Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə72/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   132
ġək. 22. Sadə daldanacaq: 
a) açıq; b) dəmir beton örtüklü; 
1-daldalananlar üçün oturacaq; 2-5-6 sm diametri bərkidici;                
3-bərkidici lövhə; 4-berma; 5-bərkidici divar; 6-su ötürücü arx;                  
7-yüklənməmiş berma; 8-dəmir beton örtük; 9-torpaq qatı 
 
Sadə  daldanacağın  bir  növü  şəkildə  göstərilmişdir.  Belə 
daldanacağı  istənilən  torpaqda  qazmaq  mümkündür.  Əgər  in-
sanlar  sadə  və  açıq  daldanacaqda  yerləşərsə  onda  onlara  açıq 
şəraitdə insanlara nisbətən zərbə dalğası, işıq şüalanması və nü-
fuzedici radiasiyanın təsiri 1,5-2 dəfə, yerin radioaktiv çirklən-


 
80 
məsi  ilə  şüalanma  xəstəliklərinin  ehtimalı  2-3  dəfə  az  olur. 
Açıq  daldanacaq  170-180  sm  dərinlikdə,  yuxarıdan  110-120 
sm, dibində isə 80 sm enində qazılır. Qazmanın bu ölçüsü ora-
da olan insanlar üçün minimal şəraiti təmin edir və onları zərbə 
dalğasının təsirindən qoruya bilir.  
Qazmanın  uzunluğu  orada  daldalanan  insanarın  sayından 
asılı olaraq müəyyən edilir. Daldanacağın tutumu hər bir insan 
üçün 0,5-0,6 m məsafə hesabı ilə təyin olunur. Qazmanın uzun-
luğu  həmçinin  dincəlmə  üçün  hər  insan  üçün  1,5-1,8  m 
məsafəsi  və  3  dincəlmə  məsafələrinin  cəmi  hesablanır.  Belə 
qazmanı  uzunluğu  8-10  m  təşkil  edir.  Adətən  açıq  tipli  dalda-
nacaq  10-15  nəfərlik,  maksimum  isə  50  nəfərlik  olur.  Zərbə 
dalğasının təsirini azaltmaq məqsədi ilə daldanacaq ziq-zaq və 
ya  kəsik  trayektoriyalı  qazılır.  Daldanacağın  düz  hissəsinin 
uzunluğu 15 m-dən artıq, daldanacaqlar arası məsafə isə 10 m-
dən  az  olmamalıdır.  10-20  nəfərlik  daldanacaqlara  adətən  bir 
giriş, daha çox tutumlu daldanacaqlara isə hər iki tərəfdən giriş 
qoyulur.  Giriş  düşmənin  nüvə  partlayışı  törətdiyi  istiqamətdən 
əks tərəfdə planlaşdırılır. Giriş 30-40 sm hündürlüklü 5-6 pillə-
si olan 2-2,5 m pilləkandan ibarət olur.  
İnsanların  daha  etibarlı  mühafizəsi  üçün  taxta,  tir,  dəmir 
beton  örtüklü  daldanacaqlardan  istifadə  olunur.  Mümkün  da-
ğıntı zonalarında örtülü daldanacaqlar daha geniş tətbiq olunur. 
Belə daldanacaqlar örtüldükdən sonra üzərinə 30-40 sm torpaq 
örtüyü verilir.  
Sadə  daldanacaq  kimi  relyefin  imkan  yaratdığı  yarğanlar-
dan,  səngərlərdən,  silos  quyularından  və  s.  istifadə  edilməsi 
mümkündür.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin