Elektromaqnit impulsu- nüvə partlayışı anında ətrafa külli
miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf
mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit
sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlə-
rində, siqnal, elektrik xətlərində, radio-stansiyaların antenala-
rında və s. qısamüddətli, lakin güclü cərəyan və gərginlik əmə-
lə gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit
impulsları radio-elektron cihazlarını sıradan çıxarır, xarici xət-
lərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həm-
çinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını,
kondensatorları da xarab edib sıradan çıxarır.
Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir
görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi
ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan müha-
fizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə
edilir (ildırımdan mühafizədə olduğu kimi).