Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə59/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   132
Qıcıqlandırıcı ZM -ə Sİ-ES və adamsit aid edilir. 
Adamsit  yaşımtıl  rəngli  bərk  maddədir,  suda  həll  olunur: 
üzvi  əridicilərdə,  xüsusən  qızdırılarkən  və  asetonda  yaxşı  həll 
olunur. Yavaş buxarlanması və pis həll olunmasına görə torpa-
ğı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi mad-
dələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin 
oksidi yaranır. 
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və 
ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül 
zəhərlənmə baş verir. 
S-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir 
qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzol-
da isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir. 
S-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırı-
cı  təsirə  malikdir  ki,  bu  da  asqırtıya,  öskürəyə,  gözlərdən  bol 
yaş, burundan selik axmasına, tənəffiisün çətinləşməsinə səbəb 
olur.  Bunlardan  başqa,  dəriyə  gicitkən  kimi  qaşındırıcı  təsir 
göstərir,  yüksək  konsentrasiyalarda  ürək  bulanması  və  qusma 
törədir.  Sıradan  çıxarıcı  orta  konsentrasiyası  0,001  -  0,005 
mq/l-dir.  Gözyaşardıcı  və  ya  lakrimator  (yunanca  "lakrime”-
gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qişalarını qı-
cıqlandırır,  bu  isə  gözdən  yaş  axması,  bəbəklərinl  spazması, 
burundan  güclü  selik  axması  ilə  nəticələnir.  Bunlar  tərkibində 
haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlora-
setofenon və brombenzilsianiddir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin