56
si ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
-
geniş sahələri zəhərləmək və zədələyici təsirinin uzun
olmaması;
-
zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin
ağır olması;
-
istehsalının nisbətən ucuz başa gəlməsi.
Hərbi məqsədlərlə bitkilərə zəhərləyici kimyəvi maddələr
də – herbisid, defoliant və desikant tətbiq edilə bilər ki, bunlar
dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına, kənd təsərrü-
fatı heyvanlarının zəhərlənməsinə səbəb olur.
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif
olunur:
insan orqanizminə təsir xarakterinə görə;
taktiki təyinatına görə;
təsir tezliyinə görə;
dayanıqlığına görə;
tətbiq vasitələrinə görə.
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:
1.
Öldürücü
(sinir-paralitik,
dəri-deşici,
ümumi
zəhərləyici, boğucu təsirli).
2.
Ziyanverici (Psixotrop maddələr və İrritantlar).
Təsir sürətinə görə kimyəvi silahlar:
a) tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və
bəzi psixotrop maddələr);
b) gec (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop
maddə) təsir edən maddələrə ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:
1.
uçucu dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);
2.
dayanıqlı maddələrə (təsiri bir neçə saatdan bir neçə
həftəyə qədər) bölünür.
Dostları ilə paylaş: