Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə46/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   132
Radioaktiv  zəhərlənmə-  yerdə  nüvə  partlayışı  baş  verdik-
dən  sonrakı  anlarda  radioaktiv  zərrəciklər  odlu  kürənin  tərki-
bində  olur.  Odlu  kürə  buxara  və  tüstüyə  bürünərək  hündürə 
qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hün-
dürə  qalxan  hava  axınları  yerdən  toztorpağı  göyə  qaldırıb  on-
ları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq 
radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partla-
yış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərki-
bində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilo-
metrlərlə  məsafələrə  aparılır.  Radioaktiv  zəhərlənmənin  dərə-
cəsi– partlayışın növündən və gücündən, partlayışdan sonra ke-
çən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, me-
teoroloji şəraitdən, yerin relyefindən asılı olur. 


 
52 
 
 
 
ġək. 15. Nüvə partlayışı 
 
Radioaktiv  zəhərlənməyə  məruz  qalmış  ərazi  (radioaktiv 
zəhərlənmiş  ərazi)  formaca  ellipsə  bənzəyir.  Zəhərlənmənin 
gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zona-
ya  ayırırlar:  çox  təhlükəli,  təhlükəli,  güclü  və  mülayim  (zəif) 
zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə gö-
türsək, radiasiyanın  səviyyəsi  izin  kənar hüdudundan mərkəzə 
tərəf artmağa başlayır və izin oxunda maksimum dərəcəyə ça-
tır. 
Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin