54
dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zə-
hərlənsin. Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağı-
dır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zə-
hərlənmə ocaqları əmələ gələ bilər.
Zərbə dalğasının önündə izafi təzyiqi (P
f
) 10 kPa-dan artıq
olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarak-
terinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır
(tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları):
tam dağıntı zonası P
f
> 50 kPa;
güclü dağıntı zonası P
f
= 30...50 kPa;
orta dağıntı zonası P
f
= 20...30 kPa;
zəif dağıntı zonası P
f
= 10...20 kPa.
Misal üçün, bir milyon tonluq (q =1 Mt) nüvə silahı partla-
dıqda, tam dağılma zonası 4 km, güclü dağılma zonası 5,4 km,
orta dağılma 7,2 km, zəif dağılma 11 km radiusunda təsir gös-
tərəcək. Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntının
dərəcəsi və təlafatdan tikintinin xüsusiyyətlərindən, yerin rel-
yefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-ni
tam dağıntı zonasi; 10%-ni güclü, 15%-ni orta dərəcəli və
62%-ni zəif dağıntılar zonası təşkil edir.
Dostları ilə paylaş: