5.10. Heyvanların baytarlıq emalı
Çoxlu sayda heyvanın baytarlıq emalının aparılması üçün
xüsusi meydança yaradılır (şək. 38). Meydança adətən radio-
aktiv və zəhərləyici maddələrin təsiri zonasından kənarda ra-
diasiya səviyyəsinin buraxılabilən hədd zonasında yaradılır.
İlin soyuq vaxtlarında baytarlıq emalını örtülü tikililərdə apar-
maq tələb olunur. Zəhərlənmiş heyvanların baytarlıq emalı bö-
yük sanitar-gigiyenik əhəmiyyətə malikdir.
Meydança keçid yollarından 150-200 m kənarda, su mən-
bələrinin yaxınında, məsaməli ortaq səthinə malik yerlərdə ya-
radılır. Baytarlıq emalına kimyəvi və bakterioloji zəhərlənmə
buraxılabilən həddən yuxarı radioaktiv maddələr zonasında
olan bütün heyvanlar cəlb olunur. Meydança üçün seçilmiş sa-
hə və emal olunmuş heyvanların saxlanması nəzərdə tutulan
ərazi əvvəlcədən dezinfeksiya olunur.
Baytarlıq emalı meydançası təmiz və çirkli olmaqla iki his-
sədən ibarətdir. Çirkli hissə heyvanların toplanma meydança-
sından- 20-25 m uzunluqlu 0,8-0,9 m enində olan keçid dəhli-
zindən ibarətdir. Çirkli hissədə geyimlərin yuyulması, insanla-
rın sanitar təmizlənməsi nəqliyyat vasitələri ilə göstərilir. Dəh-
122
liz boşaldılması üçün avadanlıqlaşdırılır, təmizlənmə dəhlizin-
dən axıdılan məhlulun toplanması üçün quyu qazılır.
ġək. 38. Baytarlıq emalı meydançası:
1-qəbul-çeşidlənmə məntəqəsi; 2-yoluxmuş heyvan üçün dəhliz;
3-kecid; 4-dəzgah-keçid; 5-baytatlıq emalı dəzgahları; 6-dəzgah-keçid;
7-dozimetriya dəzgahı; 8-müayyinədən kecmiş heyvanlar üçün dəhliz;
9-heyvanların baytarlıq müayinəsi kecməkdən ötrü yeri; 10-bölgü;
11-heyvanların çeşidlənmə dzgahı; 12-heyvan saxlanılan yer;
13-heyvanların emalı üçün məhlul; 14-səhra kəsim məntəqəsi; 15-quyu;
16-insanların sanitar emalı üçün məntəqə; 17-insanların istirahəti üçün yer;
18-tualet
Çirkli hissədə olan dəhlizdən sonra emal olunmuş heyvan-
ların toplanma meydançası yaradılır ki, bu da təmiz hissə hesab
olunur. Bu hissə də müalicə-profilaktik tədbirlərin aparılması
üçün avadanlıqlaşdırılır, həmçinin işçilərin istirahəti, xüsusi
maşınların saxlanması üçün şərait yaradılır, heyvanların nəqliy-
yat vasitələrinə çıxarılması məqsədi ilə estakada düzəldilir.
Baytarlıq emalı meydançası elə yaradılmalıdır ki, atmosfer-
də olan hava cərəyanı təmiz hissədən çirkli hissəyə doğru isti-
qamətlənsin. Lazım gəldikdə meydançanın yaxınlığında hey-
vanların səyyar kəsilmə məntəqəsi yaradılır.
|