Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə37/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   132
 
2.8. Quraqlıq 
 
Quraqlıq - kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və 
sənayedə  su  təchizatı,  gəmiçilik  və  su  elektrik  stansiyalarının 
işi  zamanı  arzu  olunmaz  vacib  hadisədir.  Bu  hadisə  müxtəlif 
geofiziki  göstəricilər  üzrə,  məsələn,  yağıntı  defisitindən 
(miqdarına,  müddətinə,  miqyasına  görə)  başlamış  mürəkkəb 
əmsalların  hesablamasından  müvafiq  qaydada  qiymətləndirilə 
bilər  ki,  buraya  hava  temperaturunun,  yağıntıların,  torpaqda 
rütubət  ehtiyatının  normadan  fərqlənməsi  dərəcəsi,  eləcə  də 
məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxil-
dir.  Adətən,  bir  ərazidə  quraqlıq  digər  ərazidə  yağıntıların 


 
43 
artmasına səbəb olur. Əsas qitələrin sahələrinin 40-45%-i quru 
və  quraqlıq  ərazilərdir  ki,  əhalinin  üçdə  biri  məhz  bu 
ərazilərdə,  dördə  üçü  isə  quraqlıq  bəzi  hallarda  baş  verən 
sahələrdə yaşayır. 
Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. 
Qurbanlarının sayına və  vurduğu iqtisadi  ziyana  görə quraqlıq 
beş ən əsas təhlükəli  təbii  hadisələrdən biridir. Bir dəfədə baş 
verən tələfatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 mln-
dan  artıq)  və  birbaşa  iqtisadi  zərərin  kəmiyyətinə  (on 
milyardlarla dollar) görə ən iri təbii fəlakətlərdən sayılır. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin