu göstərir ki;
1. Bezoar keçi rəsmlərində  xətlər çəkmiş insanlar çox yüksək kulinar 
biliklərə malik idilər. 
2. Azərbaycan bu gün dünya kulinariya mədəniyyətinin başlandığı yer 
kimi göstərilə bilər. 
37 min öncə burada yaşayan insanlar dünyanın indiyə qədər məlum olan 
ən ilk və mükəmməl kulinarlarıdırlar. 
3. Döyülmüş ətdən bişirilən xörəklər ilk dəfə Azərbaycan ərazisində bişi-
rilib, buradan yayılıb. 
4. Xaş xörəyinin tarixi də, başlanğıcı da 37 min il öncəyə çəkir. 
5. Azərbaycan ərazisi dünya Kulinariya Mədəniyyətinin və kulinariya el-
minin beşiyidir. 
6. Bezoar keçilərinin xətlənmiş  rəsmləri həm ölkəmiz, həm də dünya 
mətbəx tarixi abidələri kimi qorunub saxlanılmalıdır. 
 
Şəkil 1. 

118
Söz mətbəxi
Şəkil 2. 
Şəkil 3. 
Ədəbiyyat
1.  “Сборник  рецептур  блюд  и  кулинарных  изделий  для  предприятий 
общественного питания”, Экономия, 1981 г., стр. 497 . 
2.  “Мир охотников и рыболовов древнего Гобустана”, Малахат Фараджева, 
Журнал Кулина №25. 
3. “Армянская кухня” Г. А. Дубовис Москва АCТ, 2003, стр. 468. 

Kulinariya incəsənəti
119
KULİNARİYA İNCƏSƏNƏTİ
Təbiətdə ən güclü qəbuledici, ən güclü analizator insan başıdır. 
Bütün incəsənət nümunələri insana başda yerləşən 7 qəbuledici dəlikdən 
təsir göstərməyə çalışır. Musiqiçilər Allahın bəxş etdiyi 7 səs və onların qarışığı 
ilə iki qulaq dəliyindən, rəssamlar 7 rəng və onların qarışıqları vasitəsilə iki 
göz dəliyindən, parfümerlər (ətriyyatçılar) 7 ətir və onların qarışığı ilə iki bu run 
dəliyindən insan duyğularına təsir göstərir. 7 dad və onların qarışığı  va si təsilə 
bir ağız dəliyindən insan təfəkkürünə edilən təsir barəsində isə çox az deyilib. 
Hətta müxtəlif dinlərdə duaların, mantraların və s. oxunuş qaydaları, bəzi 
dərviş ordenlərində səsdən, ritmlərdən istifadə edilməsi, dövlət himnləri və s. 
yolla insan təfəkkürünə təsir etmək, onu Allaha, kosmosa açmaq, yaxud onu 
ida rə etmək məqsədi güdür. Hələ İbn Sina musiqi ilə xəstəliklərin müalicəsi 
barədə yazır, səs-küylər isə insanın kosmosla, Allahla əlaqəsini kəsməyə xid-
mət edir, səs ekologiyasını korlamaqla ilahi səsləri eşitməyə mane olur. Bəzi 
səslərlə insan zombiləşdirilir, hipnoz vəziyyətinə salınır. 
İki göz vasitəsilə də insanın hisslərinə güclü təsir göstərilir. Bu təsir mənfi 
və müsbət ola bilər. Bəzi rənglər insanda xoş əhval ruhiyyə, bəziləri əsəb do-
ğura bilir. Beynəlxalq konvensiyalara görə 24-cü kadrdan istifadənin qada-
ğası buna bir sübutdur. Məsələ ondadır ki, filmdə bir hərəkəti görmək üçün 
həmin hərəkət 24 kadra çəkilir. Bunlardan birini çıxarıb, yerinə yalnız bir 
kadra nəyinsə reklamı yerləşdirilirsə, filmə baxan bu reklamı görmür, amma 
filmdən çıxan kimi gedib reklam olunan əşyanı alır. Rənglərdən, rənglərin 
dəyişməsindən istifadə də təlqin etmək üçün zombiləşdirmək, hipnoz etmək 
üçün istifadə edilir. 
Sözlərin səslənməsi vasitəsilə qulaq dəliklərindən, yazıçı isə göz va si-
tə silə beyinə eyni təsir göstərir. Hər iki formanın birgə istifadəsi isə  təhsil 
sistemlərində istifadə edilir. Rənglərin, rəsm əsərlərinin müxtəlif məbədlərdə, 
muzeylərdə ifrat istifadəsi də rəng ekologiyasını pozur, təbiətdən gələn təbii 
rənglərlə verilən məlumatları qavramağa mane olur. 

120
Söz mətbəxi
Ətirlərin insana təsiri, müalicəvi  əhəmiyyəti  əlbəttə ki, təkzibedilməz 
fakt dır. Ətirlərin psixologiyası, onların təsiri ilə ayrıca bir sahə – parfümeri-
ya (əttar) məşğul olur. Ətirlə şüuraltı təfəkkürə təsir etmənin nümunəsini biz 
sufi dər vişlərin ətirdən necə istifadə etmələrində, ətirlə müalicə vasitələrindən 
isti fa də də görürük. Bir çox dinlər öz məbədlərində ətirlərdən istifadə etməklə 
insan beyninə müsbət təsir göstərməyə çalışırlar. 
“İncil”də “İsa 28 pilləni 4 dəfəyə yeddi-yeddi çıxdı” ifadəni İsa insana 7 
səs, 7 rəng, 7 ətir və 7 dadla eyni zamanda təsir etdi kimi anlasaq, İsanın bö-
yük bir kütləyə yemək verməsini xatırlayacağıq. Bir çörəklə bu qədər insanı 
doy  duran  İsa burada çörəyi, yeməyi istehsal edən və paylayan kimi çıxış edir. 
Qida nın yalnız enerji və nutrient (zülal, karbohidrat və s.) olmadığını, həm də 
məlumat daşıyıcısı olduğunu nəzərə alsaq, İsanın bu 4 hissiyyat orqanına eyni 
zamanda təsirini biz İsanın yemək-içmək verdiyi anlarda ətrafındakılara çox 
güclü təsir göstərdiyini görərik. 
Digər tərəfdən biz bu informasiyanın başda olan 7 dəlikdən girdiyini gö-
rüb İsanı məcazi mənada baş kimi də qəbul edə bilərik. 
5 məlumat kanalı (dadma, iyləmə, görmə, eşitmə, təmas) kamlama zama-
nı şaman tərəfindən çox güclü istifadə edilir və şaman özünü şuurun dəyişən, 
fərqli səviyyəsinə çatdırır. 
İnsanın ən güclü duyğularından biri də təmas duyğusudur. Qida insana 7 
təmasla təsir göstərir: barmaqlar, dodaqlar, ağız boşluğu, dil, udlaq, mədə və 
ba ğır saqlar. Qida bu orqanlarla təmasda olub müxtəlif duyğular yaradır. Uşaq 
kiçik vaxtlarında hər şeyi tez ağzına alır. Dünya haqqında məlumatı əli, dili, 
dodaqları və ağız boşluğu ilə alır. Əşyanın sorulmasından ifraz edilən tüpürcək 
– maye əşya haqqında məlumatla dolduqca udlağa, mədəyə və bağır saqlara 
ötürülür. Beləliklə, elə uşaqlıqdan insan dünyanı yeməklə içindən keçirməklə 
onu anlayır.  
İnsana, eyni zamanda bu yeddiliklərlə  təsir edən yeganə peşə sahibləri 
kulinarlardır. 
Buna görə də kulinariya incəsənətin başı hesab edilə bilər. Əgər musiqiçi 
yalnız iki qulaq özünün az müddət yaşayan və insanı yaşadan sənət əsərlərilə 
insanın ən azı dörd hissetmə orqanına təsir göstərir, ona estetik tərbiyə, həyat 
verir. Həm xörəyin rəngləri, quruluşu, forması vasitəsilə gözlərə, həm ətrilə 
buruna, həm dadıyla ağız boşluğuna həm də təmasla təmas orqanlarına təsir 
göstərir. Bir çox hallarda qonaq üçün qida qəbulunu təşkil edən kulinar-

Kulinariya incəsənəti
121
lar musiqidən də istifadə etdikdə dördüncü hissə də, yəni qulaqlara da təsir 
göstərə bilirlər. 
Beləliklə, əsl kulinar demək olar ki, sənət əsərini yaradarkən peyğəmbərlik 
səviyyəsinə qalxır. Buna görə  də dünya xalqlarının kulinarlara qoyduqları 
ilkin peşəkar tələb mənəvi tələbdir. Mənəviyyatı çirkab içində olan adamın 
yeməyini yemək olmaz, çünki bu yemək dağıdıcı silaha çevrilə bilər. 
İnsan musiqisiz, səssiz yaşaya bilər; kar adamlar buna bir misaldır. İnsan 
rənglərsiz də rəssamlarsız da yaşaya bilər; korlar buna timsaldır. İnsan ətir-
lər siz  də yaşaya bilər,  ətri duymayan adamlar da var. İnsan qidasız yaşaya 
bil məz. Təbiəti, dünyanı ağız boşluğu mədə-bağırsaqlar vasitəsilə anlamadan, 
onu içindən keçirmədən yaşamaq olmaz. 
Buna görə bu sənətlərdən, incəsənətlərdən ən üstünü, həqiqi incəsənət ku-
linariya incəsənətidir. 
Kulinariya incəsənəti nümunələri digərlərindən fərqli olaraq daha həya ti-
dir, həyat kimi anidir, keçəndir, hər anda yeni və müvəqqətidir. 
Digər incəsənət nümunələri həyatın rənglərini, səslərini,  ətirlərini tutub 
sax lamağa çalışırlarsa, kulinariya incəsənəti nümunələri həyatın hər anı kimi 
təkrar olunmazdır. 
Buna görə  də kulinar, ilhamı yalnız sevgidən, məhəbbətdən alır. Sevgi 
xörəklərin ən əsas inqridienti, tərkib hissəsidir. 
Ey insanlara bu qədər güclü təsir göstərən bəndələr Sizə  İlahidən çox 
yüksək, az qala peyğəmbərlik səviyyəsi statusu verilib. Bu ada həm peşəkar 
kimi, həm də insan kimi layiq olmağa çalışın. İnsanların sağlamlığını, gö zəl li-
yi ni, sevincini saxlayın, onları razı salın ki, Allah sizdən razı olsun. 

122
Söz mətbəxi
QAZANDAN ÇIXAN İNCƏSƏNƏT VƏ MƏDƏNİYYƏT 
(YAZMA-YOZMA)
Lap qədimlərdə  hələ yer üzünü insanlar murdarlamayanda, odlu silah-
lar, yer üzünü tırtılları ilə didən, havanı zəhərləyən maşınlar olmayanda, nə 
vaxt ki, hələ nə polis, nə müdir, nə fəhlə var idi, indiki insanların çox bəsit 
bildikləri, amma çox mürəkkəb təbiətlə tam harmonik vəziyyətdə yaşayırdılar 
ki, alimlər buna ibtidai icma quruluşu deyirlər. Onda hələ təbiətin ana bətnində 
oturan insan öz anasına qalib gəlmək fikrində deyildi. Bütün canlılar kimi o 
da mübarizəylə yeməyini təbiətdən çıxarırdı. Onda insan topluları, canlıları 
bitki və heyvanları qabaqcadan öldürüb konserv, ya donmuş 30-50 illik yemək 
ehtiyatı yaratmırdılar. Yalnız ehtiyaclarına görə bitkiləri yığır, heyvanları ov-
layırdılar. Öldürməzdən  əvvəl isə üzr istəyirdilər ki, biz yalnız ehtiyacımız 
üçün öldürürük. 
Elə o vaxtlar mədəniyyətin, incəsənətin ilk forması: kulinariya meydana 
gəldi. İnsanlar bitkiləri, ətləri çırpıb, torpaqdan təmizləyib, yuyub ilkin emal-
dan keçirdikdən sonra yeməyi doğramağı, bişirməyi öyrəndilər. Beləliklə, ilk 
incəsənət növü kulinariya yarandı. 
Xörək bişirəndə və yeyəndə qab-qacaqdan qəribə səslər çıxırdı. Qəbilələr 
üçün bu səslər çox ecazkar görünürdü. Çünki bu həyat verən qidanın hazır-
lanması zamanı baş verirdi. Bu səsləri eşidən başqa insanlar bu qəbilədən xoş 
səslər, sülhpərvər səslər gəldiyini başa düşürdülər. Bizim texnoloq Lalənin 
qızcığazı südəmər Səlimə  hələ danışa bilmir. Amma mətbəxdən qazan, 
çömçə, qab, qaşıq səsi gələndə bir sevinir, bir atlanır bu səs tərəfə ki, gəl 
görəsən. İnsanlığın da əvvəli bu gözəl şirin bala kimi idi. Qab-qacaq səsini 
onlar da Səlimə kimi sevir, ona sevinirdilər. İnsanlar bunu sözlə ifadə etdirən 
“Qazan-qaşıq səsləri gələndə bütün silahlar susur” deyimini yaratdılar. Son-
radan insanlar, qəbilələr sülh məramlı olduqlarını göstərmək üçün hələ dil 
formalaşmayan dövrdə, ya da bir-birinin dilini bilməyən vaxtlarda qazanı, 
çömçəni döyəcləyə-döyəcləyə bir-birinin yanına gəlirdilər. Bu səslər gələndə 

Qazandan çıxan incəsənət və mədəniyyət (yazma-yozma)
123
insanlar biri-birindən qorxmur, əsəbləri sakitləşirdi. Bu səslərin belə təsirini 
görənlər adi vaxtlarda da bu səsləri çıxarıb, ona qulaq asmağa başladılar. İlk 
ritm, ilk musiqi belə  əmələ  gəldi. Nəsrəddindən soruşanda ki, ən çox xo-
şuna gələn musiqi, çalğı hansıdır, əbəs yerə söyləmir ki, “Çömçənin qaza-
nı çalması səsi”. Bu lətifəni yaradan millət musiqinin əsl kökünün haradan 
əmələ gəldiyini bilir və onu olduğu kimi də bu günə qədər saxlayıb. Fevra-
lın 10-da Xıdır Nəbi bayramında və hərdən Novruzun çərşənbələrində qodu 
gəzdirənlər bu gün də çömçə ilə qazanı ritmik şəkildə döyəcləyib oxuya-oxu-
ya yemək istəyirlər.
“Evdəkilər evdədimi... Çöldəkilər çöldədimi... Verənin oğlu olsun... Ver-
mə yənin qızı” və s. 
Başqa maraqlı lətifədə deyilir ki, Çinlilər uşaqlarının adlarını qab-qacağın 
kö məyilə qoyurlar. Bunun üçün qazançanı və ya qapağını, ya çömçəni döşə-
məyə atırlar, ya da bir-birinə vururlar. Danq-donq, dinq-donq, çink-çonq və 
s. kimi çıxan səslər uşağın adı olur. Bu səslər nə qədər sevilməliydi ki, xalq 
təfəkküründə bu uşaq adıyla bağlı lətifə yarada bilsin, xalqa musiqi kimi gələn 
uşaq adlarının da qazandan çıxa biləcəyi fikrini versin. 
Ocaqdan ağacların yanmasından əmələ gələn səslər, yaş odunun fışıltısı, 
çırpının çırtıltısı, qazanda mayenin poqquldaması səsləri də qidayla bağlı əziz 
səslər idi. İnsanlar bunu ibtidai qazan çömçə ilə çıxara bilmədiklərindən bu 
səsləri boğazlarından çıxarmağa, ağızlarında ifa etməyə başladılar. İlk mahnı 
da belə meydana çıxdı. 
Qazanda xörək bişəndə bişirən adamlar onun ətrafında fırlanır, içərisinə 
ərzaq atır, qarışdırırdılar. Uşaqlar tez-tez qazana baxır, qazanın ətrafına fırla-
nır, gah ocağa, qazana yaxınlaşır, gah uzaqlaşırdılar. 
Hələ dil olmayan zaman yemək bişirməyi digərlərinə öyrətmək üçün bunu 
hərəkətlə göstərirdilər.  Əllərlə  əti, tərəvəzi necə qazana atmaq, qarışdırmaq 
hərəkətlərini edir, ocağa necə odun atdıqlarını, ayaqlarla qazanın başına necə 
fır landıqlarını, uşaqların qazan ətrafındakı hərəkətlərini göstərirdilər. İlk rəqs-
lər belə meydana gəldi. 
Sonralar dil inkişaf etdikdən sonra da bu adət qaldı. İndi də çoxlarımız söz-
lə rimizi  əllərimizin hərəkəti ilə, mimikamızla gücləndiririk, hətta bu barədə 
də belə bir lətifə var. Qoltuqlarında iki qarpız aparan Qafqazlının dayandırır 
və soruşurlar ki, “İnqilab” küçəsi harada yerləşir, Qafqazlı bunları saxlayın 
deyə qarpızları ünvan soruşana verib, əllərini sürətlə yana açaraq. “Əşşi mən 

124
Söz mətbəxi
nə bilim “İnqilab” küçəsi haradadır” deyir. Bu onu göstərir ki, biz bu gün də 
əl-qolla danışmaqda, bir növ rəqs etməkdə davam edirik. 
Qida bişirmək üçün heyvanları, balıqları tutmaq, ovlamaq lazım idi. Əmələ 
gələn vərdişləri, bilgiləri ötürmək üçün qayalarda, daş üzərində bu səhnələri 
çəkməyə başladılar. Qobustanda olduğu kimi. Beləliklə, ilk rəssamlıq meyda-
na çıxdı. 
Süfrə arxasında əvvəlcə ovçular yeməliydi ki, qüvvələri bərpa olsun yenə 
ov edə bilsinlər, sonra digərləri qadınlar, uşaqlar, qocalar. Beləliklə, ilk etiket 
qaydaları meydana çıxdı. İnsan mədəniyyəti beləcə qazandan çıxdı. 
Heyvanlardan süd sağanlar sayaçı mahnıları,digərləri holavrlar və s. Oxu-
yub folkloru yaratmağa başladılar. Sahələri ölcməklə, bölməklə  riyaziy ya tı, 
həndəsəni, məhsulu çəkmək üçun tərəzini,  ərzağı saxlamaq, bişirmək üçün 
misgərliyi, dulusçuluğu və s. yaratdılar. Bu sahələrdəki münasibətlərdən is-
tehsal, istehlak, elmi mədəniyyət istiqamətləri formalaşdı. 
Xalqımız əbəs yerə deməyib ki, “Əvvəl gödəniyyət, sonra mədəniyyət”. 
Yəni, əvvəlcə gödənin (bədənin) ehtiyacları yaranıb, bu ehtiyac ödənilib, ödə-
ni ləndə içindən mədəniyyət, incəsənət və s. yaranıb. Mən belə başa düşdüm. 
Sizə isə.. , vallah özünüz bilən yaxşıdı. 

Yemək, sevmək və yaratmaq... 
125
YEMƏK, SEVMƏK VƏ YARATMAQ... 
 Tez-tez jurnalistlər, tələbələr və başqaları məndən “Biz yeyirik yaşamaq 
üçün, yaşamırıq yemək üçün” ifadəsinə münasibətimi soruşurlar. Beyinlərə 
yeridilmiş, öz məna çalarına görə şüar şəklində formalaşdırılan, ilk baxışda 
dərin mənalı görünən belə ifadələr təəssüf ki, özünə ictimai, ədəbi fikirdə yer 
tutmuş, hətta alim və ziyalılarımızın da dilindən eşidilməkdədir. Belə deyimlər 
yalançı xristianlığın təməl prinsipləri olan üç təbii ləzzətə qoyulan qadağadan 
yararlanan mədəniyyətin təzahürüdür. 
Yalançı xristianlıq qidadan alınan ləzzətə qadağa qoydu, yeməkdən ləzzət 
ala bilənləri qarınqulu adlandırıb tonqallarda yandırdı. Postlar yaratdı. Yəni 
müəyyən müddətlərdə müəyyən qidaları qəbul etməyə qadağa qoydu. İslamda 
belə postlar yoxdur. Orucluq vaxtı yalnız qida qəbulunun zamanı dəyişdirilir. 
Əvəzində yalançı xristianlıq bütün dinlərdə Allah tərəfindən qadağan olunmuş 
donuz ətini halal buyurdu. Əsl xristianlığın dağılması üçün, ləzzətli yeməyə 
qadağa və qadağan olunmuş donuz ətinə icazə, təməl daşları belə qoyuldu. 
Çünki başqa təsirlərdən fərqli olaraq qidanın insan orqanizminə  təsiri 
kompleks xarakter daşıyır. Əgər səslə, musiqi ilə dini kitabların oxunması za-
manı səsin ezoterikası insan şüuruna-təhtəlşüura 7 not vasitəsi ilə təsir edib, 
onu ağladırsa, güldürürsə rəssamlar bunu 7 rənglə gözlərdən, ətirşünaslar bu-
run vasitəsi ilə 7 ətirlə edirlərsə, qida qəbulu zamanı insana gözlərindən rəng-
lər lə, burnundan ətirlərlə, ağızdan 7 dadla, bədəndən 7 təmasla (əllər, dodaq-
lar, dil, ağızın içi, boğaz, mədə və bağırsaqlar) yəni eyni zamanda cism, can və 
ruh (bədən, ağıl və ruh) üçlüyünə hərtərəfli təsir göstərilir. 
Ləzzətlə yeməksə o deməkdir ki, daxil olan qida ilə bu üçlüyün tələbatı 
ödə nilir, bu üçlüyə lazım olan zülal, karbohidrat, yağ, vitamin, mineral mad-
də lər və s.-lə bərabər çox vacib olan məlumatlar, müvafiq informasiya da da-
xil olur. Həmin maddələr hər bir hüceyrəni qurmaqla, ona inşaat materialı 
ol maqla  bərabər, ağıla və ruha lazım olan məlumatları da verir. Lazım olan 
qida maddələri və  məlumat olanda insan eyfariya vəziyyətinə düşür, ləzzət 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin