Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə107/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   132
      Məhsulun  yığılması.  Radioaktiv  cirklənməyə  məruz  qal-
mış  sahələrdən  məhsulun  yığılması  zamanı  aşağıda  göstərilən 
əsas tələblərə riayət etmək lazımdır. 
 1.  Bitkilərin  radioaktiv  çirklənmədən  təmizlənmə  dərəcəsinin 
radioaktiv çökmə vaxtı ilə məhsulun  yığılma vaxtından asılılı-
ğını  nəzərə alaraq yığımın aqrotexniki qaydaya riayət etməklə 
mümkün qədər gec aparılması lazımdır.  


 
118 
2.  İlk  olaraq daha az radioaktiv  çirklənmiş sahələrdən məhsu-
lun yığılması vacibdir. 
3.  Müxtəlif  dərəcədə  radioaktiv  çirklənmiş  sahələrdən  toplan-
mış məhsulların ayrılıqda yığılması lazımdır. 
 4. Hətta ən yaxın vaxtda  qida və yem üçün istifadəsi mümkün 
olmayan  məsul  məhv  edilməməli  və  ya    sahədə  yığılmamış 
saxlanmamalıdır. 
      Sahədə məhsulun  təkrar çirklənməsinin qarşısının  alınması 
üçün  tədbirlər  görülməlidir.Ona  görə  də  yığılmış  məhsulun 
saxlanması  üçün  açıq  torpaq    meydançalarından  istifadə  məh-
dudlaşdırılmalı, mümkün olmadıqda isə meydançanın beş san-
timetrlik  üst  torpaq  səthi  kənarlaşdırılmalıdır.  Kartof,  buğda, 
kök  bitkilərini  yığıldıqdan  sonra  uzun  müddət  açıq  şəraitdə 
saxlamaq  olmaz.  Toplanmış  məhsul  sahədən  birbaşa  hazırlan-
mış  meydançada  anbarlaşdırılmalı  və  ya  üzəri  örtülməlidir 
(brezent və s.). Buğda bitkilərinin  yığılmasında kombaynın yu-
xarı biçim üsulunun tətbiqi məqsədəuyğundur. 
     Yem bitkilərinin (çoxillik və birillik otların, qarğıdalı, günə-
baxan  və  s.)  yığımını  bitkilərin  eyni  zamanda    biçilməsini  və 
nəqletdirici  vasitələrə  yüklənməsini  təmin  edən  maşınlarla 
aparmaq lazımdır.Bu zaman biçilmiş hissənin çirkli torpaq sət-
hi ilə ələqəsini məhdudlaşdirmaq tələb olunur.  
      Yığım    və  anbarlaşdırılma  prosesində  bütün  məhsul  radio-
aktiv  maddələrlə  çirklənmə  dərəcəsinə  və  çirkli  məhsullardan 
təhlükəsiz  istifadənin  sanitar  normalarına  uyğun  olaraq  aşağı-
dakı qruplar üzrə çeşidlənilir: qida istifadəsi üçün; 
-
 
qida üçün istifadəyə; 
-
 
yem üçün istifadəyə; 
-
 
texnoloji emal üçün (nişasta, qənd, yağ).  
            Nəzərə  almaq  lazımdır  ki,  radioaktiv  maddələrin  bura-
xıla  bilən  miqdarı  ikinci  qrup  məhsulda  birinci  qrupdakından 
10 dəfə artıq, üçüncü qrupda isə  (son məhsulun qida məqsədi 
ilə istifadəsi zamanı) ikinci qrupdakından 10 dəfə çox ola bilər. 
    İstənilən  dərəcəli  çirklənmiş  sahədən  toplanmış  texniki  və 


 
119 
yağlı bitki məhsulları emala göndərilir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin