117
yə aparan tam şumlama icra edilir. Radioaktiv çöküntülər bitki-
nin vegetasiya dövründə baş verdikdə məhsul yığımından son-
ra torpaq əkini həmçinin dərin aparılmalıdır.
Az məhsuldar cəmənlik və örüşlərdə adətən ən yüksək
radioaktiv çirklənmə qeydə alınır. Belə ərazilərin şumlanmsı
məqsədə uyğundur. Xam torpaqların isə radioaktiv çöküntüləri
daha dərinə basdirmaq və sonradan əkinə aid layla qarışdırma-
maq məqsədilə vintli kövaxırla, yaxud adi kotancıqsız kotanlar-
la şumlanması tövsiyyə edilir.
Gübrələr sistemində əsas diqqət az çirklənmiş, yüksək
məhsuldarlıqlı torpaqlarda daha çox “təmiz” məhsulun alınma-
sına yönəldilir. Əsas gübrələr səthi çirklənmiş torpağın tam
şumlanmasından sonra ona görə verilir ki, gübrə radioaktiv
maddələrlə qarışaraq torpağa və bitkiyə radioaktiv izotopların
keçmə səviyyəsini artırmasın.
Gübrənin verilməsi adi üsullarla aparılır.
Dostları ilə paylaş: