Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən
ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına
güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna
fosgen və difosgen aiddir. Son zamanlar fosgen güclü təsirli zə-
hərli maddələrə (GTZM) şamil edilir.
Difosgen qaynama temperaturu 128°C olan mayedir, fos-
genə nisbətən yavaş buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda
ərazini açıq yerlərdə 1 saata, meşəlik yerlərdə isə bir neçə
saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman
xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen
su hovuzlarını zəhərləmir.
60
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O,
davamsız zəhərləyici maddələrə aiddir.