Kitabın adı: Aqrar sahədə mülki müdafiə


partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə44/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   132

partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 
saniyə olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġək. 14. Nüvə partlayışı zamanı təzyiqin zamandan asılı olaraq 
dəyişmə qrafiki 
 
Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm
2
 (20-40 kPa) 
izafı təzyiq zamanı  yüngül  zədələnməyə, 0,4-0,6  kqq/sm
2
  (40-
60  kPa)  nəticəsində  orta  dərəcəli  zədələnməyə,  0,6-1  kq/sm
2
 
(60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm
2
 
(100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır  dərəcəli 
zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə 
nəticələnir.  Nüvə  silahından  qorunmaq  üçün  düzəldilmiş  sığı-
nacaq  və  daldalanacaqlar  adamları  zərbə  dalğasının  təsirindən 
qoruyur.  Bu  məqsədlə  xəndəkdən,  yeraltı  binalardan,  habelə 
yerin relyefindən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə 
istifadə etmək mümkündür. Zərbə dalğası özünün yayılması is-
tiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağı-
dır və zədələyir. 
İşıq şüalanması- nüvə partlayışı zamanı meydana çıxan od 
kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı 
güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən 


 
50 
asılı  olaraq  10-20  saniyə  müddətində  olur.  İşıq  şüalanmasının 
zədələyici  təsiri işıq impulsundan,  yəni  işıq şüalarına nisbətən 
şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüa-
lanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq 
impulsunun  ölçü  vahidi  olaraq  kC/m

və  yaxud  kal/sm
2
  qəbul 
edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiy-
yəti nüvə partlayışının gücündən, növündən, məsafədən və ha-
va şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq 
işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində 
yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtə-
lif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsi-
nə,  yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə  yanğınlara 
səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə part-
layışı zamanı 4 kal/sm
2
 işıq impulsu 19 km; 10 kal/sm
2
- 15 km, 
16 kal/sm
2
- 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq 
surətdə  bədənin  açıq  hissələrində  yüngül  (I  dərəcəli),  orta  (II 
dərəcəli) və ağır (III dərəcəli) yanıqlar baş verə bilər. İşıq şüa-
lanması  qeyri-şəffaf  materiallardan  (divar,  taxta,  bina  və  s.) 
keçə  bilmir.  İşıq  şüalanması  yaşayış  məntəqələrində,  meşələr-
də,  tarlalarda  güclü  yanğınlar  törədə  bilər.  İşıq  şüalanmasının 
təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və 
qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalana-
caq  işıq  şüalanmasının  təsirindən  qorunmaq  üçün  ən  etibarlı 
yerlərdir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin