Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə45/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   132
Nüfuzedici radiasiya- nüvə partlayışı anında qəza partlayış 
yerindən ətrafa yayılan, gözə görünməyən 

- şüalar və neytron 
selindən ibarətdir. 
Nüfuzedici  radiasiyanın  təsiri  ondan  ibarətdir  ki,  qamma-
şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. 
Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin 
pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyə-
tinin  dəyişməsinə,  yoluxucu xəstəliklərə qarşı orqanizmin mü-
barizə  qabiliyyətinin  zəifləməsinə  səbəb  olur.  Şüa  alan  adam 
bunu  hiss  etmir.  Xəstəliyin  əlamətləri  müəyyən  müddətdən 


 
51 
sonra  aşkara  çıxır,  xəstəliyin  gedişi  orqanizmin  aldığı  şüanın 
dozasından asılı olur. 
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndi-
rilir  və
 
Qrey  (Qr),  rentgen  (R),  rad  ölçü  vahidləri  ilə  ölçülür:    
1 qr=100 rad;  1 qr=0,95 rad. 
Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəs-
təliyinə tutulurlar: 
I yüngül dərəcəli D = 100...200 rad        (1-2 Qr); 
II orta dərəcəli D = 200...400 rad           (2-4 Qr); 
ağır dərəcəli D = 400...600 rad               (4-6 Qr); 
çox ağır dərəcəli D>600 rad                   (6 Qr). 
Müxtəlif  sıx  və  qalın  materiallardan  keçərkən  nüfuzedici 
radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın - 2,7 sm, betonun 
- 10 sm, torpağın - 14 sm, suyun - 23 sm, ağacın - 30 sm qalın-
lığı  nüfuzedici radiasiyanı  2 dəfə zəiflədir  (bunlara  yarımzəif-
lətmə  qatı  deyilir).  Nüfuzedici  radiasiyadan  mühafizə  məhz 
materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki,  radiasiya do-
zasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaş-
dırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hid-
rogen  olan  maddələrdə  (suda,  parafində,  betonda)  daha  çox 
zəifləyir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin