və silahı (çox vaxt hidrogen bombası) – daha yüngül element-
lərin sintezindən ayrılan enerjiyə əsaslanır. Fitil kimi birfazalı
bombadan istifadə olunur ki, onun partlaması zamanı lazım
olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reak-
siyası gedir. İlkin material kimi hidrogenin iki müxtəlif izoto-
pundan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, ya-
xud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom
bombasının gücündən bir tərtib böyükdür. 3) Termonüvə reaksiyasının üçfazalı, yaxud üçpilləli (parçalanma – sintez – parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii uranın tərkibi
99% uran-238-dən, 0,7% isə uran-235-dən ibarətdir. Yəni,
uran-238 çoxdur və ucuz xammaldır. Amma uran-238-i sadə
parçalanmalarda istifadə olunmur, çünki parçalanmaya meylli
deyil. Amma üçpilləli bombalarda əvvəl uran-235 parçalanır,
sonra sintez reaksiyası gedir, yüksək temperatur və təzyiq
alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və
radioaktivliyi çox yüksəkdir. 4) Bəzən neytron bombalarını da
bir tip kimi ayırır. Bu tip silah yüksək sürətli neyron seli yara-
dan mexanizmdir ki, gücü az olsa da, istiqamətlənmiş
radioaktivliyə və neytron şüalanmasına malikdir. Nüvə silahı
üzərində ilk işlər 1944-cü ildə R. Oppenheymerin başçılığı ilə
amerikanın “Manhetten proyekti”ndə aparılmışdır. İlk nüvə
bombası 1945-ci il 16 iyulda ABŞ-da Alamoqordo səhrasında