Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə113/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   132
Köpüklə emal. Yanğınsöndürən maşının PO-1 standart kö-


 
125 
pük  yaradanından  köpük  təzyiq  altında  heyvanın  dəri  səthinə 
verilir  və  onun  bədənin  bütün  hissələrini  örtür.  2-3  dəqiqədən 
sonra köpük dəri səthindən yuyucu fırça ilə təmizlənir. Bu pro-
ses tüklü dəri səthindən 65-75% radioaktiv tozları kənarlaşdırır. 
Bu emaldan sonra heyvanların su ilə yuyulması vacib deyil. 
Əgər yuyucu vasitələr olmazsa,  onda 2-3 atmosfer təzyiqli 
su  ilə  yumada  icra  oluna  bilər.  Bu  zaman  radioaktiv  tozların 
30-50%-i kənarlaşır.  
Emal  olunmuş  heyvanlar  bir-bir  dozimetrik  nəzarət  dəz-
gahına  ötürülür.  Əgər  radioaktivlik  buraxılabilən  həddə  qədər 
azalmışdırsa, onda o, təmiz heyvanlar naxırına göndərilir, əgər 
buraxılabilən həddən  yuxarı radioaktivlik qeydə alınarsa, onda 
yan kənardan heyvan təkrar emala göndərilir.  
Heyvanlar zəhərləyici (kimyəvi) maddələrin təsirinə məruz 
qaldıqda  tətbiq  olunan  zəhərləyici  maddənin  növü  öyrənildik-
dən  sonra  ona  qarşı  emal  prosesi  icra  edilir.  Orqanik  fosfor 
maddələri ilə zəhərlənmə qeydə alındıqda baytar emalından əv-
vəl heyvanın əzələ daxilinə antidot yeridilir. 
V
x
  tipli  qazlarla  və  ipritlə  zəhərlənmə  zamanı  emal  üçün 
xlorlu preparatlardan, zomanla zəhərlənmə zamanı duz məhlu-
lundan və amiyakdan, azotlu ipritlə zəhərlənmədə manqan tur-
şusunun məhlulundan istifadə olunur. 
Göstərilən məhlullarla emaldan sonra heyvanlar yan mey-
dançaya  yerləşdirilir  və  zəhərləyici  maddələrin  məhv  olması 
üçün 20-30 dəqiqə gözlənilir. Sonra heyvanlar yenidən dəzgah-
lara  yönləndirilir və dəri səthindən zəhərləyici maddələr su  ilə 
yuyularaq təmiz meydançaya göndərilir.  
Heyvanların bakterial vasitələrlə zəhərlənməsi zamanı bay-
tarlıq emalı mümkün qədər tez, yəni bakterial vasitələrin aero-
zol şəklində tətbiqi faktı qeydə alınan kimi başlanılır. Belə hal-
larda  dezinfeksiya  vasitələrindən  istifadə  olunur.  Vasitələrin 
sərfiyyat norması aşağıdakı kimidir: iribuynuzlu heyvanlara və 
atlara 20-25 litr, buzov və davarlara 12-15 litr. Emal  olunmuş 
heyvanlar yan meydançaya yönəldilir və orada 1 saat saxlanılır 


 
126 
(bu  vaxt  ərzində  mikroorqanizmlər  və  viruslar  məhv  olur). 
Bundan  sonra  heyvanlar  dəzgahda  isti  su  ilə  yuyularaq  təmiz 
meydançaya yerləşdirilir. İsti hava şəraitində isə heyvanlar 25-
30 dəqiqədən sonra təkrar dezinfeksiya məhlulları ilə emal olu-
nur.  Nəzərə  almaq  lazımdır  ki,  heyvanın  dəri  səthi  üzərində 
məhlul  toplam  halda  1  saatdan  artıq  qalmasın.  Dəri  səthinin 
emalından sonra heyvanlara kimyəvi tepapertik vasitələr (sulfa-
nilamidlər) və antibiotiklər (tetratsiklin və s.) vurulur. Törədici-
nin növü aşkar edildikdən sonra isə onun əleyhinə məhlullar və 
peyvəndlərlə emal prosesi davam etdirilir. 
Kombinəedilmiş zəhərlənmə ilə qəbul olunan heyvanlarda 
ilk olaraq zəhərləyici maddələrin kənarlaşdırılması üçün deko-
rasiya məhlulları ilə emal yerinə yetirilir. Bu proses dəqiq yeri-
nə yetirildikdə radioaktiv maddələr də kənarlaşır. Sonra isə la-
zım olarsa, mikrobların məhv edilməsi məqsədi ilə dezinfeksi-
ya məhlulları tətbiq olunur. Emal olunmuş heyvanlar ya təsər-
rüfata, ya müalicəyə, ya da məhv olunmağa göndərilir. Bir de-
zinfeksiya qurğusu ilə 10 saat ərzində 160-200 baş iribuynuzlu 
heyvan emal olunur.  
Davar və buzovların nəm emal prosesi meydançanın çirkli 
hissəsində  yaradılmış  yerdə aparılır. Burada emal  qəfəs  döşə-
məli, 10 heyvan  yerləşən sahədə qrup halında icra edilir. Ra-
dioaktiv  toz  3  atmosfer  təzyiqlə  verilən  su  ilə  təmizlənir.  Zə-
hərləyici və bakterial maddələrlə zəhərlənmə zamanı emal iri-
buynuzlu  heyvanlarda  olduğu  ardıcıllıqla  yerinə  yetirilir.  Da-
varların  bakterial  maddələrlə  zəhərlənmədən  təmizlənməsi 
üçün,  həmçinin  vannada  yuma  ilə  emal  da  məqsədəuyğundur. 
Bu emaldan sonra heyvanlar 1 saat  ərzində saxlanılaraq sonra 
su  ilə  yuyulur.  Radioaktiv  maddələrlə  quşların  zəhərlənməsi 
zamanı  emal  onların  saxlandığı  qəfəslərdə  aparılır.  Məhlulun 
sərfiyyat  norması  aşağıdakı  kimidir:  toyuqlar  üçün  1  litr,  ör-
dəklər  üçün  1,2  litr,  qazlar  üçün  1,5  litr.  Quşların  zəhərləyici 
maddələrlə zəhərlənməsi zamanı emal üçün 0,5%-li duz məhlu-
lundan istifadə oluna bilər.  


 
127 
Baytarlıq emalını icra edən şəxsi heyət fərdi mühafizə vasi-
tələrindən istifadə etməlidir. Heyvanların radioaktiv maddələrlə 
zəhərlənməsi zamanı əleyhqaz əvəzinə respirator tətbiq olunur. 
İşlər başa çatdıqdan sonra avadanlıqlar, texniki vasitələr və ge-
yim zərərsizləşdirilir. Şəxsi heyət isə tam sanitar nöqteyi-nəzər-
dən  təmizlənilir.  Əgər  sonradan  meydançada  baytarlıq  emalı 
nəzərdə tutulmursa, onda, su arxları və quyu torpaqla dolduru-
lur,  çirkli  hissə  kənarlardan  məhdudlaşdırılaraq  “Zəhərlidir” 
yazısı vurulur. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin