3. KÜTLƏVĠ QIRĞIN SILAHLARININ XÜSUSĠYYƏTLƏRĠ 3.1. Nüvə silahı və onun zədələyici amilləri Nüvə silahı (atom silahı) - nüvə reaksiyaları (bölünmə və
ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qa-
palı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş
verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda
maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddə-
dəkinə (trotildəkinə) nisbətən 20-80 mln. dəfə artıq olur. Son
dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı
kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin xa-
rakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ
nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və
idarəetmə vasitələrindəv ibarətdir. Nüvə enerjisinin alınması
üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom
nüvələrinin zəncirvari parçalanması reaksiyasına əsaslanan nü-
və bombaları (əvvəllər “atom bombası” adlandırılırdı) və yün-
gül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələri-
nin sintez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bom-
baları vardır. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün
hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə