Tam dağıntı zonası- nüvə partlayışı mərkəzinə ən yaxın
sahələrə tam dağıntı zonası deyilir ki, bu sahənin hüdudları da-
xilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq
olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır,
partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qis-
mi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı
kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələr-
də başdan-başa uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolla-
rı uçqunlarla tutulur.