Zəif dağıntılar zonası - 20 kPa-dan 10 kPa-dək izafi təzyiq
təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada bi-
nalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri,
artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək
uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa-dan az
olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təh-
lükə törətmir, binaları isə azacıq zədələyir (şüşələrin qırılması,
pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.).