ġək. 23. Fərdi mühafizə vasitələrinin təsnifatı
Əleyhqazlar. Müasir əleyhqazlar insanın tənəffüs orqanla-
Sad
ə
vasit
ələr
T
əc
rid
ed
ici
əley
hq
az
lar
R
esp
er
ato
rlar
Sü
zg
ən
cli
əley
hq
az
la
r
Yar
dım
çı
vasit
ələr
Tənəffüs üzvlərinin vasitələri
Dərinin MV
Tibbi-fərdi MV
Fər
di d
ər
m
an
q
utu
su
Kim
ya
ə
ley
hin
ə
fə
rd
i z
ərf
Fər
di sar
ğı
zər
fi
Fərdi-mühafizə vasitələri
Yü
ng
ül m
üh
af
izə
ko
sty
um
u
Üm
um
i q
oş
un
m
üh
af
izə
dəsti
82
rını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, du-
man, qaz, tüstü, ZM damcıları), radioaktiv maddələrin təsirin-
dən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroor-
qanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə
yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir.
Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü
əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş
yayılmışdır. Onların quruluşu – içərisində fəallaşdırılmış (ka-
talizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər
olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli
havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-udu-
cu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını)
udub saxlaya bilmir, buna görə də tənəffüs orqanlarının karbon
2-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopka-
lit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdi-
rici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında
yerləşdirilir (qutuya burulub birləşdirilir).
ġək. 24. Süzücü əleyhqaz ГП-7:
1-üzlük hissə; 2–süzücü-uducu qutu; 3-parça örtük; 4-nəfəsalma
klapanı; 5-danışıq vasitəsi; 6-nəfəsvermə klapanı; 7-obtürator; 8-başlıq;
9-alın qayışı; 10-çənəaltı qayışı; 11-yanaqüstü qayışlar; 12-toqqalar;
13-çanta; 14-su qabı (flyaqa); 15-rezin boru
83
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafi-
zəsi üçün ГП-5. ГП-5 m, ГП-7 (ГП-mülki əleyhqaz) əleyhqaz-
larından; uşaqların mühafizəsi üçün ДП-6 m (uşaq əleyhqazı,
6-cı tipi, kiçik ölçülü), ДП-6, ПДФ-7 (süzücü uşaq əleyhqazı,
7-ci tipi), ПДФ-Д (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlı-
lar üçün) və ПДФ-Ш (süzücü uşaq əleyhqazı, məktəblilər
üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər. Bunlardan
əlavə, 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün КЗД-6
(uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı var-
dır.
Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən
kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyh-
qazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli
maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də
qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola
bilər.
ġək. 25. Uşaq əleyhqazı:
1-gövdə; 2-obtürator; 3-birləşdirici boru; 4-gözlük; 5-nəfəsalma
klapanı; 6-nəfəsvermə klapanı; 7-süzücü-uducu qutu; 8-geydirilmə qayka;
9-başlıq; 10-qarant toqqaları; 11-çanta
84
ġək. 26. Uşaq mühafizə kamerası КЗД -6:
a) Qayışda daşıma; b) Xizəkdə və ya uşaq arabasında daşıma
1-üzlük hissə; 2-diffuziyasorbent elementi; 3-çiyin qayışı; 4-karkas;
5-döşəmə hissəsi; 6-sıxıcı; 7-nəzarət pəncərəsi; 8-əlcək
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən
ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun
çantası və
tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqa-
zın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xü-
susi qələm də daxildir.
ГП-5 və ГП-5M əleyhqazları kiçik ölçülü (ГП-5 tipli) sü-
zücü-uducu qutu və şlemmaska tipli üzlük hissə ilə komplekt-
ləşdirilir. ГП-5m əleyhqazının şlemmaskasında membranlı qu-
tu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). ГП-5 və
ГП-5 m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru ol-
mur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlem-
maskalar beş ölçüdə (membranlı şlemmaskalar 4 ölçüdə) isteh-
sal edilir. Şlemmaskanın ölçüləri onun çənəaltı hissəsində rə-
qəmlərlə göstərilir (şək. 27).
|