Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Heyvanların  çıxarılması  zamanı  mühafizəsi



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə102/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   132
Heyvanların  çıxarılması  zamanı  mühafizəsi.  Heyvanla-
rın çıxarılması radioaktiv tozların çökməsi ehtimalı yarandıqda 
təhlükəsiz zonada yerləşdirilmə üçün icra edilir. Təhlükəsiz zo-
nada  yerləşdirmə  otlaq  sahələri  nəzərə  alınmaqla  aparılır.  İri-
buynuzlu mal-qara üçün sutkalıq yerdəyişmə 25-30 km, qoyun-
lar üçün 15-20 km təşkil edir. Bu tədbirin icrası vaxtı heyvan-
darların vaxtında xəbərdar edilməsi əsas rol oynayır. Çıxarılma 
marşrutu və yerləşdirilmə məkanı sübh vaxtı planlaşdırılır.  
Heyvanların və quşların nüvə zəhərlənmə ocaqlarından xi-
las  edilməsi.  Nüvə  zəhərlənmə  ocaqlarındakı  heyvandarlıq  və 
quşçuluq tikililərində X və DTİ böyük həcmli və qısa müddət 
ərzində  görünməsi  tələb  olunduğundan  çox  çətindir.  Çətinlik 
bir  də  ona  görədir  ki,  əksər  hallarda  işlər  dağılmış  tikililərdə, 
qatı  tüstü  və  radioaktiv  zəhərlənmə  şəraitində  aparılır.  X  və 
DTİ həm yanğınların söndürülməsi, həm yanan və ya dağılmış 
tikililərdən heyvanların çıxarılaraq təhlükəsiz yerlərə aparılma-
sından, həm  heyvanlara  təhlükəsiz  yerlərdə ilkin baytarlıq kö-
məkliyinin göstərilməsindən, həm də yemin daşınması və elek-
trik təminatının bərpasını əhatə edir. Taxıl məhsulları saxlanan 
anbar  və  tikililərdə  də  yanğının  söndürülməsi  vacibdir.  Gecə 
vaxtı  X  və  DTİ-nin  aparılması  zamanı  işıqlandırılma  sistemi 
normal işləməli, kəşfiyyat və müşahidə işləri təşkil edilməlidir.  
X və DTİ görüldükdən sonra məhv olmuş heyvanlar ayrıl-
mış yerdə basdırılır, zəhərlənmiş heyvanlara yardım göstərilir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin